2006-cı ilin ilk 5 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 5 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin ilk 5 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 117 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 4138586,5 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 2472465,6 min ABŞ dolları dəyərində 1484 adda mal ixrac,
1666120,9 min ABŞ dolları dəyərində 4749 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 806344,7 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 20315,6 min ABŞ dolları dəyərində 11405,3 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci
ilin ilk 5 ayına nisbətən 2006-cı ilin ilk 5 ayında ixrac
əməliyyatlarının həcmi 133,49% (1413538,7 min ABŞ dolları) artmış,
idxal əməliyyatlarının həcmi isə 5,87% (103867,5 min ABŞ dolları)
azalmışdır. İdxal əməliyyatlarının həcminin azalmasına səbəb
avadanlıqlar, texniki qurğuların və onların hissələrinin, qara metaldan
hazırlanan məmulatların, mebelin, və ət məhsullarının respublikaya
2006-cı ilin ilk 5 ayı ərzində az gətirilməsi olmuşdur.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 16526,7 min ABŞ dolları dəyərində mal ixrac
edilmiş, 135384,9 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti
idxal edilmişdir.
2006-cı ilin ilk 5 ayı ərzində müxtəlif növ
nəqliyyat vasitələrindən istifadə etməklə 10393,8 min ton yük
daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 146,7% təşkil
etmişdir. Bunlardan 5822,5 min ton ixrac, 4571,3 min ton isə idxal
əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz
(3008,1 min ton), dəmiryolu (470,3 min ton), avtomobil (210,4 min ton)
və stasionar nəql etmə(boru kəməri) (2126,1 min ton) nəqliyyatından
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəmiryolu (2537,9 min ton),
avtomobil (428,8 min ton), hava (10,9 min ton) və stasionar nəql
etmə(boru kəməri) (1482,1 min ton) nəqliyyatına üstünlük verilmişdir.
Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti
təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük
orqanlarında 71292 (əlavə vərəqlə birlikdə 95002) ədəd Yük Gömrük
Bəyannaməsi (YGB) rəsmiləşdirilmişdir. Bunlardan 15494 (əlavə vərəqlə
birlikdə 17506) ədəd ixrac, 55798 (əlavə vərəqlə birlikdə 77496) ədəd
idxal YGB-dir. 2006-cı ilin ilk 5 ayında YGB-lərin ümumi sayı 2005-ci
ilin müvafiq dövrünə nisbətən 108,62% təşkil etmiş və ya 5660 ədəd
bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2873(122,76%) ədəd,
idxalda isə artım 2787(105,26%) ədəd YGB olmuşdur.
Tranzit
olaraq Azərbaycan Respublikası ərazisindən 2661,6 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (797,9 min ton), İtaliya
(696,9 min ton), Gürcüstan (458,6 min ton), Tacikistan (119,0 min ton),
Kipr (106,0 min ton), Rusiya (84,1 min ton), İran (81,2 min ton),
Türkiyə (74,6 min ton) və Türkmənistana (73,2 min ton) göndərilmişdir.
Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən
ilin müvafiq dövrünə nisbətən 67,50% olmuş və ya 1281,4 min ton
azalmışdır.
2006-cı ilin ilk 5 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (1085732,7
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236601,9 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (408545,8 min
ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253208,0 min ABŞ dolları)
olmuşdur;
- may ayında ixrac əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə
736798,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 56104,7 min
ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq artım 212282,7 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 38834,4 min ABŞ dolları
olmuşdur.
Fiziki
şəxslər tərəfindən respublikaya gətirilən 54418,2 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxil orderləri ilə rəsmiləşdirilmişdir. Keçən
ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri
137,07 % təşkil etmiş və ya 14716,6 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac
əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2006-cı ilin
ilk 5 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük
verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) | -0,00% | -0,01% |
| 21 (SDV ilə hesablaşma) | -63,89% | -65,23% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% | -0,92% |
| 41 (qapalı dövriyyəli valyuta) | -0,55% | -4,30% |
| 51 (barter sazişi) | -0,02% | -0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) | -30,07% | -0,00% |
| 80 (digərləri) | -5,47% | -29,53% |
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2005-ci ilin ilk 5 ayına
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 58,98% (2005-ci ilin ilk 5 ayıının ixracına
nisbətən 296,46%), neft məhsulları - 25,91% (203,08%), kimya sənayesi
məhsulları - 3,46% (208,79%), meyvə-tərəvəz - 1,64% (226,53%),
alüminium və ondan hazırlanan məmulatlar - 1,15% (128,39%), bitki və
heyvan mənşəli yağlar - 0,97% (74,08%), pambıq - 0,82% (178,88%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 0,79% (96,11%), tütün və
tütün məmulatları - 0,43% (111,31%), alkoqollu və alkoqolsuz içkilər -
0,19% (192,83%) təşkil edir. Qalan əmtəələrin payına 5,65% düşür.
İdxalda:
maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar
və onların ehtiyat hissələri - 29,36% (2005-ci ilin ilk 5 ayıının
idxalına nisbətən 65,09%), neft qazı və diğər qazaoxşar
karbohidrogenlər - 12,58% (156,04%), qara metallar və onlardan
hazırlanan məmulatlar - 9,64% (89,51%), ərzaq məhsulları - 9,41%
(110,80%), nəqliyyat vasitələri və onların hissələri - 8,60% (121,97%),
xalq istehlaki malları - 1,56% (92,65%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,45% (115,47%), əczaçılıq məhsulları - 1,15% (183,42%),
mebel - 0,64% (79,26%) təşkil edir. Qalan əmtəələrin payına 25,62%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

| | Miqdarı | Dəyəri (min ABŞ dolları) | 2005-ci ilin ilk 5 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.06.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
| 3766811,3t | 1458333,4 | |
| -Şimal boru kəməri ilə | 1955595,0 t | | |
| -Supsa boru kəməri ilə | 2933872,3 t | | |
| -Bakı-Tbilisi-Ceyhan | 1358013,5 t | | |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) | 2789613,7 t | | |
| 2) Neft emal məhsulları | 1404193,4t | 640586,8 | |
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə | 1353766,2 t | 615301,6 | |
| - digərləri | 50427,2 t | 25285,3 | |
| 2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları | 123091,0 t | | |
| 3) Bitki və heyvan mənş.yağ | 20038,3 t | 24058,4 | 73,4 % |
| 4) Spirtli içkilər | 3691698,3 L | 4466,5 | 119,6% |
| 5) Tütün | 2999,9 t | 2313,6 | 95,7 % |
| 6) Tütün məmulatı | 1374540,4 min.əd/td> | 8286,5 | 111,1 % |
| 7) Qara metallar | 22265,7 t | 6932,3 | 41,8 % |
| 8) Alüminium | 13663,1 t | 28419,6 | 102,3 % |
| 9) Çay | 2561,3 t | 7272,9 | 88,7 % |
| 10) Pambıq mahlıcı | 23985,7 t | 20356,8 | 170,1 % |
| 11) Elektrik enerjisi | 533,6 mln kvt*s | 8637,4 | |
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) | 2005-ci ilin ilk 5 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları | 5499,9 t | 4120,0 | 43,7 % |
| - humanitar yardım | 0,0 t | 0,0 % | |
| 2) Buğda | 412274,6 t | 54468,5 | 127,0 % |
| - humanitar yardım | 0,0 t | 0,0 | |
| 3) Un | 3286,6 t | 872,4 | 198,9 % |
| - humanitar yardım | 2992,8 t | 782,0 | |
| 4) Şəkər | 41707,0 t | 12577,7 | 80,0 % |
| - humanitar yardım | 399,5 t | 352,6 | |
| 5) Yağ | 42415,6 t | 22979,1 | 97,3 % |
| - kərə yağı | 2538,8 t | 2944,8 | |
| - bitki və heyvan mən.yağ | 39876,8 t | 20034,4 | |
| - humanitar yardım | 136,0 t | 169,3 | |
| 6) Çay | 3391,9 t | 6120,8 | 99,4 % |
| 7) Spirt | 240423,2 L | 225,7 | 37,8 % |
| 8) Spirtli içkilər | 2898342,4 L | 4177,2 | 132,5 % |
| 9) Tütün məmulatı | 2880953,2 min əd | 37901,6 | 133,8 % |
| 10) Qara metallar | 100245,2 t | 34045,0 | 89,4 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında | 11355 əd | 77566,5 | 94,7 % |
| -GMO əsasında | 10091 əd | 51666,6 | |
| 12) Neft məhsulları | 53000,6 t | 29690,0 | |
| 13) Elektrik enerjisi | 561,8 mln kvt*s | 19385,3 | |
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər | 2086663,3 min kub.m | 209619,9 | |
Xam neft Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (2094612,2 ton
(55,61%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(1642323,3 ton (43,60%)) və"Şirvan Oil" birğə məhdud məsuliyyətli
müəssisə (29875,8 ton (0,79%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (1232311,0 ton (87,76%)), "Azneftyağ" İstehsalat Birliyi
(86194,8 ton (6,14%)), "Middle East Petrol Farm FZE" şirkətinin
azərbaycandakı filialı (50424,2 ton (3,59%)), və "Monolit-D" firması
(12005,6 ton (0,85%)) üstünlük təşkil edir.
Respublikanın
rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa)
2161395,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
87,42%) çıxarmışlar, o cümlədən, 1359307,1 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 62,89%) və 743524,5
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 34,40 %), 58054,3 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 2,69%) çıxarılmışdır.
Eyni
zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1025643,4 min
ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 61,56%)
gətirilmişdir. Onlardan 572301,6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 55,80%), 438098,0 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 42,71
%) gətirilmişdir.
Xarici ölkələr(MDB-dən başqa) üzrə müsbət saldo 1135751,9 min ABŞ dolları təşkil edir.
Respublikadan
xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,98%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (1,60%); alüminium və
alüminium məmulatları (1,31%); meyvə (0,88%); qeyri-üzvi kimya
məhsulları (0,71%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 30,25%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (12,26%); qara
metallardan məmulatlar (10,41%); quru nəqliyyat vasitələri (7,04%);
optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və
ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları
(3,05%) idxal edilmişdir.
Respublikanın
rezident və qeyri-rezidentləri MDB ölkələrinə 311070,3 min ABŞ dolları
dəyərində əmtəə (ümumi ixraca nisbətən 12,58%) çıxarmışlar, o cümlədən,
220250,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə
(ixraca nisbətən 70,80%), 77267,1 min ABŞ dolları dəyərində digər
sazişlərlə (ixraca nisbətən 24,84%), 13542,8 min ABŞ dolları dəyərində
əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 4,35%)
çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 640477,5
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 38,44%)
gətirilmişdir. Onlardan 514530,5 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 80,34%), 69754,0 min ABŞ
dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala
nisbətən 10,89 %), 53932,7 min ABŞ dolları dəyərində əmtəə digər
sazişlərlə (idxala nisbətən 8,42%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 329407,2 min ABŞ dolları təşkil edir.
Respublikadan
MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları,
bitumlu minerallar (ixraca nisbətən 33,24%), qeyri-üzvi kimya
məhsulları (18,22%); gəmilər, qayıqlar və digər üzən vasitələr (8,00%);
heyvan və ya bitki mənşəli piylər və yağlar (7,28%); pambIq (4,99%)
ixrac edilmişdir.
MDB ölkələrindən Respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala
nisbətən 38,39%); dənli bitkilər (8,78%); quru nəqliyyat vasitələri
(8,78%); duz; kükürd; torpaq və daş, suvaq materialı, əhəng və sement
(5,26%); avadanlıqlar və mexaniki cihazlar (5,20%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya | 1286972,26 | 52,05 |
| İsrail | 303978,51 | 12,29 |
| Türkiyə | 137903,42 | 5,58 |
| İran | 110217,82 | 4,46 |
| Rusiya | 96870,53 | 3,92 |
| Gürcüstan | 95234,57 | 3,85 |
| Rumıniya | 79592,82 | 3,22 |
| Tacikistan | 56668,36 | 2,29 |
| Yunanıstan | 50648,31 | 2,05 |
| Qazaxıstan | 42144,73 | 1,70 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya | 406062,54 | 24,37 |
| B.Britaniya | 171820,60 | 10,31 |
| Türkiyə | 121930,98 | 7,32 |
| Almaniya | 116038,38 | 6,96 |
| Çin | 87544,36 | 5,25 |
| Ukrayna | 75614,10 | 5,54 |
| ABŞ | 62773,59 | 3,77 |
| Türkmənistan | 57184,90 | 3,43 |
| İtaliya | 56215,60 | 3,37 |
| Qazaxıstan | 55551,37 | 3,33 |
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 6247 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2630-u hüquqi, 3617-si isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
1499858,9 min ABŞ dolları (60,66%), özəl sektorun 955994,0 min ABŞ
dolları (38,67%), fiziki şəxslərin payı isə 16612,8 min ABŞ dolları
(0,67%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
496892,0 min ABŞ dolları (29,82%), özəl sektorun payı 1059485,6 min ABŞ
dolları (63,59%), fiziki şəxslərin payı isə 109743,4 min ABŞ dolları
(6,59%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi