AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2008-ci ilin 5 ayı ərzində

2008-ci ilin beş ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2008-ci ilin ilk 5 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 125 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 17337675,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 14869272,8 min ABŞ dolları dəyərində 1403 adda mal ixrac, 2468402,2 min ABŞ dolları dəyərində 4857 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 12400870,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 16369,5 min ABŞ dolları dəyərində 3197,0 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 5 ayına nisbətən 2008-ci ilin ilk 5 ayında ixrac əməliyyatlarının həcmi 698,50% (13007123,3 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 22,93% (460466,8 min ABŞ dolları) artmışdır.1
Müvəqqəti ixrac rejimində ölkəmizdən 76714,7 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 194620,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 5 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 33490,9 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 4,5 dəfə çox olmuşdur. Bunlardan 29548,2 min ton ixrac, 3942,7 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac əməliyyatlarında əsasən dəniz (271,5 min ton), dəmiryolu (7611,7 min ton), avtomobil (272,4 min ton), hava (1,9 min ton) və stasionar nəql etmə (boru kəməri) (21387,3 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (136,1 min ton), dəmiryolu (3171,0 min ton), avtomobil (601,5 min ton) və hava (10,8 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.3
Göstərilən müddət ərzində gömrük orqanlarında 96290 (əlavə vərəqlə birlikdə 130112) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 18111 (əlavə vərəqlə birlikdə 19939) ədəd ixrac, 78179 (əlavə vərəqlə birlikdə 110173) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 5 ayında YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 113,11% təşkil etmiş və ya 11061 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1108 (106,52%) ədəd, idxalda isə artım 10053 (114,76%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2881,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (913,9 min ton), İsveçrə (895,5 min ton), Gürcüstan (435,3 min ton), Tacikistan (195,8 min ton), İran (120,2 min ton), Türkiyə (108,4 min ton), Rusiya (81,7 min ton), Türkmənistan (69,0 min ton) və Qazaxıstan (18,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 135,81% olmuş və ya 759,7 min ton artmışdır.
2008-ci ilin ilk 5 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi may ayında (11011775,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi aprel ayında (572383,4 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416897,9 min ABŞ dolları) olmuşdur;
- may ayında ixrac əməliyyatlarının həcmi aprel ayı ilə müqayisədə 8698255,9 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi isə 28667,5 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 2596443,8 min ABŞ dolları, idxal əməliyyatlarında isə orta aylıq artım 11780,5 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 67294,6 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 98,90% təşkil etmiş və ya 7519 min ABŞ dolları az olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 5 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.

  İxracda İdxalda:
01 (milli valyuta ilə hesablaşma) -0,00 % -0,24 %
21 (SDV ilə hesablaşma) -33,37 % -75,19 %
23 (dövlət krediti üzrə hesablaşma) -0,00 % -1,12 %
41 (qapalı dövriyyəli valyuta) -0,32 % -4,80 %
78 (kompen. öhdəliklər hesabına) -64,85 % -0,00 %
80 (digərləri) -1,47 % -18,64 %

:İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 5 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 90,31% (2007-ci ilin ilk 5 ayıının ixracına nisbətən 14,9 dəfə), neft məhsulları - 5,89% (177,39%), kimya sənayesi məhsulları - 0,37% (188,65%), alüminium və ondan hazırlanan məmulatlar - 0,36% (152,49%), bitki və heyvan mənşəli yağlar - 0,35% (146,73%), meyvə-tərəvəz - 0,30% (178,66%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,28% (138,91%), alkoqollu və alkoqolsuz içkilər - 0,06% (87,20%), pambıq - 0,04% (55,42%), tütün və tütün məmulatları - 0,01% (42,50%) təşkil edir. Qalan əmtəələrin payına 2,04% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 27,86% (2007-ci ilin ilk 5 ayının idxalına nisbətən 122,48%), nəqliyyat vasitələri və onların hissələri - 19,07% (196,82%), ərzaq məhsulları - 13,18% (133,75%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,21% (81,04%), əczaçılıq məhsulları - 1,82% (151,61%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,23% (117,58%), xalq istehlakı malları - 0,88% (116,56%), mebel - 0,57% (111,30%) təşkil edir. Qalan əmtəələrin payına 26,17% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

  Miqdarı Dəyəri (min ABŞ dolları) 2007-ci ilin beş ayına netto çəki nisb.%-lə
1) Neft (xam) 27473000,0 t 13428443,4  
1.1) Boru kəməri ilə 01.06.2008-ci ilə qədər gedən xam neft (sayğac göstəricilərinə əsasən)
-Şimal boru kəməri ilə

403045,0 t
   
-Supsa boru kəməri ilə 3335,5 t    
-Bakı-Tbilisi-Ceyhan 14490876,0 t    
1.2) Dəmiryolu nəqliyyatı 01.06.2008-ci ilə qədər yola salınan xam neft (şərti YGB) 1145529,6 t    
2) Neft emal məhsulları 1099186,5 t 875684,4  
2.1) 01.06.2008-ci ilə qədərşərti bəyannamə ilə yola salın. rəsmiləşdirilməmiş neft məhsulları 157601,1 t    
3) Bitki və heyvan mənş. yağ 33793,3 t 51612,8 123,6 %
4) Spirtli içkilər 5941502,8 L 8132,7 85,7 %
5) Tütün 1097,9 t 1052,1 67,8 %
6) Tütün məmulatı 71930,0 min əd. 397,4 20,0 %
7) Qara metallar
49185,0 t
23621,2 124,1 %
8) Alüminium 26293,1 t 53688,7 182,7 %
9) çay 2118,4 t 7730,8 87,0 %
10) Pambıq mahlıcı 5301,8 t 5256,5 49,2 %
11) Elektrik enerjisi 245,2 mln. kvt/s 5755,9  
12) Təbii qaz 76687,2 min kub/m 14452,5  

 

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

  Miqdarı Dəyəri (min ABŞ dolları) 2007-ci ilin beş ayına netto çəki nisb.%-lə
1) Ət və ət məhsulları 9171,5 t 6597,1 80,5 %
- humanitar yardım 37,3 t 25,0  
2) Buğda 392172,9 t 125614,2 77,9 %
3) Un 29205,8 t 15016,5 85,8 dəfə
-humanitar yardım 1888,5 t 1102,2  
4) Şəkər 107669,2 t 35780,7 79,8 %
-humanitar yardım 163,0 t 100,6  
5) Yağ 49547,4 t 36573,3 119,2 %
-kərə yağı 3893,2 t 5159,6  
-bitki və heyvan mən.yağ. 45654,2 t 31413,7  
-humanitar yardım 178,0 t 492,5  
6) çay 3412,4 t 7401,5 71,8 %
7) Spirt 729597,3 L 670,6 263,9 %
8) Spirtli içkilər 4521657,8 L 6978,9 69,7 %
9) Tütün 1416,9 t 2778,9 78,8 %
10) Tütün məmulatı 3641914,4 min əd. 62811,0 91,8 %
11) Qara metallar 283346,0 t 86826,9 143,8 %

12) Minik avtomobilləri

-YGB əsasında

-GMO əsasında

 

18893 əd.

11405 əd.

 

160159,9

62073,7

 

160,1 %


13) Neft məhsulları 15867,6 t 23361,4  
14) Elektrik enerjisi 183,3 mln.kvt/s 7043,0  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (22539858,9 ton (82,04%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (4933141,1 ton (17,96%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (935542,0 ton (85,11%)), "QKSSS" MMC (62046,2 tonu (5,64%)), "Azneftyağ" İstehsalat Birliyi (43319,5 ton (3,94%)) və "Sumqayit Aşkarlar" ASC (20223,0 ton (1,84%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 14231848,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 95,71%) çıxarmışlar, o cümlədən, 4611667,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 32,40%), 9608280,7 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 67,51 %) və 11856,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,08%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1690040,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 68,47%) gətirilmişdir. Onlardan 1292623,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,48%) və 368461,5 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 21,80 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 12541808,3 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 98,87%); alüminium və alüminium məmulatları (0,37%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,24%); qara metallar (0,16%); qeyri-üzvi kimya məhsulları (0,05%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 26,73%); quru nəqliyyat vasitələri (14,53%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,63%); qara metallardan məmulatlar (5,80%); gəmilər, qayıqlar və digər üzən vasitələr (3,71%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 637424,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 4,29%) çıxarmışlar, o cümlədən, 350463,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 54,98%), 206141,8 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 32,34%) və 46883,6 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 7,36%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 778362,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 31,53%) gətirilmişdir. Onlardan 563476,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 72,39%), 114395,4 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,70 %) və 91619,8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 11,77%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 140937,7 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 42,09%); gəmilər, qayıqlar və digər üzən vasitələr (14,59%); heyvan və ya bitki mənşəli piylər və yağlar (8,03%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,63%); qeyri-üzvi kimya məhsulları (4,22%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 17,29%); quru nəqliyyat vasitələri (12,55%); qara metallar (8,47%); gəmilər, qayıqlar və digər üzən vasitələr (7,36%); avadanlıqlar və mexaniki qurğular (7,29%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

İxracda   İdxalda
ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi ixraca nisb.%-lə   ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi ixraca nisb.%-lə
İtaliya 6588427,44 44,31   Rusiya 417988,59 16,93
İsrail 1578139,82 10,61   Türkiyə 267942,86 10,85
ABŞ 1415980,28 9,52   Almaniya 211889,98 8,58
Hindistan 817045,25 5,49   çin 159977,99 6,48
Fransa 736154,11 4,95   Ukrayna 154916,14 6,28
Türkiyə 449192,22 3,02   B.Britaniya 152446,82 6,18
B.Britaniya 297012,48 2,00   Qazaxıstan 137135,44 5,56
İspaniya 249648,74 1,68   Yaponiya 100863,72 4,09
Xorvatiya 240582,23 1,62   ABŞ 79433,34 3,22
Rusiya 234991,38 1,58   Koreya Resp. 59765,21 2,42

4Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7418 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3221-i hüquqi, 4197-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4808785,1 min ABŞ dolları (32,34%), özəl sektorun 10026316,3 min ABŞ dolları (67,43%), fiziki şəxslərin payı isə 34171,4 min ABŞ dolları (0,23%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 460593,3 min ABŞ dolları (18,66%), özəl sektorun payı 1856339,9 min ABŞ dolları (75,20%), fiziki şəxslərin payı isə 151468,9 min ABŞ dolları (6,14%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az