| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin I yarımili ərzində
2007-ci ilin I yarımili ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin I yarımili ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 127 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 4986112,2 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 2532029,4 min ABŞ dolları dəyərində 1910 adda mal ixrac,
2454082,9 min ABŞ dolları dəyərində 5844 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 77946,5 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 20669,3 min ABŞ dolları dəyərində 14808,5 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin I yarımilinə nisbətən 2007-ci ilin I yarımilində ixrac
əməliyyatlarının həcmi 13,41% (392092,0 min ABŞ dolları) azalmış, idxal
əməliyyatlarının həcmi isə 15,85% (335814,6 min ABŞ dolları) artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 47418,4 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 164212,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2007-ci ilin I yarımili ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 9495,7 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 78,06% təşkil etmişdir. Bunlardan 5005,0 min
ton ixrac, 4490,7 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (420,0 min ton), dəmiryolu (1541,6
min ton), avtomobil (376,8 min ton), hava (2,3 min ton) və stasionar
nəqletmə (boru kəməri) (2659,7 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (66,4 min ton),
dəmiryolu (3382,7 min ton), avtomobil (667,4 min ton), hava (12,0 min
ton) və stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat
vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat
vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların
yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə
alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 103646 (əlavə vərəqlə
birlikdə 137600) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 21061 (əlavə
vərəqlə birlikdə 23811) ədəd ixrac, 82585 (əlavə vərəqlə birlikdə
113789) ədəd idxal YGB-dir. 2007-ci ilin I yarımilində YGB-lərin ümumi
sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 118,56% təşkil etmiş və ya
16225 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1784
(109,25%) ədəd, idxalda isə artım 12328 (122,09%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2597,1 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (776,1 min ton), İtaliya
(636,7 min ton), Gürcüstan (571,0 min ton), Tacikistan (221,0 min ton),
İran (109,2 min ton), Türkiyə (86,2 min ton), Rusiya (81,7 min ton),
Türkmənistan (66,5 min ton) və Qazaxıstan (26,2 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 82,14% olmuş və ya
540,2 min ton azalmışdır.
2007-ci ilin I yarımili ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyun ayında (669904,3
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154383,8 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (489603,3 min
ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları)
olmuşdur;
- iyun ayında ixrac əməliyyatlarının həcmi may ayı ilə müqayisədə
146031,7 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi
isə 42935,9 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 54781,1 min ABŞ dolları, idxal əməliyyatlarında isə 11433,0 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 82074,8 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 121,44% təşkil etmiş və ya 14489,0 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin I yarımili ərzində 01, 21, 41 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,43% |
| 21 (SDV ilə hesablaşma) |
-86,26% |
-71,39% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,02% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,98% |
-4,34% |
| 80 (digərləri) |
-11,75% |
-22,82% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin I yarımilinə nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 49,75% (2006-cı ilin I yarımilinın ixracına
nisbətən 76,09%), neft məhsulları - 27,24% (88,15%), meyvə-tərəvəz -
1,97% (76,55%), bitki və heyvan mənşəli yağlar - 1,70% (142,25%),
alüminium və ondan hazırlanan məmulatlar - 1,65% (120,70%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 1,46% (152,69%), kimya
sənayesi məhsulları - 1,44% (35,78%), alkoqollu və alkoqolsuz içkilər -
0,43% (186,95%), pambıq - 0,42% (45,08%), tütün və tütün məmulatları -
0,17% (34,69%) təşkil edir. Qalan əmtəələrin payına 13,76% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 28,55% (2006-cı ilin I
yarımilinın idxalına nisbətən 105,59%), nəqliyyat vasitələri və onların
hissələri - 13,24% (177,59%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 12,49% (151,26%), ərzaq məhsulları - 11,59% (150,45%),
neft qazı və digər qazaoxşar karbohidrogenlər - 2,11% (20,95%),
əczaçılıq məhsulları - 1,51% (164,75%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,32% (111,80%), xalq istehlakı malları - 0,95% (76,91%),
mebel - 0,60% (114,50%) təşkil edir. Qalan əmtəələrin payına 27,66%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin I yarımilinə netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.07.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
2787895,1 t |
1259798,3 |
|
| -Şimal boru kəməri ilə |
1190600,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
13117559,6 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.07.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
2742225,2 t |
| |
| 2) Neft emal məhsulları |
1307702,2 t |
689741,3 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
1282844,3 t |
679277,0 |
|
| - digərləri |
24857,9 t |
10464,3 |
|
2.1) 01.07.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
132707,7t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
33324,4t |
42976,1 |
131,5 % |
| 4) Spirtli içkilər |
7962354,1L |
10826,0 |
172,8 % |
| 5)Tütün; |
1972,7 t |
1623,2 |
58,3% |
| 6) Tütün məmulatı |
438860,0 mln.əd |
2568,3 |
27,8 % |
| 7) Qara metallar |
47642,2 t |
19977,3 |
172,9 % |
| 8) Alüminium |
17514,3 t |
41883,5 |
107,7 % |
| 9) Çay |
2758,6 t |
7420,7 |
92,9 % |
| 10) Pambıq mahlıcı |
12137,4 t |
10734,8 |
43,4 % |
| 11) Elektrik enerjisi |
225,1mln kvt*s |
4148,0 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin I yarımilinə netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
13540,8 t |
8345,0 |
181,4 % |
| 2) Buğda |
590692,3 t |
91395,6 |
126,3% |
| 3) Un |
345,4 t |
124,1 |
10,5% |
| 4) Şəkər |
155647,1 t |
50696,6 |
269,9% |
| - humanitar yardım |
160,9 t |
80,5 |
|
| 5) Yağ |
46524,0 t |
26232,7 |
95,0% |
| - kərə yağı |
4720,6t |
5423,2 |
|
| - bitki və heyvan mən.yağ |
41803,5 t |
20809,5 |
|
| - humanitar yardım |
208,3 t |
255,6 |
|
| 6) Çay |
5094,3t |
8631,3 |
128,8% |
| 7) Spirt |
276444,2L |
286,6 |
110,4% |
| 8) Spirtli içkilər |
7352146,4 L |
8554,5 |
186,9 % |
| 9)Tütün; |
2052,0 t |
3270,1 |
93,6% |
| 10) Tütün məmulatı |
5466910,8 min. əd. |
79745,0 |
155,5 % |
| 11) Qara metallar |
241401,7 t |
52312,0 |
168,4 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
13923əd. |
109676,5 |
105,0% |
| -GMO əsasında |
16032əd. |
75779,9 |
|
| 13) Neft məhsulları |
37643,7 t |
27374,8 |
|
| 14) Elektrik enerjisi |
587,6 mln. kvt*s |
17366,5 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470081,3 min kub.m |
51770,9 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (2787895,1 ton (100,00%)) tərəfindən ixrac
edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1257115,0 ton (96,13%)),
"Az Trans Reil" MMC (24841,4 ton (1,90%)), "Kaspian Petrol-1" firması
(11643,7 ton (0,89%)) və "Petrosilex" MMC (3923,0 ton (0,30%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 2019326,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
79,75%) çıxarmışlar, o cümlədən, 1975125,6 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 97,81%) və 44098,6
min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca
nisbətən 2,18%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1559601,9
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 63,55%)
gətirilmişdir. Onlardan 1014851,0 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 65,07%), 512639,4 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 32,87
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 459724,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
92,23%); alüminium və alüminium məmulatları (2,06%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (1,04%); qara metallar
(0,94%); avadanlıqlar və mexaniki qurğular (0,59%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,94%); qara
metallardan məmulatlar (11,69%); quru nəqliyyat vasitələri (9,87%);
elektrik maşınları və avadanlıqları, onların hissələri (9,03%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,40%)
idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 512702,9
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 20,25%)
çıxarmışlar, o cümlədən, 209040,0 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 40,77%), 253483,7 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 49,44%), 50052,2
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 9,76%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 894480,9 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 36,45%) gətirilmişdir. Onlardan
737169,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 82,41%), 101961,9 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 11,40 %), 47204,7
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
5,28%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 381778,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 22,14%); gəmilər,
qayıqlar və digər üzən vasitələr (17,93%); şəkər və şəkərdən hazırlanan
qənnadı məmulatı (16,95%); heyvan və ya bitki mənşəli piylər və yağlar
(8,36%); tərəvəz (6,32%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 10,73%); quru nəqliyyat vasitələri (9,71%);
qara metallardan məmulatlar (8,03%); avadanlıqlar və mexaniki qurğular
(7,98%); mineral yanacaq (7,95%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
480595,63 |
18,98 |
| Türkiyə |
304266,69 |
12,02 |
| İran |
257273,00 |
10,16 |
| Rusiya |
234163,60 |
9,25 |
| Koreya Resp. |
124734,81 |
4,93 |
| Gürcüstan |
122294,77 |
4,83 |
| Çili |
114629,14 |
4,53 |
| Qazaxıstan |
110723,09 |
4,37 |
| ABŞ |
92452,20 |
3,65 |
| İsrail |
90573,48 |
3,58 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
443491,30 |
18,07 |
| Ukrayna |
250578,77 |
10,21 |
| Türkiyə |
245804,33 |
10,02 |
| Almaniya |
192368,09 |
7,84 |
| B.Britaniya |
184255,76 |
7,51 |
| Yaponiya |
113064,69 |
4,61 |
| ABŞ |
109412,19 |
4,46 |
| Çin |
104396,67 |
4,25 |
| Qazaxıstan |
87659,87 |
3,57 |
| İtaliya |
73015,66 |
2,98 |
|

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 8205 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3075-i hüquqi, 5130-u isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
2078291,2 min ABŞ dolları (82,08%), özəl sektorun payı 412396,1 min ABŞ
dolları (16,29%), fiziki şəxslərin payı isə 41342,1 min ABŞ dolları
(1,63%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
645472,2 min ABŞ dolları (26,30%), özəl sektorun payı 1668177,5 min ABŞ
dolları (67,98%), fiziki şəxslərin payı isə 140433,2 min ABŞ dolları
(5,72%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|