| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin 7 ayı ərzində
2007-ci ilin 7 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 7 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 131 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 6266384,7 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 3395905,5 min ABŞ dolları dəyərində 2030 adda mal ixrac,
2870479,2 min ABŞ dolları dəyərində 6046 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 525426,2 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən,
- respublikaya 24550,2 min ABŞ dolları dəyərində 15266,4 ton əmtəə
dövlət, hökumət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı ilin ilk 7 ayına nisbətən 2007-ci ilin ilk 7 ayında ixrac
əməliyyatlarının həcmi 3,19% (105030,3 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 10,03% (261562,1 min ABŞ dolları) artmışdır.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 51374,8 min ABŞ dolları dəyərində mal ixrac
edilmiş, 183565,7 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti
idxal edilmişdir.
2007-ci ilin ilk 7 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 11858,7 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 86,88% təşkil etmişdir. Bunlardan 6767,7 min
ton ixrac, 5091,0 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (498,2 min ton), dəmiryolu (1846,8
min ton), avtomobil (432,9 min ton), hava (2,5 min ton) və stasionar
nəqletmə (boru kəməri) (3982,0 min ton) nəqliyyat vasitələrdən istifadə
olunmuşdur. İdxal əməliyyatlarında dəniz (71,5 min ton), dəmiryolu
(3862,5 min ton), avtomobil (778,2 min ton), hava (13,8 min ton) və
stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə
üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən
istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük
bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 121599 (əlavə vərəqlə
birlikdə 161278) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 24669 (əlavə
vərəqlə birlikdə 27932) ədəd ixrac, 96930 (əlavə vərəqlə birlikdə
133346) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 7 ayında YGB-lərin ümumi
sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 118,33% təşkil etmiş və ya
18840 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2155
(109,57%) ədəd, idxalda isə artım 1665 (120,79%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3140,6 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (890,0 min ton), İtaliya
(848,5 min ton), Gürcüstan (664,6 min ton), Tacikistan (250,0 min ton),
İran (123,3 min ton), Türkiyə (118,0 min ton), Rusiya (91,8 min ton),
Türkmənistan (80,0 min ton) və Qazaxıstan (32,0 min ton) dövlətlərinə
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 84,35% olmuş və ya
582,5 min ton azalmışdır.
2007-ci ilin ilk 7 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866317,6
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi may ayında (489603,3 min
ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ dolları)
olmuşdur;
- iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə
198879,3 min ABŞ dolları həcmində artmış, idxal əməliyyatlarının həcmi
isə 31620,6 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 78385,8 min ABŞ dolları, idxal əməliyyatlarında isə 4369,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 99933,7 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 122,03% təşkil etmiş və ya 18045,2 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin ilk 7 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,38% |
| 21 (SDV ilə hesablaşma) |
-75,56% |
-71,15% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,27% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,69% |
-4,47% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-13,19% |
-0,00% |
| 80 (digərləri) |
-9,56% |
-22,71% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 7 ayına nisbətən
müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 55,70% (2006-cı ilin ilk 7 ayının ixracına nisbətən
105,54%), neft məhsulları - 24,80% (89,24%), meyvə-tərəvəz - 1,60%
(78,36%), bitki və heyvan mənşəli yağlar - 1,47% (135,87%), alüminium
və ondan hazırlanan məmulatlar - 1,40% (112,97%), kimya sənayesi
məhsulları - 1,39% (41,29%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 1,15% (130,24%), pambıq - 0,38% (50,73%), alkoqollu və
alkoqolsuz içkilər - 0,37% (167,08%), tütün və tütün məmulatları -
0,13% (29,64%) təşkil edir. Qalan əmtəələrin payına 11,60% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 28,98% (2006-cı ilin ilk 7
ayının idxalına nisbətən 97,02%), nəqliyyat vasitələri və onların
hissələri - 13,18% (167,50%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 12,14% (140,87%), ərzaq məhsulları - 11,16% (144,74%),
neft qazı və digər qazaoxşar karbohidrogenlər - 1,80% (18,30%),
əczaçılıq məhsulları - 1,61% (167,74%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,30% (115,55%), xalq istehlakı malları - 0,91% (79,36%),
mebel - 0,58% (111,66%) təşkil edir. Qalan əmtəələrin payına 28,34%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 7 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.08.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4110169,1 t |
1891533,9 |
|
| -Şimal boru kəməri ilə |
1354397,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
15971025,4 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.08.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3007110,4 t |
| |
| 2) Neft emal məhsulları |
1596858,8 t |
842322,3 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
1571997,1 t |
831850,9 |
|
| - digərləri |
24861,7 t |
10471,4 |
|
2.1) 01.08.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
184062,3 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
38395,1 t |
49886,3 |
125,7 % |
| 4) Spirtli içkilər |
9055529,1 L |
12393,9 |
158,3 % |
| 5)Tütün; |
2241,9 t |
1843,4 |
61,7 % |
| 6) Tütün məmulatı |
438860,0 min.əd |
2568,3 |
21,2 % |
| 7) Qara metallar |
51222,2 t |
21410,0 |
147,0 % |
| 8) Alüminium |
20353,7 t |
47596,3 |
104,4 % |
| 9) Çay |
3311,7 t |
8954,1 |
102,6 % |
| 10) Pambıq mahlıcı |
14553,3 t |
12860,0 |
48,6 % |
| 11) Elektrik enerjisi |
253,3 mln kvt*s |
4997,1 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 7 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları-humanitar yardım |
15465,2 t |
10011,9 |
155,3 % |
| -humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
630407,1 t |
98371,8 |
119,5 % |
| 3) Un |
348,5 t |
126,4 |
10,5 % |
| 4) Şəkər |
172971,4 t |
56415,3 |
233,9 % |
| - humanitar yardım |
160,9 t |
80,5 |
|
| 5) Yağ |
57680,3 t |
32310,5 |
100,3% |
| - kərə yağı |
5811,9 t |
6559,7 |
|
| - bitki və heyvan mən.yağ |
51868,4 t |
25750,8 |
|
| - humanitar yardım |
208,3 t |
255,6 |
|
| 6) Çay |
5742,7 t |
9822,5 |
127,0% |
| 7) Spirt |
441563,3 L |
449,0 |
143,5% |
| 8) Spirtli içkilər |
8604109,3 L |
9753,4 |
160,8 % |
| 9)Tütün; |
2513,4 t |
3625,8 |
97,8 % |
| 10) Tütün məmulatı |
6479832,8 min. əd. |
94968,5 |
159,9 % |
| 11) Qara metallar |
285415,6 t |
64052,6 |
142,6 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
17067 əd. |
135866,3 |
109,4 % |
| -GMO əsasında |
19274 əd. |
92244,3 |
|
| 13) Neft məhsulları |
41922,9 t |
33252,2 |
|
| 14) Elektrik enerjisi |
602,3 mln. kvt*s |
17899,6 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470081,4 min kub.m |
51774,4 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (3133703,1 ton (76,33%)), ABƏŞ(976466,0 ton
(23,67%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında
Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
(1521571,6 ton (95,29%)), "Az Trans Reil" MMC (24841,4 ton (1,56%)),
"Caspian Petrol-1" firması (13646,7 ton (0,85%)), və "Petrosilex" MMC
(10106,5 ton (0,63%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 2723970,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
80,21%) çıxarmışlar, o cümlədən, 2323458,1 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 85,30%), 357167,6
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 13,11 %) və 43239,9 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 1,59%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 1856865,8
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 64,69%)
gətirilmişdir. Onlardan 1215713,3 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 65,47%), 598491,0 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 32,23
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 867104,7 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
93,52%); alüminium və alüminium məmulatları (1,73%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (1,03%); qara metallar
(0,75%); avadanlıqlar və mexaniki qurğular (0,46%) ixrac edilmişdir.
Xarici
ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 28,11%); qara
metallardan məmulatlar (11,06%); quru nəqliyyat vasitələri (9,94%);
elektrik maşınları və avadanlıqları, onların hissələri (8,87%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,55%)
idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 671935,0
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 19,79%)
çıxarmışlar, o cümlədən, 242515,0 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 36,09%), 281355,9 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 41,87%) və 57322,8
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 8,53%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1013613,5 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 35,31%) gətirilmişdir. Onlardan
826697,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 81,56%), 123113,0 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,15 %) və 53459,7
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
5,27%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 341678,5 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,03%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (15,35%); gəmilər, qayıqlar və
digər üzən vasitələr (13,73%); heyvan və ya bitki mənşəli piylər və
yağlar (7,41%); tərəvəz (5,13%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində quru
nəqliyyat vasitələri (idxala nisbətən 10,31%); dənli bitkilər (10,20%);
avadanlıqlar və mexaniki qurğular (8,44%); qara metallardan məmulatlar
(7,79%); mineral yanacaq (7,25%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
719516,99 |
21,19 |
| İtaliya |
480648,97 |
14,15 |
| İran |
308173,58 |
9,07 |
| Rusiya |
277264,82 |
8,16 |
| Gürcüstan |
226516,27 |
6,67 |
| Hindistan |
144947,94 |
4,27 |
| Koreya |
124734,81 |
3,67 |
| ABŞ |
115345,18 |
3,40 |
| Çili |
114629,14 |
3,38 |
| Qazaxıstan |
111950,06 |
3,30 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
509878,43 |
17,76 |
| Türkiyə |
288901,14 |
10,06 |
| Ukrayna |
279375,05 |
9,73 |
| Almaniya |
249175,37 |
8,68 |
| B.Britaniya |
213786,50 |
7,45 |
| Çin |
129259,12 |
4,50 |
| ABŞ |
129099,65 |
4,50 |
| Yaponiya |
128833,42 |
4,49 |
| Qazaxıstan |
94680,98 |
3,30 |
| İtaliya |
79359,31 |
2,76 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici
ticarətlə 9048 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3241-i
hüquqi, 5807-si isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət
sektorunun payı 2441751,3 min ABŞ dolları (71,90%), özəl sektorun
908432,7 min ABŞ dolları (26,75%), fiziki şəxslərin payı isə 45721,5
min ABŞ dolları (1,35%) olmuşdur. İdxal əməliyyatlarında dövlət
sektorunun payı 738018,6 min ABŞ dolları (25,71%), özəl sektorun payı
1968252,2 min ABŞ dolları (68,57%), fiziki şəxslərin payı isə 164208,5
min ABŞ dolları (5,72%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|