AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2008-ci ilin 7 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2008-ci ilin 7 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2008-ci ilin ilk 7 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 131 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 38578522,1 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 34678290,3 min ABŞ dolları dəyərində 1696 adda mal ixrac, 3900231,8 min ABŞ dolları dəyərində 5240 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 30778058,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 22941,9 min ABŞ dolları dəyərində 3588,8 ton əmtəə
  dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız
  kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 7 ayına nisbətən 2008-ci ilin ilk 7 ayında ixrac əməliyyatlarının həcmi 10 dəfə (31282365,7 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 35,81% (1028320,7 min ABŞ dolları) artmışdır.



Müvəqqəti ixrac rejimində ölkəmizdən 263588,2 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 275586,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 7 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 70229,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 592,22% təşkil etmişdir. Bunlardan 64455,4 min ton ixrac, 5774,3 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (355,3 min ton), dəmiryolu (12949,0 min ton), avtomobil (398,5 min ton), hava (2,3 min ton) və stasionar nəql etmə (boru kəməri) (50746,4 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (239,6 min ton), dəmiryolu (4595,2 min ton), avtomobil (883,4 min ton) və hava (15,0 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 139155 (əlavə vərəqlə birlikdə 187434) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 26821 (əlavə vərəqlə birlikdə 30004) ədəd ixrac, 112333 (əlavə vərəqlə birlikdə 157429) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 7 ayında YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 114,44% təşkil etmiş və ya 17556 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 2152 (108,72%) ədəd, idxalda isə artım 15403 (115,89%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3905,4 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1350,8 min ton), İsveçrə (1091,7 min ton), Gürcüstan (615,7 min ton), Tacikistan (237,4 min ton), İran (156,7 min ton), Türkiyə (143,3 min ton), Türkmənistan (126,1 min ton), Rusiya (102,1 min ton) və Qazaxıstan (26,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 124,35% olmuş və ya 764,8 min ton artmışdır.


2008-ci ilin ilk 7 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (17188901,8 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (815714,8 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416897,9 min ABŞ dolları) olmuşdur;
- iyul ayında ixrac əməliyyatlarının həcmi iyun ayı ilə müqayisədə 14568785,1 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 193745,3 min ABŞ dolları həcmində artmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 2760483,6 min ABŞ dolları, idxal əməliyyatlarında isə 53186,8 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 124168,3 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 124,25% təşkil etmiş və ya 24234,6 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 7 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.

               

 

İxracda:  

 İdxalda:

01

(milli valyuta ilə hesablaşma)

- 0,00 %  

- 0,20 %

21

(SDV ilə hesablaşma)

- 29,69 % 

- 75,87 %

23

(dövlət krediti üzrə hesablaşma)

- 0,00 % 

- 1,74 %

41

(qapalı dövriyyəli valyuta)  

- 0,28 % 

- 4,82 %

78

(kompen. öhdəlikləri hesabına

- 69,14 % 

- 0,00 %

80

(digərləri) 

- 0,90 %

-17,37 %

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 7 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 93,80% (2007-ci ilin ilk 7 ayıının ixracına nisbətən 17,2 dəfə), neft məhsulları- 3,74% (154,01%), meyvə-tərəvəz- 0,27% (171,66%), qara metallar və onlardan hazırlanan məmulatlar- 0,23% (206,69%), kimya sənayesi məhsulları - 0,23% (170,94%), alüminium və ondan hazırlanan məmulatlar- 0,21% (156,27%), bitki və heyvan mənşəli yağlar- 0,21% (142,90%), alkoqollu və alkoqolsuz içkilər - 0,03% (84,43%), pambıq- 0,02% (51,87%), tütün və tütün məmulatları- 0,01% (50,84%) təşkil edir. Qalan əmtəələrin payına 1,25% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri- 29,76% (2007-ci ilin ilk 7 ayıının idxalına nisbətən 139,48%), nəqliyyat vasitələri və onların hissələri- 19,56% (201,70%), ərzaq məhsulları - 12,17% (148,19%), qara metallar və onlardan hazırlanan məmulatlar- 9,27% (103,54%), əczaçılıq məhsulları- 1,63% (137,57%), oduncaq və ondan hazırlanan məmulatlar- 1,10% (115,49%), xalq istehlakı malları- 0,73% (109,47%), mebel- 0,52% (122,77%) təşkil edir. Qalan əmtəələrin payına 25,25% düşür.


İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 

Miqdarı

 

Dəyəri (min ABŞ dolları)

2007-ci ilin 7 ayına netto çəki nisb.%-lə

1)

Neft (xam)

61366756,9 t    

32526769,6

 

1.1)

Boru kəməri ilə 01.08.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən)

 

 

-Şimal boru kəməri ilə

646634,0 t

 

-Supsa boru kəməri ilə

26176,2 t

 

-Bakı-Tbilisi-Ceyhan

20913966,4 t

 

1.2)

Dəmiryolu nəqliyyatı 01.08.2008-ci ilə qədər yola salınan xam neft (şərti YGB)

1687866,7 t

 

2)

Neft emal məhsulları

1563225,8 t

1297249,1

 

 

o cümlədən, saziş növləri üzrə:

 

- sərbəst dönərli valyuta ilə

1554071,5 t

1288801,2

 

- digərləri

9154,2 t  

 

8447,8

 

2.1)

01.08.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları

139070,4 t

 

3)

Bitki və heyvan mənş. yağ.

46452,3 t  

71287,0  

121,0 %

4)

Spirtli içkilər

7169281,0 L

10031,2    

79,2 %

5)

Tütün

1470,6 t

1638,5

65,6 %

6)

Tütün məmulatı

107330,0 min əd. 

604,4 24,5 %

 

7)

Qara metallar 

67756,2 t 

36597,5  

132,3 %

8)

Alüminium 

36408,5 t  

74378,3 

178,9 %

9)

Çay

2847,5 t

10233,4    

86,0 %

10)

Pambıq mahlıcı 

6786,8 t

6670,1 

46,6 %

11)

Elektrik enerjisi  

315,4 mln. kvt/s 

7703,4

 

12)

Təbii qaz 

133466 min kub/m 

 

26008,4

 

 

 

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 

Miqdarı

Dəyəri (min ABŞ dolları)

2007-ci ilin 7 ayına netto çəki nisb.%-lə

1)

Ət və ət məhsulları 

13523,6 t 

10211,7   

87,5 %

 

- humanitar yardım

37,3 t  

25,0

 

2)

Buğda 

561400,6 t 

178421,3 

89,0 %

3)

Un

69977,7 t  

35665,3 

200 dəfə

 

- humanitar yardım

1888,5 t  

1102,2

 

4)

Şəkər

145984,2 t 

48588,6   

84,4 %

 

- humanitar yardım 

163,0 t  

100,6

 

5)

Yağ  

69378,6 t 

50546,9 

120,3 %

 

 

- kərə yağı 

4882,7 t

6499,4

 

- bitki və heyvan mənş. yağ. 

64495,9 t  

 

44047,5

 

- humanitar yardım 

178,0 t 

492,5

 

6)

Çay

4505,6 t 

10084,5 

78,5 %

7)

Spirt  

1150416,3 L

1116,5

265,2 %

8)

Spirtli içkilər

7357052,2 L

9972,3 

85,5 %

9)

Tütün 

1892,5 t 

3924,2

75,3 %

10)

Tütün məmulatı

5750476,0 min əd.

98369,4  

88,7 %

11)

Qara metallar

382886,0 t 

128391,1 

134,1 %

12)

Minik avtomobilləri

 

 

-YGB əsasında

26469 əd.  

226382,5   

155,1%

-GMO əsasında  

19510 əd.

116771,2

 

13)

Neft məhsulları 

42421,8 t 

52448,9

 

14)

Elektrik enerjisi 

95,0 mln. kvt/s

1  7651,7

 

Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (51420033,9 ton (83,79%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (9946723,0 ton (16,21%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1306152,8 ton (83,55%)), "QKSSS" MMC (97737,1 ton (6,25%)), "Azərneftyağ" İstehsalat Birliyi (63691,0 ton (4,07%)) və "Sumqayıt Aşqarlar" ASC (28593,0 ton (1,83%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 33758599,8 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 97,35%) çıxarmışlar, o cümlədən, 9789536,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 29,00%), 23941211,1 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 70,92 %) və 27771,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,08%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2613159,3 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67,00%) gətirilmişdir. Onlardan 1994503,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,33%) və 557122,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 21,32 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 31145440,5 min ABŞ dolları təşkil edir.


Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 99,25%); alüminium və alüminium məmulatları (0,22%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,20%); qara metallar (0,11%); qeyri-üzvi kimya məhsulları (0,03%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 30,08%); quru nəqliyyat vasitələri (14,91%); elektrik maşınları və avadanlıqları, onların hissələri (8,87%); qara metallardan məmulatlar (5,65%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (3,42%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 919690,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 2,65%) çıxarmışlar, o cümlədən, 506036,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 55,02%), 283399,9 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 30,81%) və 96219,0 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 10,46%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1287072,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,00%) gətirilmişdir. Onlardan 964654,1 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,95%), 181337,1 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,09 %) və 120169,2 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 9,34%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 367381,9 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 40,75%); gəmilər, qayıqlar və digər üzən vasitələr (11,58%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,70%); tərəvəz (6,52%); şəkər və şəkərdən hazırlanan qənnadı məmulatı (5,63%) ixrac edilmişdir.
MDB ölkələrindən Respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 15,02%); quru nəqliyyat vasitələri (14,09%); qara metallar (7,50%); qara metallardan məmulatlar (6,64%); avadanlıqlar və mexaniki qurğular (6,50%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.

İxracda

Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi ixraca nisb.%-lə

İtaliya 

14628095,39

42,18

ABŞ

4090070,97 

11,79

İsrail 

2428072,04

7,00

Hindistan

1910768,07 

5,51

Fransa

1705207,97

4,92

İspaniya

1216733,55

3,51

Niderland

1059078,83

3,05

İndoneziya

857704,16

2,47

Çili

845010,27

2,44

B. Britaniya 

711145,89

2,05 

İdxalda

Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi idxala nisb.%-lə

Rusiya

705588,48

18,09

Türkiyə

422844,50

10,84

Almaniya

310487,66

7,96

Ukrayna

302461,96

7,75

Çin

257295,54

6,60

B. Britaniya 

224258,02 

5,75

Qazaxıstan 

156176,69

4,00

Yaponiya   

153899,80

3,95

Finlandiya 

118874,70

3,05

ABŞ

109563,47

2,81


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7493 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3458-i hüquqi, 4035-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 10064075,3 min ABŞ dolları (29,02%), özəl sektorun payı 24532185,4 min ABŞ dolları (70,74%), fiziki şəxslərin payı isə 82029,6 min ABŞ dolları (0,24%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 898364,5 min ABŞ dolları (23,03%), özəl sektorun payı 2792840,7 min ABŞ dolları (71,61%), fiziki şəxslərin payı isə 209026,5 min ABŞ dolları (5,36%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi

 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az