| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin 8 ayı ərzində
2007-ci ilin 8 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 8 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 132 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 7406611,4 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 3991904,1 min ABŞ dolları dəyərində 2141 adda mal ixrac,
3414707,3 min ABŞ dolları dəyərində 6197 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 577196,8 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən, - respublikaya 26240,3 min ABŞ dolları
dəyərində 15617,7 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların
xəttilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil
olmuşdur.
2006-cı ilin ilk 8 ayına nisbətən 2007-ci ilin ilk 8 ayında ixrac
əməliyyatlarının həcmi 9,12% (333676,4 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 1,85% (61947,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti
ixrac rejimində ölkəmizdən 58084,9 min ABŞ dolları dəyərində mal ixrac
edilmiş, 206720,0 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti
idxal edilmişdir.
2007-ci ilin ilk 8 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 13658,5 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 89,32% təşkil etmişdir. Bunlardan 7935,0 min
ton ixrac, 5723,6 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (547,1 min ton), dəmiryolu (2255,6
min ton), avtomobil (481,9 min ton), hava (2,6 min ton) və stasionar
nəqletmə (boru kəməri) (4637,3 min ton) nəqliyyat vasitələrdən istifadə
olunmuşdur. İdxal əməliyyatlarında dəniz (78,4 min ton), dəmiryolu
(4360,1 min ton), avtomobil (898,3 min ton), hava (16,4 min ton) və
stasionar nəqletmə (boru kəməri) (336,1 min ton) nəqliyyat vasitələrinə
üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən
istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük
bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 140122 (əlavə vərəqlə
birlikdə 185891) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 27956 (əlavə
vərəqlə birlikdə 31647) ədəd ixrac, 112166 (əlavə vərəqlə birlikdə
154244) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 8 ayında YGB-lərin ümumi
sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 117,7% təşkil etmiş və ya
21078 ədəd bəyannamə artıq tərtib olmuşdur. O cümlədən, ixracda artım
2119 (108,2%) ədəd, idxalda isə artım 18959 (120,3%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 3772,6 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1053,3 min ton), İsveçrə
(1050,0 min ton), Gürcüstan (790,4 min ton), Tacikistan (287,9 min
ton), Türkiyə (162,8 min ton), İran (136,3 min ton), Rusiya (97,3 min
ton), Türkmənistan (90,6 min ton) və Qazaxıstan (45,1 min ton)
dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən
daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən
85,84% olmuş və ya 622,5 min ton azalmışdır.
2007-ci
ilin ilk 8 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə
dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866336,8
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (543600,6
min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ
dolları) olmuşdur;
- avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə
270357,3 min ABŞ dolları həcmində azalmışdır, idxal əməliyyatlarının
həcmi isə 127251,9 min ABŞ dolları həcmində artmışdır.
- orta aylıq artım ixrac əməliyyatlarında 28568,1 min ABŞ dolları,
idxal əməliyyatlarında isə 22014,0 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 117326,7 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 117,6% təşkil etmiş və ya 17543,9 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin ilk 8 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,02 % |
-0,35% |
| 21 (SDV ilə hesablaşma) |
-78,37% |
-71,91% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-1,30% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,53% |
-4,38% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-11,22% |
-0,00% |
| 80 (digərləri) |
-8,87% |
-22,05% |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 8 ayına
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 56,28% (2006-cı ilin ilk 8 ayının ixracına nisbətən
118,44%), neft məhsulları - 25,35% (91,17%), bitki və heyvan mənşəli
yağlar - 1,41% (131,72%), kimya sənayesi məhsulları - 1,40% (43,34%),
meyvə-tərəvəz - 1,40% (78,21%), alüminium və ondan hazırlanan
məmulatlar - 1,25% (104,59%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 1,06% (122,77%), pambıq - 0,42% (60,94%), alkoqollu və
alkoqolsuz içkilər - 0,36% (152,83%), tütün və tütün məmulatları -
0,13% (33,04%) təşkil edir. Qalan əmtəələrin payına 10,95% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 29,19% (2006-cı ilin ilk 8
ayının idxalına nisbətən 98,32%), nəqliyyat vasitələri və onların
hissələri - 14,05% (88,02%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 11,84% (137,66%), ərzaq məhsulları - 11,34% (150,56%),
əczaçılıq məhsulları - 1,66% (175,57%), neft qazı və digər qazaoxşar
karbohidrogenlər - 1,52% (16,31%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,25% (111,03%), xalq istehlakı malları - 0,90% (82,50%),
mebel - 0,57% (117,54%) təşkil edir. Qalan əmtəələrin payına 27,67%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri
aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 8 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.09.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4755784,5t |
2246624,2 |
|
| -Şimal boru kəməri ilə |
1514329,0t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
18647092,9t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.09.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3315497,4t |
| |
| 2) Neft emal məhsulları |
1978454,7t |
1012100,7 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
1953593,0t |
1001629,3 |
|
| - digərləri |
24861,7t |
10471,4 |
|
2.1) 01.09.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
96883,2t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
43086,5t |
56130,6 |
122,6% |
| 4) Spirtli içkilər |
10054119,6 L |
14124,4 |
147,1% |
| 5)Tütün |
2626,9t |
2171,8 |
65,8% |
| 6) Tütün məmulatı |
504471,6 min.əd |
3064,8 |
23,0% |
| 7) Qara metallar |
53664,4t |
22348,9 |
123,0% |
| 8) Alüminium |
21490,9t |
49760,3 |
98,0% |
| 9) Çay |
3818,1t |
10529,0 |
94,8% |
| 10) Pambıq mahlıcı |
19035,3t |
16735,7 |
58,4% |
| 11) Elektrik enerjisi |
375,5 mln kvt*s |
6970,5 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 8 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları-humanitar yardım |
17097,9 t |
11245,4 |
142,0 % |
| -humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
762542,0 t |
128446,0 |
120,3 % |
| 3) Un |
401,2 t |
149,8 |
12,0 % |
| 4) Şəkər |
213743,4 t |
69870,7 |
238,0 % |
| - humanitar yardım |
160,9 t |
80,5 |
|
| 5) Yağ |
65555,9 t |
38340,4 |
108,5% |
| - kərə yağı |
6583,0 t |
7629,8 |
|
| - bitki və heyvan mən.yağ |
58972,9 t |
30710,6 |
|
| - humanitar yardım |
208,3 t |
255,6 |
|
| 6) Çay |
5998,6 t |
10326,0 |
121,4% |
| 7) Spirt |
688944,4 L |
684,3 |
141,1% |
| 8) Spirtli içkilər |
10157330,2 L |
10942,3 |
161,5 % |
| 9)Tütün; |
2754,7 t |
3948,3 |
92,9 % |
| 10) Tütün məmulatı |
7770992,8 min. əd. |
115165,0 |
161,6 % |
| 11) Qara metallar |
322907,5 t |
75117,3 |
135,3 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
20178əd. |
162027,0 |
113,5 % |
| -GMO əsasında |
22513əd. |
108665,1 |
|
| 13) Neft məhsulları |
46326,3 t |
38867,9 |
|
| 14) Elektrik enerjisi |
685,9 mln. kvt*s |
20403,3 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470088,5 min kub.m |
51863,3 |
|
Xam neft Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (3779318,5 ton (80,07%)) və ABƏŞ (976466,0 ton (19,93%))
tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft
Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1862124,1 ton
(94,12%)), "Az Trans Reil" MMC (24841,4 ton (1,26%)), "Sumqayıt
Aşqarlar" ASC (14206,4 ton (0,72%)) və "İmpeks LTD" MMC (14145,6 ton
(0,71%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 3246161,4 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
81,32%) çıxarmışlar, o cümlədən, 2841905,0 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 87,55%), 357167,6
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 11,00 %) və 46587,1 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 1,44%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2248406,8
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 65,84%)
gətirilmişdir. Onlardan 1503748,9 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 66,88%) və 693643,9 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 30,85
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 997754,6 min ABŞ
dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
94,08%); alüminium və alüminium məmulatları (1,52%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (0,94%); qara metallar
(0,66%); avadanlıqlar və mexaniki qurğular (0,39%) ixrac edilmişdir. Xarici
ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,32%); qara
metallardan məmulatlar (10,88%); quru nəqliyyat vasitələri (10,14%);
elektrik maşınları və avadanlıqları, onların hissələri (9,63%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,57%)
idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 745742,7
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,68%)
çıxarmışlar, o cümlədən, 286537,2 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,42%), 307374,0 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 41,22%) və 61074,2
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 8,19%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1166300,5 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 34,16%) gətirilmişdir. Onlardan
951693,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 81,60%), 143609,5 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,31 %) və 59384,6
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
5,09%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 420557,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,07%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (15,49%); gəmilər, qayıqlar və
digər üzən vasitələr (12,41%); heyvan və ya bitki mənşəli piylər və
yağlar (7,51%); tərəvəz (4,66%) ixrac edilmişdir. MDB ölkələrindən
respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala
nisbətən 11,43%); quru nəqliyyat vasitələri (10,78%); avadanlıqlar və
mexaniki qurğular (8,44%); qara metallardan məmulatlar (7,27%); mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (6,67%)
idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan
ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
777350,79 |
19,47 |
| İtaliya |
562915,75 |
14,10 |
| İran |
336447,29 |
8,43 |
| Rusiya |
314308,05 |
7,87 |
| Gürcüstan |
253745,46 |
6,36 |
| Fransa |
182726,12 |
4,58 |
| Indoneziya |
147295,94 |
3,69 |
| Hindistan |
144947,94 |
3,63 |
| ABŞ |
131721,98 |
3,30 |
| Koreya resp. |
124734,81 |
3,12 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
597721,42 |
17,50 |
| Türkiyə |
350023,69 |
10,25 |
| Ukrayna |
2310720,56 |
9,10 |
| Almaniya |
293274,81 |
8,59 |
| B.Britaniya |
252006,19 |
7,38 |
| ABŞ |
174396,10 |
5,11 |
| Yaponiya |
161759,94 |
4,74 |
| Çin |
153808,33 |
4,50 |
| Qazaxıstan |
111650,36 |
3,27 |
| İtaliya |
91909,32 |
2,69 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici
ticarətlə 9902 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3426-sı
hüquqi, 6476-sı isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət
sektorunun payı 2980421,5 min ABŞ dolları (74,66%), özəl sektorun payı
963995,1 min ABŞ dolları (24,15%), fiziki şəxslərin payı isə 47487,4
min ABŞ dolları (1,19%) olmuşdur. İdxal əməliyyatlarında dövlət
sektorunun payı 851052,0 min ABŞ dolları (24,92%), özəl sektorun payı
2369326,1 min ABŞ dolları (69,39%), fiziki şəxslərin payı isə 194329,2
min ABŞ dolları (5,69%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|