| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin 8 ayı ərzində
2008-ci ilin 8 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci
ilin ilk 8 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 134 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi
42209183,8 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 37703535,6 min
ABŞ dolları dəyərində 1767 adda mal ixrac, 4505648,2 min ABŞ dolları
dəyərində 5387 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları
üzrə müsbət saldo 33197887,5 min ABŞ dolları təşkil etmişdir. O
cümlədən, - respublikaya 24040,5 min ABŞ dolları dəyərində 3673,9
ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə
təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 8 ayına nisbətən 2008-ci ilin ilk 8 ayında ixrac
əməliyyatlarının həcmi 844,49% (33711606,9 min ABŞ dolları), idxal
əməliyyatlarının həcmi isə 31,91% (1090042,0 min ABŞ dolları) artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 268349,8 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 306040,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 8 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 74139,2 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 542,81% təşkil etmişdir. Bunlardan 67667,5 min
ton ixrac, 6471,7 min ton isə idxal əməliyyatlarının payına düşür.
İxrac əməliyyatlarında əsasən dəniz (401,9 min ton), dəmiryolu (13128,7
min ton), avtomobil (447,4 min ton), hava (2,4 min ton) və stasionar
nəqletmə (boru kəməri) (53682,5 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (252,3 min ton),
dəmiryolu (5147,0 min ton), avtomobil (1008,3 min ton), hava (17,1 min
ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır
ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən
daşımaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 157475 (əlavə vərəqlə
birlikdə 212139) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 29824 (əlavə
vərəqlə birlikdə 33389) ədəd ixrac, 127651 (əlavə vərəqlə birlikdə
178750) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 8 ayında YGB-lərin ümumi
sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 112,38% təşkil etmiş və ya
17353 ədəd bəyannamə çox olmuşdur. O cümlədən, ixracda artım 1868
(106,68%) ədəd, idxalda isə artım 15485 (113,81%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4389,7 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1591,0 min ton), İsveçrə
(1180,7 min ton), Gürcüstan (694,0 min ton), Tacikistan (248,7 min
ton), İran (167,3 min ton), Türkiyə (155,3 min ton), Türkmənistan
(149,6 min ton), Rusiya (114,1 min ton) və Qazaxıstan (28,7 min ton)
dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən
daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən
116,36% olmuş və ya 617,1 min ton artmışdır.

2008-ci ilin ilk 8 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (17186217,5
min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (823382,2
min ABŞ dolları), aşağı həddi isə mart ayında (416897,9 min ABŞ
dolları) olmuşdur;
-avqust ayında ixrac əməliyyatlarının həcmi iyul ayı ilə müqayisədə
14158287,9 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə 225525,7
min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 343132,8 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 14466,1 min ABŞ dolları
olmuşdur .
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 155119,7 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 132,21% təşkil etmiş və ya 37793,0 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2008-ci ilin ilk 8 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
|
İxracda: |
İdxalda: |
01 |
(milli valyuta ilə hesablaşma) |
- 0,00 % |
-0,26 % |
21 |
(SDV ilə hesablaşma) |
-35,24 % |
-75,80 % |
23 |
(dövlət krediti üzrə hesablaşma) |
- 0,00 % |
-1,97 % |
41 |
(qapalı dövriyyəli valyuta) |
-0,27 % |
-4,87 % |
78 |
(kompen. öhdəlikləri hesabına |
-63,59 % |
- 0,00 % |
80 |
(digərləri) |
- 0,90 % |
-17,09 % |
İxrac
və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı
(%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 8 ayına nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır): İxracda: xam neft - 93,84%
(2007-ci ilin ilk 8 ayının ixracına nisbətən (16 dəfə), neft məhsulları
- 3,70% (137,77%), meyvə-tərəvəz - 0,26% (177,18%), kimya sənayesi
məhsulları - 0,24% (162,34%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 0,23% (205,78%), alüminium və ondan hazırlanan məmulatlar
- 0,22% (169,23%), bitki və heyvan mənşəli yağlar - 0,21% (142,10%),
alkoqollu və alkoqolsuz içkilər - 0,03% (87,10%), pambıq - 0,02%
(49,93%), tütün və tütün məmulatları - 0,01% (45,60%) təşkil edir.
Qalan əmtəələrin payına 1,24% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 29,84% (2007-ci ilin ilk 8
ayının idxalına nisbətən 134,83%), nəqliyyat vasitələri və onların
hissələri - 18,85% (176,92%), ərzaq məhsulları - 12,10% (140,87%), qara
metallar və onlardan hazırlanan məmulatlar - 9,36% (104,17%), əczaçılıq
məhsulları - 1,57% (124,71%), oduncaq və ondan hazırlanan məmulatlar -
1,13% (118,93%), xalq istehlakı malları - 0,72% (105,67%), mebel -
0,53% (121,77%) təşkil edir. Qalan əmtəələrin payına 25,90% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin 7 ayına netto çəki nisb.%-lə |
1) |
Neft (xam) |
64322153,3 t |
35379670,0 |
|
1.1) |
Boru kəməri ilə 01.08.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən) |
|
|
-Şimal boru kəməri ilə |
812471,0 t |
|
-Supsa boru kəməri ilə |
83643,9 t |
|
-Bakı-Tbilisi-Ceyhan |
22475124,3 t |
|
1.2) |
Dəmiryolu nəqliyyatı 01.09.2008-ci ilə qədər yola salınan xam neft (şərti YGB) |
1787352,9 t |
|
2) |
Neft emal məhsulları |
1676193,9 t |
1394347,9 |
|
|
o cümlədən, saziş növləri üzrə: |
|
- sərbəst dönərli valyuta ilə |
1659997,5 t |
1379420,3 |
|
- digərləri |
16196,4 t |
14927,6 |
|
2.1) |
01.09.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları |
203128,8 t |
|
3) |
Bitki və heyvan mənş. yağ. |
51946,2 t |
79764,1 |
120,6 % |
4) |
Spirtli içkilər |
8099472,6 L |
11845,5 |
80,6 % |
5) |
Tütün |
1544,1 t |
1704,1 |
58,8 % |
6) |
Tütün məmulatı |
118980,0 min əd. |
683,8 |
23,6 % |
7) |
Qara metallar |
74293,7 t |
41172,2 |
138,4 % |
8) |
Alüminium |
41199,7 t |
84209,0 |
191,7 % |
9) |
Çay |
3340,4 t |
11480,6 |
87,5 % |
10) |
Pambıq mahlıcı |
8291,3 t |
8355,7 |
43,6 % |
11) |
Elektrik enerjisi |
348,9 mln. kvt//s |
8723,7 |
|
12) |
Təbii qaz |
133466,7 min kub.m |
26008,3 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
|
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin 8 ayına netto çəki nisb.%-lə |
1) |
Ət və ət məhsulları |
14745,7 t |
11137,6 |
86,2 % |
|
- humanitar yardım |
37,3 t |
25,0 |
|
2) |
Buğda |
701397,2 t |
216976,0 |
92,0 % |
3) |
Un |
72912,9 t |
36751,9 |
182 dəfə |
|
- humanitar yardım |
1888,5 t |
1102,2 |
|
4) |
Şəkər |
164743,4 t |
56301,8 |
77,1 % |
|
- humanitar yardım |
163,0 t |
100,6 |
|
5) |
Yağ |
70679,5 t |
51771,2 |
107,8 % |
|
- kərə yağı |
5158,3 t |
6831,9 |
|
- bitki və heyvan mənş. yağ. |
65521,2 t |
44939,3 |
|
| - humanitar yardım |
178,0 t |
492,5 |
|
6) |
Çay |
4997,3 t |
11242,5 |
83,3 % |
7) |
Spirt |
1314949,3 L |
1310,5 |
265,2 % |
8) |
Spirtli içkilər |
8368801,0 L |
11063,6 |
82,4 % |
9) |
Tütün |
2096,3 t |
4401,5 |
76,1 % |
10) |
Tütün məmulatı |
6637446,0 min əd |
112445,4 |
85,4 % |
11) |
Qara metallar |
428246,2 t |
143338,9 |
132,6 % |
12) |
Minik avtomobilləri |
|
|
-YGB əsasında |
30754 əd |
263024,7 |
152,4 % |
-GMO əsasında |
23743 əd. |
146790,9 |
|
13) |
Neft məhsulları |
51311,6 t |
61634,5 |
|
14) |
Elektrik enerjisi |
211,3 mln. kvt//s |
8185,8 |
|
Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (51420033,9 ton
(79,94%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar
İdarəsi (12902119,4 ton (20,06%)) tərəfindən ixrac edilmişdir. Neft
məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (1388461,3 ton (82,83%)), "QKSSS" MMC (97737,1
tonu (5,83%)), "Azneftyağ" İstehsalat Birliyi (68617,2 ton (4,09%)) və
"Caspian Petrol - 1" firması (39798,9 ton (2,37%)) üstünlük təşkil
edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 36691690,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca
nisbətən 97,32%) çıxarmışlar, o cümlədən, 12716323,4 min ABŞ dolları
dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 34,66%),
23941211,1 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər
hesabına (ixraca nisbətən 65,25 %) və 34068,6 min ABŞ dolları dəyərində
əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,09%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3003757,6
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,67%)
gətirilmişdir. Onlardan 2296243,0 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (idxala nisbətən 76,45%) və 632444,4 min
ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən
21,06 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 33687932,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
99,25%); alüminium və alüminium məmulatları (0,23%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (0,19%); qara metallar
(0,11%); qeyri-üzvi kimya məhsulları (0,03%) ixrac edilmişdir.

Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 30,26%); quru
nəqliyyat vasitələri (14,94%); elektrik maşınları və avadanlıqları,
onların hissələri (8,59%); qara metallardan məmulatlar (5,78%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (3,49%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1011845,4
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 2,68%)
çıxarmışlar, o cümlədən, 572102,7 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 56,54%), 303929,7 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 30,04%) və 101753,6
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 10,06%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1501890,5 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 33,33%) gətirilmişdir. Onlardan
1119227,7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 74,52%), 211739,1 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,10 %) və
137677,3 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala
nisbətən 9,17%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 490045,1 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və neft emalı
məhsulları, bitumlu minerallar (ixraca nisbətən 41,39%); gəmilər,
qayıqlar və digər üzən vasitələr (10,57%); heyvan və ya bitki mənşəli
piylər və yağlar (7,84%); tərəvəz (5,99%); şəkər və şəkərdən hazırlanan
qənnadı məmulatı (5,63%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 15,49%); quru nəqliyyat vasitələri (13,79%);
qara metallar (7,22%); qara metallardan məmulatlar (6,96%);
avadanlıqlar və mexaniki qurğular (6,85%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
|
Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi ixraca nisb.%-lə |
İtaliya |
15453300,83 |
40,99 |
| ABŞ |
4764669,23 |
12,64 |
İsrail |
2731014,42 |
7,24 |
Hindistan |
1910769,41 |
5,07 |
Fransa |
1787849,17 |
4,74 |
İspaniya |
1216733,55 |
3,23 |
Niderland |
1133012,53 |
3,01 |
İndoneziya |
1119065,29 |
2,97 |
Çili |
845010,27 |
2,24 |
B. Britaniya |
869806,30 |
2,31 |
|
Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi idxala nisb.%-lə |
Rusiya |
831735,92 |
18,46 |
| Türkiyə |
490535,84 |
10,89 |
Almaniya |
369006,70 |
8,19 |
Ukrayna |
364772,13 |
8,10 |
Çin |
295772,21 |
6,56 |
B. Britaniya |
252900,57 |
5,61 |
| Qazaxıstan |
160399,81 |
3,56 |
Yaponiya |
171964,87 |
3,82 |
Finlandiya |
125125,26 |
2,78 |
ABŞ |
125354,96 |
2,78 |

Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 7581 hüquqi və
fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3499-u hüquqi, 4082-si isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
13027349,3 min ABŞ dolları (34,55%), özəl sektorun 24590211,3 min ABŞ
dolları (65,22%), fiziki şəxslərin payı isə 85975,1 min ABŞ dolları
(0,23%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
1031802,5 min ABŞ dolları (22,90%), özəl sektorun payı 3237034,9 min
ABŞ dolları (71,84%), fiziki şəxslərin payı isə 236810,8 min ABŞ
dolları (5,26%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|