| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2006-cı ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2006-cı
ilin 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 134 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi
8626126,0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 4847465,3 min ABŞ
dolları dəyərində 1967 adda mal ixrac, 3778660,7 min ABŞ dolları
dəyərində 5527 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları
üzrə müsbət saldo 1068804,6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
- respublikaya 30784,1 min ABŞ dolları dəyərində 19147,0 ton əmtəə
dövlət, hökümət və beynəlxalq təşkilatların xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2005-ci ilin 9 ayına nisbətən 2006-cı ilin 9 ayında ixrac
əməliyyatlarının həcmi 93,94% (2348050,1 min ABŞ dolları) artmış, idxal
əməliyyatlarının həcmi isə 17,14% (552800,7 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 28788,4 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 250661,9 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2006-cı
ilin 9 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə
etməklə 18746,1 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq
dövrünə nisbətən 140,40% təşkil etmişdir. Bunlardan 10815,3 min ton
ixrac, 7929,8 min ton isə idxal əməliyyatlarının payına düşur. İxrac
əməliyyatlarında əsasən dəniz (5276,4 min ton), dəmiryolu (971,7 min
ton), avtomobil (368,4 min ton), hava (2,8 min ton) və stasionar nəql
etmə (boru kəməri) (4190,3 min ton) nəqliyyatından istifadə olunmuşdur.
İdxal əməliyyatlarında dəniz (207,2 min ton), dəmiryolu (4448,8 min
ton), avtomobil (815,6 min ton), hava (19,4 min ton) və stasionar nəql
etmə (boru kəməri) (2413,1 min ton) nəqliyyatına üstünlük verilmişdir.
Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti
təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri əsasında
rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 135340 (əlavə vərəqlə
birlikdə 180877) ədəd YGB (Yük Gömrük Bəyannaməsi) rəsmiləşdirilmişdir.
Bunlardan 29376 (əlavə vərəqlə birlikdə 33816) ədəd ixrac, 105964
(əlavə vərəqlə birlikdə 147061) ədəd idxal YGB-dir. 2006-cı ilin 9
ayında YGB-lərin ümumi sayı 2005-ci ilin müvafiq dövrünə nisbətən
111,27% təşkil etmiş və ya 13708 ədəd bəyannamə çox olmuşdur. O
cümlədən ixracda artım 4294 (117,12%) ədəd, idxalda isə artım 9414
(109,75%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 5007,1 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İsveçrə (1552,7 min ton), İtaliya
(1321,7 min ton), Gürcüstan (952,6 min ton), Tacikistan (282,8 min
ton), Rusiya (157,7 min ton), Türkmənistan (139,2 min ton), İran (130,2
min ton), Türkiyə (125,4 min ton) və Kiprə (112,0 min ton)
göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit
yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 80,44% olmuş və ya
1217,4 min ton azalmışdır.
2006-cı ilin 9 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi sentyabr ayında
(1189281,8 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (236625,9
min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (737447,5
min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (253178,3 min ABŞ
dolları) olmuşdur;
- sentyabr ayında ixrac əməliyyatlarının həcmi avqust ayı ilə
müqayisədə 821929,3 min ABŞ dolları həcmində artmış, idxal
əməliyyatlarının həcmi isə 304193,3 min ABŞ dolları həcmində azalmışdır.
- ixrac əməliyyatlarında orta aylıq artım 119082,0 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 22509,5 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 114746,5 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 130,74% təşkil etmiş və ya 26976,8 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2006-cı ilin 9 ayı ərzində 01, 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,01% |
-0,36% |
| 21 (SDV ilə hesablaşma) |
-60,43% |
-59,77% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | -0,00% |
-3,25% |
| 41 (qapalı dövriyyəli valyuta) |
-0,99% |
-3,39% |
| 51 (barter sazişi) |
-0,01% |
-0,00% |
| 78 (kompen.öhdəliklər hesabına) |
-33,08% |
-0,00% |
| 80 (digərləri) |
-5,49% |
-33,22% |
İdxalın
və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı
(%-lə) aşağıdakı kimidir (2005-ci ilin 9 ayına nisbətən müqayisə
statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 60,65% (2005-ci ilin 9 ayıının ixracına nisbətən
310,70%), neft məhsulları - 24,51% (151,28%), kimya sənayesi məhsulları
- 3,00% (160,16%), meyvə-tərəvəz - 1,59% (110,95%), alüminium və ondan
hazırlanan məmulatlar - 1,12% (134,46%), bitki və heyvan mənşəli yağlar
- 0,97% (86,93%), qara metallar və onlardan hazırlanan məmulatlar -
0,83% (108,27%), pambıq - 0,61% (132,99%), tütün və tütün məmulatları -
0,36% (119,95%), alkoqollu və alkoqolsuz içkilər - 0,23% (195,37%)
təşkil edir. Qalan əmtəələrin payına 6,14% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 31,21% (2005-ci ilin 9
ayıının idxalına nisbətən 104,70%), nəqliyyat vasitələri və onların
hissələri - 15,69% (204,88%), neft qazı və diğər qazaoxşar
karbohidrogenlər - 9,33% (158,31%), qara metallar və onlardan
hazırlanan məmulatlar - 8,76% (102,45%), ərzaq məhsulları - 7,63%
(114,52%), xalq istehlaki malları - 1,11% (85,51%), oduncaq və ondan
hazırlanan məmulatlar - 1,09% (109,97%), əczaçılıq məhsulları - 0,98%
(182,06%), mebel - 0,52% (89,71%) təşkil edir. Qalan əmtəələrin payına
23,70% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 9 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.06.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
7072730,6 t |
2939757,9 |
|
| -Şimal boru kəməri ilə |
3468634,0 t |
| |
| -Supsa boru kəməri ilə |
5223426,4 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
4253397,5 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.06.2006-cı ilə qədər
yola salınan xam neft(şərti YGB) |
4460859,9 t |
| |
| 2) Neft emal məhsulları |
2496575,7 t |
1188331,6 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2420698,7 t |
1148418,9 |
|
| - digərləri |
75877,0 t |
39912,7 |
|
2.1) 01.06.2006-cı ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
139634,2 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
38697,6 t |
46936,7 |
84,6 % |
| 4) Spirtli içkilər |
8475039,0 L |
10912,0 |
137,4 % |
| 5) Tütün |
4227,7 t |
3093,8 |
79,1 % |
| 6) Tütün məmulatı |
2433,3 mln.əd |
14273,2 |
150,5 % |
| 7) Qara metallar |
53385,1 t |
16909,0 |
51,9 % |
| 8) Alüminium |
24844,4 t |
54141,9 |
100,5 % |
| 9) Çay |
4732,3 t |
13339,5 |
129,1 % |
| 10) Pambıq mahlıcı |
35048,4 t |
29512,7 |
131,9 % |
| 11) Elektrik enerjisi |
628,7 mln kvt*s |
10139,0 |
|
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2005-ci ilin 9 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
14432,3 t |
10187,6 |
54,1% |
| - humanitar yardım |
32,0 t |
52,0 |
|
| 2) Buğda |
687776,1 t |
93123,0 |
109,3% |
| 3) Un |
3423,1 t |
920,4 |
94,7% |
| - humanitar yardım |
2992,8 t |
782,0 |
|
| 4) Şəkər |
111359,2 t |
35583,4 |
92,9% |
| - humanitar yardım |
399,5 t |
352,6 |
|
| 5) Yağ |
63592,7 t |
36046,3 |
92,3% |
| - kərə yağı |
5300,6 t |
6180,2 |
|
| - bitki və heyvan mən.yağ |
58292,1 t |
29866,1 |
|
| - humanitar yardım |
256,0 t |
277,3 |
|
| 6) Çay |
5145,9 t |
9647,9 |
106,6 % |
| 7) Spirt |
540286,8 L |
489,3 |
45,9 % |
| 8) Spirtli içkilər |
7617099,6 L |
9859,4 |
161,1 % |
| 9) Tütün məmulatı |
5254,9 mln. əd. |
69873,9 |
125,2 % |
| 10) Qara metallar |
274645,0 t |
78162,5 |
139,2 % |
| 11) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
19633əd. |
143753,8 |
94,5% |
| -GMO əsasında |
21322əd. |
109029,6 |
|
| 12) Neft məhsulları |
90964,1 t |
57087,4 |
|
| 13) Elektrik enerjisi |
1683,3 mln. kvt*s |
46676,5 |
|
| 14) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
3406520,7 min kub.m |
352643,4 |
|
Xam
neft Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (4142382,8 ton (58,57%)),
Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi(2900472,0 ton
(41,01%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında
Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi (2245266,2 ton
(89,93%)), "Azneftyağ" İstehsalat Birliyi (86194,8 tonu (3,45%)),
"Middle East Petrol Farm FZE" şirkətinin Azərbaycandakı filialı
(64876,0 ton (2,60%)) və "Monolit-D" firması (25725,6 ton (1,03%))
üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 4214652,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
86,95%) çıxarmışlar, o cümlədən, 2517972,2 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 59,74%) və 1603468,9
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 38,05 %), 92702,4 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 2,20%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2272758,2
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 60,15%)
gətirilmişdir. Onlardan 1240790,8 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 54,59%), 899532,1 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 39,58
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 1941894,6 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
93,68%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,41%);
alüminium və alüminum məmulatlarI (1,27%); qeyri-üzvi kimya
məhsulları (0,50%); meyvə (0,50%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki cihazlar (idxala nisbətən 33,58%); elektrik
maşınları və avadanlıqları, onların hissələri (13,14%); qara
metallardan məmulatlar (9,20%); quru nəqliyyat vasitələri (6,67%);
mebel (3,05%) idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 632812,4
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 13,05%)
çıxarmışlar, o cümlədən, 411387,2 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 65,01%), 173207,9 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 27,37%), 48011,3
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 7,59%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1505902,4 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 39,85%) gətirilmişdir. Onlardan
1017773,0 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 67,59%), 124735,3 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 8,28 %), 355679,7
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
23,62%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 873090,0 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 32,08%),
qeyri-üzvi kimya məhsulları (15,18%); gəmilər, qayıqlar və digər üzən
vasitələr (11,02%); heyvan və ya bitki mənşəli piylər və yağlar
(7,19%); tərəvəz (4,91%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində mineral
yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (idxala
nisbətən 27,79%); gəmilər, qayıqlar və digər üzən vasitələr (18,72%);
quru nəqliyyat vasitələri (7,05%); dənli bitkilər (6,38%); avadanlıqlar
və mexaniki cihazlar (4,92%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
2280567,12 |
47,05 |
| İsrail |
522142,63 |
10,77 |
| Türkiyə |
285434,50 |
5,89 |
| Fransa |
277859,94 |
5,73 |
| Rusiya |
202016,84 |
4,17 |
| Gürcüstan |
198528,70 |
4,10 |
| İran |
193448,94 |
3,99 |
| Yunanistan |
113047,15 |
2,33 |
| Qazaxıstan |
96088,32 |
1,98 |
| Tacikistan |
95943,73 |
1,98 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Rusiya |
793740,22 |
21,01 |
| B.Britaniya |
356720,72 |
9,44 |
| Almaniya |
281184,00 |
7,44 |
| Türkiyə |
266463,28 |
7,05 |
| Ukrayna |
202601,47 |
5,36 |
| Çin |
149999,07 |
3,97 |
| Finlandiya |
149826,56 |
3,97 |
| ABŞ |
139439,61 |
3,69 |
| Yaponiya |
90107,16 |
2,38 |
| İtaliya |
89487,10 |
2,37 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 9095 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3350-i hüquqi, 5745-i isə
fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
2743339,7 min ABŞ dolları (56,59%), özəl sektorun 2054039,7 min ABŞ
dolları (42,37%), fiziki şəxslərin payı isə 50085,9 min ABŞ dolları
(1,03%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
1104084,3 min ABŞ dolları (29,13%), özəl sektorun payı 2486054,1 min
ABŞ dolları (65,58%), fiziki şəxslərin payı isə 200523,9 min ABŞ
dolları (5,29%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|