| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2007-ci ilin 9 ayı ərzində
2007-ci ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2007-ci ilin ilk 9 ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 134 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 8223272,8 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 4315849,6 min ABŞ dolları dəyərində 2225 adda mal ixrac,
3907423,2 min ABŞ dolları dəyərində 6335 adda mal isə idxal olunmuş,
ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 408426,4 min ABŞ dolları
təşkil etmişdir. O cümlədən, - respublikaya 50705,6 min ABŞ dolları
dəyərində 16123,0 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların
xəttilə təmənnasız kömək,
humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2006-cı
ilin ilk 9 ayına nisbətən 2007-ci ilin ilk 9 ayında ixrac
əməliyyatlarının həcmi 10,97% (531661,7 min ABŞ dolları) azalmış, idxal
əməliyyatlarının həcmi isə 3,26% (123331,3 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 71061,4 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 242623,2 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal edilmişdir.
2007-ci ilin ilk 9 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən
istifadə etməklə 14966,6 min ton yük daşınmışdır. Bu da keçən ilin
müvafiq dövrünə nisbətən 79,84% təşkil etmişdir. Bunlardan 8599,6 min
ton ixrac, 6367,0 min ton isə idxal əməliyyatlarının payına düşur.
İxrac əməliyyatlarında əsasən dəniz (587,6 min ton), dəmiryolu (2583,9
min ton), avtomobil (526,1 min ton), hava (2,9 min ton) və stasionar
nəql etmə (boru kəməri) (4888,3 min ton) nəqliyyat vasitələrindən
istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (81,1 min ton),
dəmiryolu (4880,5 min ton), avtomobil (1011,4 min ton), hava (18,9 min
ton) və stasionar nəql etmə (boru kəməri) (336,1 min ton) nəqliyyat
vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat
vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların
yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə
alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 157980 (əlavə vərəqlə
birlikdə 209867) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 31176 (əlavə
vərəqlə birlikdə 35400) ədəd ixrac, 126804 (əlavə vərəqlə birlikdə
174467) ədəd idxal YGB-dir. 2007-ci ilin ilk 9 ayında YGB-lərin ümumi
sayı 2006-cı ilin müvafiq dövrünə nisbətən 116,70% təşkil etmiş və ya
22640 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1800
(106,10%) ədəd, idxalda isə artım 20480(119,70%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4296,6 min ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1229,9 min ton), İsveçrə
(1188,6 min ton), Gürcüstan (875,6 min ton), Tacikistan (327,2 min
ton), Türkiyə (181,6 min ton), İran (147,3 min ton), Türkmənistan
(107,2 min ton), Rusiya (104,2 min ton) və Qazaxıstan (61,2 min ton)
dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən
daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən
85,81% olmuş və ya 710,5 min ton azalmışdır.
2007-ci
ilin ilk 9 ayı ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə
dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (866336,8
min ABŞ dolları), aşağı həddi isə fevral ayında (154404,5 min ABŞ
dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi avqust ayında (543908,0
min ABŞ dolları), aşağı həddi isə mart ayında (356627,3 min ABŞ
dolları) olmuşdur;
- sentyabr ayında ixrac əməliyyatlarının həcmi avqust ayı ilə
müqayisədə 272082,8 min ABŞ dolları, idxal əməliyyatlarının həcmi isə
51573,3 min ABŞ dolları həcmində azalmışdır;
- ixrac əməliyyatlarında orta aylıq azalma 9010,2 min ABŞ dolları,
idxal əməliyyatlarında isə orta aylıq artım 12853,1 min ABŞ dolları
olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 135097,5 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə
rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə
rəsmiləşdirilən yüklərin dəyəri 117,74% təşkil etmiş və ya 20351,0 min
ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki,
2007-ci ilin ilk 9 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə
üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) |
-0,02 % |
-0,30 % |
| 21 (SDV ilə hesablaşma) |
-79,20 % |
-71,90 % |
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0,00 % |
-1,24 % |
| 41 (qapalı dövriyyəli valyuta) |
-1,65 % |
-4,37 % |
| 78 (kompen.öhdəliklər hesabına) |
-10,37 % |
-0,00 % |
| 80 (digərləri) |
-8,76% |
-22,18 % |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2006-cı ilin ilk 9 ayına
nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 54,56% (2006-cı ilin ilk 9 ayının ixracına nisbətən
80,09%), neft məhsulları - 26,67% (96,86%), meyvə-tərəvəz - 1,57%
(87,80%), kimya sənayesi məhsulları - 1,48% (43,93%), bitki və heyvan
mənşəli yağlar - 1,43% (131,08%), alüminium və ondan hazırlanan
məmulatlar - 1,29% (102,77%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 1,16% (124,72%), pambıq - 0,45% (65,11%), alkoqollu və
alkoqolsuz içkilər - 0,36% (140,75%), tütün və tütün məmulatları -
0,14% (33,94%) təşkil edir. Qalan əmtəələrin payına 10,91% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki
avadanlıqlar və onların ehtiyat hissələri - 30,04% (2006-cı ilin ilk 9
ayının idxalına nisbətən 99,44%), nəqliyyat vasitələri və onların
hissələri - 13,83% (90,55%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 11,81% (139,39%), ərzaq məhsulları - 11,52% (156,27%),
əczaçılıq məhsulları - 1,70% (180,23%), neft qazı və digər qazaoxşar
karbohidrogenlər - 1,33% (14,74%), oduncaq və ondan hazırlanan
məmulatlar - 1,22% (115,27%), xalq istehlakı malları - 0,91% (85,18%),
mebel - 0,56% (120,60%) təşkil edir. Qalan əmtəələrin payına 27,08%
düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri
aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 9 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.10.2007-ci ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
4962974,8 t |
2354534,8 |
|
| -Şimal boru kəməri ilə |
1597274,0 t |
| |
| -Bakı-Tbilisi-Ceyhan |
19777227,7 t |
| |
1.2) Dəmiryolu nəqliyyatı
01.10.2007-ci ilə qədər
yola salınan xam neft(şərti YGB) |
3505471,4 t |
| |
| 2) Neft emal məhsulları |
2266392,0 t |
1151047,2 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2238713,8 t |
1139241,5 |
|
| - digərləri |
27678,2 t |
11805,7 |
|
2.1) 01.10.2007-ci ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
114922,3 t |
| |
| 3) Bitki və heyvan mənş.yağ |
47045,1 t |
61523,1 |
121,6 % |
| 4) Spirtli içkilər |
11132545,8 L |
15514,4 |
131,4 % |
| 5)Tütün |
2835,4 t |
2384,9 |
67,1 % |
| 6) Tütün məmulatı |
560371,6 min.əd |
3509,8 |
23,0 % |
| 7) Qara metallar |
63092,5 t |
26680,3 |
118,2 % |
| 8) Alüminium |
24386,5 t |
55639,3 |
98,2 % |
| 9) Çay |
4348,1 t |
12376,1 |
91,9 % |
| 10) Pambıq mahlıcı |
21856,6 t |
19216,8 |
62,4 % |
| 11) Elektrik enerjisi |
325,8 mln kvt/s |
6970,5 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2006-cı ilin 9 ayına netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
18778,5 t |
12054,7 |
130,1 % |
| -humanitar yardım |
40,0 t |
555,9 |
|
| 2) Buğda |
918831,3 t |
163481,7 |
133,6 % |
| 3) Un |
1413,0 t |
455,0 |
41,3 % |
| 4) Şəkər |
242632,8 t |
79405,4 |
217,9 % |
| - humanitar yardım |
160,9 t |
80,5 |
|
| 5) Yağ |
66453,2 t |
39164,8 |
104,5% |
| - kərə yağı |
7025,0 t |
8092,4 |
|
| - bitki və heyvan mən.yağ |
59428,2 t |
31072,4 |
|
| - humanitar yardım |
281,6 t |
333,3 |
|
| 6) Çay |
6516,1 t |
11450,0 |
126,6% |
| 7) Spirt |
1019078,2 L |
1018,6 |
188,6% |
| 8) Spirtli içkilər |
10620915,6 L |
11643,1 |
139,4 % |
| 9)Tütün |
2995,9 t |
4344,9 |
86,5 % |
| 10) Tütün məmulatı |
8875376,8 min. əd. |
131052,5 |
168,9 % |
| 11) Qara metallar |
364462,9 t |
86305,1 |
132,7 % |
| 12) Minik avtomobilləri |
| | |
| -YGB əsasında |
23086 əd. |
185021,1 |
116,3 % |
| -GMO əsasında |
25865 əd. |
125359,4 |
|
| 13) Neft məhsulları |
49698,1 t |
42869,3 |
|
| 14) Elektrik enerjisi |
685,9 mln. kvt/s |
20403,3 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
470098,2 min kub.m |
51974,1 |
|
Xam neft əsasən Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (3986508,8 ton (80,32%)), Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkəti (976466,0 ton (19,68%)) tərəfindən ixrac edilmişdir.
Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi (2110706,0 ton (93,13%)), "Az Trans Reil"
MMC (27657,9 ton (1,22%)), (22935,4 ton (1,01%)), və "İmpeks LTD" MMC
(18919,7 ton (0,83%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən
başqa) 3505248,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən
81,22%) çıxarmışlar, o cümlədən, 3094293,5 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 88,28%), 357167,6
min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına
(ixraca nisbətən 10,19 %) və 53270,1 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 1,52%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 2601728,4
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,58%)
gətirilmişdir. Onlardan 1742971,1 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 66,99%) və 803444,7 min ABŞ
dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 30,88
%) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 903520,2 min ABŞ
dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq,
neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən
93,77%); alüminium və alüminium məmulatları (1,57%); polimer
materiallar və onlardan hazırlanan məmulatlar (0,92%); qara metallar
(0,73%); avadanlıqlar və mexaniki qurğular (0,37%) ixrac edilmişdir.
Xarici
ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən
avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 27,81%); qara
metallardan məmulatlar (10,84%); quru nəqliyyat vasitələri (10,37%);
elektrik maşınları və avadanlıqları, onların hissələri (10,19%); optik,
fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya
cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,55%)
idxal edilmişdir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 810601,0
min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 18,78%)
çıxarmışlar, o cümlədən, 323998,6 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 39,97%), 324712,9 min ABŞ
dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 40,06%) və 71055,0
min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə
(ixraca nisbətən 8,77%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 1305694,9 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 33,42%) gətirilmişdir. Onlardan
1066292,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya
(idxala nisbətən 81,66%), 164119,8 min ABŞ dolları dəyərində əmtəə
qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 12,57 %) və 63129,2
min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən
4,83%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 495093,8 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların
emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 31,46%); şəkər və
şəkərdən hazırlanan qənnadı məmulatı (14,82%); gəmilər, qayıqlar və
digər üzən vasitələr (11,41%); heyvan və ya bitki mənşəli piylər və
yağlar (7,57%); qeyri-üzvi kimya məhsulları (4,53%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli
bitkilər (idxala nisbətən 12,91%); quru nəqliyyat vasitələri (11,02%);
avadanlıqlar və mexaniki qurğular (8,49%); qara metallardan məmulatlar
(7,12%); mineral yanacaq (6,05%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan
ölkələrdən aşağıdakıları göstərmək olar:
| İxracda | İdxalda |
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi ixraca nisb.%-lə |
| Türkiyə |
784230,56 |
18,17 |
| İtaliya |
597074,97 |
13,83 |
| İran |
354436,50 |
8,21 |
| Rusiya |
349886,15 |
8,11 |
| Gürcüstan |
272815,74 |
6,32 |
| Indoneziya |
215384,66 |
4,99 |
| Fransa |
182936,48 |
4,24 |
| Hindistan |
144947,94 |
3,36 |
| ABŞ |
133740,74 |
3,10 |
| Koreya Resp. |
124742,47 |
2,89 |
|
| Ölkənin adı | Dəyəri (min ABŞ dol.) | Ümumi idxala nisb.%-lə |
| Rusiya |
697359,16 |
17,85 |
| Türkiyə |
394887,17 |
10,11 |
| Almaniya |
332201,00 |
8,50 |
| Ukrayna |
331361,71 |
8,48 |
| B.Britaniya |
304486,64 |
7,79 |
| ABŞ |
203502,16 |
5,21 |
| Yaponiya |
200412,44 |
5,13 |
| Çin |
176489,80 |
4,52 |
| Qazaxıstan |
119944,64 |
3,07 |
| İtaliya |
101281,40 |
2,59 |
|
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə
10765 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3585-i hüquqi,
7180-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun
payı 3244000,9 min ABŞ dolları (75,16%), özəl sektorun 1018062,9 min
ABŞ dolları (23,59%), fiziki şəxslərin payı isə 53785,9 min ABŞ dolları
(1,25%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı
965078,5 min ABŞ dolları (24,70%), özəl sektorun payı 2719178,8 min ABŞ
dolları (69,59%), fiziki şəxslərin payı isə 223166,0 min ABŞ dolları
(5,71%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|