| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2008-ci ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci ilin 9 ayı ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2008-ci ilin ilk 9 ayı ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 136 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 44201506,8 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 38970836,8 min ABŞ dolları dəyərində 1869 adda mal ixrac, 5230670,0 min ABŞ dolları dəyərində 5528 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 33740166,8 min ABŞ dolları təşkil etmişdir. O cümlədən:
- respublikaya 26158,4 min ABŞ dolları dəyərində 3764,8 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.
2007-ci ilin ilk 9 ayına nisbətən 2008-ci ilin ilk 9 ayında ixrac əməliyyatlarının həcmi 802,96% (34654938,5 min ABŞ dolları) artmış, idxal əməliyyatlarının həcmi isə 33,79% (1321171,9 min ABŞ dolları) artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 276612,5 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 369179,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.
2008-ci ilin ilk 9 ayı ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 76321,9 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 509,95% təşkil etmişdir. Bunlardan 69140,2 min ton ixrac, 7181,6 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (536,5 min ton), dəmiryolu (13465,9 min ton), avtomobil (482,7 min ton), hava (2,6 min ton) və stasionar nəqletmə (boru kəməri) (54647,8 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (308,6 min ton), dəmiryolu (5647,2 min ton), avtomobil (1151,2 min ton) və hava (20,2 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.
Göstərilən müddət ərzində gömrük orqanlarında 178164 (əlavə vərəqlə birlikdə 239999) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 32838 (əlavə vərəqlə birlikdə 36921) ədəd ixrac, 145326 (əlavə vərəqlə birlikdə 203078) ədəd idxal YGB-dir. 2008-ci ilin ilk 9 ayındə YGB-lərin ümumi sayı 2007-ci ilin müvafiq dövrünə nisbətən 112,78% təşkil etmiş və ya 20184 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda artım 1662 (105,33%) ədəd, idxalda isə artım 18522 (114,61%) ədəd YGB olmuşdur.
Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 4885,1 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (1824,8 min ton), İsveçrə (1362,4 min ton), Gürcüstan (714,9 min ton), Tacikistan (258,9 min ton), İran (174,7 min ton), Türkmənistan (164,1 min ton), Türkiyə (158,2 min ton), Rusiya (128,6 min ton) və Qazaxıstan (32,1 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 113,70% olmuş və ya 588,5 min ton artmışdır.
2008-ci ilin ilk 9 ayı ərzində ixrac - idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (17186217,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;
- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (823788,8 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416932,6 min ABŞ dolları) olmuşdur;
- sentyabr ayında ixrac əməliyyatlarının həcmi avqust ayı ilə müqayisədə 1770660,1 min ABŞ dolları həcmində azalmışdır, idxal əməliyyatlarının həcmi isə 125190,5 min ABŞ dolları həcmində artmışdır.

- ixrac əməliyyatlarında orta aylıq artım 79535,6 min ABŞ dolları, idxal əməliyyatlarında isə 28392,5 min ABŞ dolları olmuşdur.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 185153,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 137,05% təşkil etmiş və ya 50056,3 min ABŞ dolları çox olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci ilin ilk 9 ayı ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.
| |
İxracda: |
İdxalda: |
| 01 |
(milli valyuta ilə hesablaşma) |
- 0,00 % |
- 0,30 % |
| 21 |
(SDV ilə hesablaşma) |
- 36,91 % |
- 75,96 % |
| 23 |
(dövlət krediti üzrə hesablaşma) |
- 0,00 % |
- 1,91 % |
| 41 |
(qapalı dövriyyəli valyuta) |
- 0,29 % |
- 4,80 % |
| 78 |
(kompen. öhdəlikləri hesabına |
- 61,52 % |
- 0,00 % |
| 80 |
(digərləri) |
- 1,28 % |
-17,02 % |
İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilin ilk 9 ayına nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):
İxracda: xam neft - 92,90% (2007-ci ilin ilk 9 ayının ixracına nisbətən 15,4 dəfə), neft məhsulları - 4,11% (139,29%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,55% (430,96%), meyvə-tərəvəz - 0,30% (170,89%), alüminium və ondan hazırlanan məmulatlar - 0,24% (170,06%), kimya sənayesi məhsulları - 0,24% (147,22%), bitki və heyvan mənşəli yağlar - 0,22% (137,24%), alkoqollu və alkoqolsuz içkilər - 0,04% (92,10%), pambıq - 0,03% (55,65%), tütün və tütün məmulatları - 0,01% (42,87%) təşkil edir. Qalan əmtəələrin payına 1,37% düşür.
İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,74% (2007-ci ilin ilk 9 ayının idxalına nisbətən 136,92%), nəqliyyat vasitələri və onların hissələri - 18,09% (175,06%), ərzaq məhsulları - 11,66% (135,47%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,60% (108,78%), əczaçılıq məhsulları - 1,54% (120,89%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,11% (121,44%), xalq istehlakı malları - 0,69% (101,66%), mebel - 0,53% (125,02%) təşkil edir. Qalan əmtəələrin payına 26,04% düşür.
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin 9 ayına netto çəki nisb.%-lə |
| 1) |
Neft (xam) |
65322033,6 t |
36202812,5 |
|
| 1.1) |
Boru kəməri ilə 01.08.2008-ci
ilə qədər gedən xam neft (sayğac
göstəricilərinə əsasən) |
|
| |
-Şimal boru kəməri ilə |
1133923,2 t |
|
| -Supsa boru kəməri ilə |
83643,9 t |
|
| -Bakı-Tbilisi-Ceyhan |
24805848,1 t |
|
| 1.2) |
Dəmiryolu nəqliyyatı 01.08.2008-ci ilə qədər yola salınan xam neft (şərti YGB) |
1900251,4 t |
|
| 2) |
Neft emal məhsulları |
1942269,2 t |
1603312,4 |
|
| |
o cümlədən, saziş növləri üzrə: |
|
| - sərbəst dönərli valyuta ilə |
1921783,8 t |
1584801,6 |
|
| - digərləri |
20485,4 t |
18510,8 |
|
| 2.1) |
01.08.2008-ci ilə qədər
şərti bəyannamə ilə yola salın.
rəsmiləşdirilməmiş neft məhsulları |
182269,8 t |
|
| 3) |
Bitki və heyvan mənş. yağ. |
55108,7 t |
|
|
| 4) |
Spirtli içkilər |
9117735,1 L |
13871,6 |
81,9 % |
| 5) |
Tütün |
1589,2 t |
1772,7 |
56,0 % |
| 6) |
Tütün məmulatı |
129810,0 min əd. |
754,2 |
22,8% |
| 7) |
Qara metallar |
76646,4 t |
42624,3 |
121,5 % |
| 8) |
Alüminium |
46224,3 t |
94621,8 |
189,6 % |
| 9) |
Çay |
3840,0 t |
13131,8 |
88,3 % |
| 10) |
Pambıq mahlıcı |
10354,7 t |
10693,5 |
47,4 % |
| 11) |
Elektrik enerjisi |
396,9 mln. kvt/s |
10470,8 |
|
| 12) |
Təbii qaz |
207729,4 min kub/m |
41060,9 |
|

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| |
Miqdarı |
Dəyəri (min ABŞ dolları) |
2007-ci ilin 9 ayına netto çəki nisb.%-lə |
| 1) |
Ət və ət məhsulları |
16883,3 t |
12667,1 |
89,9 % |
| |
- humanitar yardım |
37,3 t |
25,0 |
|
| 2) |
Buğda |
790750,4 t |
240211,2 |
86,1 % |
| 3) |
Un |
81077,9 t |
39666,6 |
5738,2% |
| |
- humanitar yardım |
1888,5 t |
1102,2 |
|
| 4) |
Şəkər |
200876,7 t |
70038,9 |
82,8 % |
| |
- humanitar yardım |
163,0 t |
100,6 |
|
| 5) |
Yağ |
74589,8 t |
55206,6 |
112,2 % |
| |
- kərə yağı |
5737,4 t |
7600,2 |
|
| - bitki və heyvan mənş. yağ. |
68852,4 t |
47606,4 |
|
| - humanitar yardım |
178,0 t |
492,5 |
|
| 6) |
Çay |
5428,6 t |
12201,4 |
83,3 % |
| 7) |
Spirt |
1346063,2 L |
1344,2 |
132,1 % |
| 8) |
Spirtli içkilər |
9184708,2 L |
12250,9 |
86,5 % |
| 9) |
Tütün |
2340,7 t |
5042,4 |
78,1 % |
| 10) |
Tütün məmulatı |
7787814,0 min əd. |
135939,8 |
87,8 % |
| 11) |
Qara metallar |
471321,8 t |
158985,0 |
129,3 % |
| 12) |
Minik avtomobilləri |
|
| |
-YGB əsasında |
34866 əd. |
297324,8 |
151,0% |
| -GMO əsasında |
28076 əd. |
175844,9 |
|
| 13) |
Neft məhsulları |
59770,7 t |
72457,6 |
|
| 14) |
Elektrik enerjisi |
233,6 mln. kvt/s |
9119,6 |
|
Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (51420033,9 ton (78,72%)), Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (13901999,7 ton (21,28%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (1628517,9 ton (83,85%)), "QKSSS" MMC (97737,1 ton (5,03%)), "Azneftyağ" İstehsalat Birliyi (73343,2 ton (3,78%)) və "CASPİAN PETROL-1" firması (51163,9 ton (2,63%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 37699349,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 96,74%) çıxarmışlar, o cümlədən, 13719222,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 36,39%), 23941211,1 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 63,51 %) və 38827,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,10%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 3502520,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 66,96%) gətirilmişdir. Onlardan 2682427,6 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 76,59%) və 737687,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 21,06 %) gətirilmişdir.
Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 34196829,1 min ABŞ dolları təşkil edir.
Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 99,21%); alüminium və alüminium məmulatları (0,25%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,19%); qara metallar (0,11%); üzvi kimyəvi birləşmələr (0,04%) ixrac edilmişdir.
Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 30,12%); quru nəqliyyat vasitələri (14,51%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,39%); qara metallardan məmulatlar (6,36%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (3,46%) idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1271487,6 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 3,26%) çıxarmışlar, o cümlədən, 663381,8 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 52,17%), 459535,6 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 36,14%) və 114395,5 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 9,00%) çıxarılmışdır.
Eyni zamanda respublikaya MDB ölkələrindən 1728149,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 33,04%) gətirilmişdir. Onlardan 1290827,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 74,69%), 241372,7 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 13,97 %) və 152758,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 8,84%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 456662,3 min ABŞ dolları təşkil edir.
Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 38,05%); qara metallardan məmulatlar (13,37%); gəmilər, qayıqlar və digər üzən vasitələr (9,49%); heyvan və ya bitki mənşəli piylər və yağlar (6,60%); tərəvəz (4,82%) ixrac edilmişdir.
MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 14,81%); quru nəqliyyat vasitələri (13,40%); avadanlıqlar və mexaniki qurğular (7,41%); qara metallar (6,97%); qara metallardan məmulatlar (6,96%) idxal edilmişdir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:
|
İxracda
|
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi ixraca nisb.%-lə |
| İtaliya |
15591625,41 |
40,01 |
| ABŞ |
4882759,89 |
12,53 |
| İsrail |
2970101,38 |
7,62 |
| Hindistan |
2023957,83 |
5,19 |
| Fransa |
1919925,47 |
4,93 |
| İspaniya |
1216796,91 |
3,12 |
| Niderland |
1133019,81 |
2,91 |
| İndoneziya |
1119066,72 |
2,87 |
| Çili |
845010,27 |
2,17 |
| B. Britaniya |
871459,74 |
2,24 |
|
İdxalda
|
| Ölkənin adı |
Dəyəri (min ABŞ dol.) |
Ümumi idxala nisb.%-lə |
| Rusiya |
958716,86 |
18,33 |
| Türkiyə |
589711,63 |
11,27 |
| Almaniya |
414777,02 |
7,93 |
| Ukrayna |
431276,95 |
8,25 |
| Çin |
330689,42 |
6,32 |
| B. Britaniya |
293153,33 |
5,60 |
| Qazaxıstan |
165410,03 |
3,16 |
| Yaponiya |
192022,51 |
3,67 |
| Finlandiya |
218387,37 |
4,18 |
| ABŞ |
168348,00 |
3,22 |

Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 10057 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 3669-u hüquqi, 6388-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 14089202,5 min ABŞ dolları (36,15%), özəl sektorun payı 24782456,5 min ABŞ dolları (63,59%), fiziki şəxslərin payı isə 99177,8 min ABŞ dolları (0,25%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1245086,5 min ABŞ dolları (23,80%), özəl sektorun payı 3721091,7 min ABŞ dolları (71,14%), fiziki şəxslərin payı isə 264491,8 min ABŞ dolları (5,06%) olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|