AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

2008-ci il ərzində respublikanın xarici ticarətinin vəziyyəti

2008-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 54919697,3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 47756229,4 min ABŞ dolları dəyərində 2127 adda mal ixrac, 7163467,9 min ABŞ dolları dəyərində 5893 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 40592761,4 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

- respublikaya 34558,4 min ABŞ dolları dəyərində 4853,3 ton əmtəə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

2007-ci ilə nisbətən 2008-ci ildə ixrac əməliyyatlarının həcmi 688,29% (41698005,7 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 25,38% (1449940,2 min ABŞ dolları) artmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 318283,8 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 472017,9 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxal edilmişdir.

2008-ci il ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə 93425,7 min ton yük daşınmışdır. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 457,50% təşkil etmişdir. Bunlardan 83480,0 min ton ixrac, 9945,7 min ton isə idxal əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (742,9 min ton), dəmiryolu (15279,8 min ton), avtomobil (627,5 min ton), hava (3,3 min ton) və stasionar nəql etmə (boru kəməri) (66820,0 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (357,2 min ton), dəmiryolu (7904,2 min ton), avtomobil (1583,1 min ton) və hava (29,2 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitələrindən istifadənin vəziyyəti təhlil edilərkən daşınmaların yalnız yük gömrük bəyannamələri (YGB) əsasında rəsmiləşdirilməsi nəzərə alınıb.

Göstərilən müddət ərzində gömrük orqanlarında 243112 (əlavə vərəqlə birlikdə 328576) ədəd YGB rəsmiləşdirilmişdir. Bunlardan 44029 (əlavə vərəqlə birlikdə 50013) ədəd ixrac, 199083 (əlavə vərəqlə birlikdə 278563) ədəd idxal YGB-dir. 2008-ci ildə YGB-lərin ümumi sayı 2007-ci ilə nisbətən 108,42% təşkil etmiş və ya 18882 ədəd bəyannamə çox olmuşdur. O cümlədən ixracda azalma 301 (99,32%) ədəd, idxalda isə artım 19183 (110,66%) ədəd YGB olmuşdur.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 6595,5 min ton yük keçirilmişdir. Tranzit yüklər əsasən İtaliya (2503,7 min ton), İsveçrə (1809,6 min ton), Gürcüstan (851,9 min ton), Tacikistan (303,4 min ton), Türkmənistan (262,3 min ton), İran (212,3 min ton), Rusiya (201,8 min ton), Türkiyə (175,0 min ton) və Bermud adaları (116,3 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövrünə nisbətən 110,06% olmuş və ya 603,1 min ton artmışdır.

2008-ci il ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (17186217,5 min ABŞ dolları), aşağı həddi isə mart ayında (346140,4 min ABŞ dolları) olmuşdur;

- idxal əməliyyatlarının həcminin yüksək həddi iyul ayında (823961,2 min ABŞ dolları), aşağı həddi isə mart ayında (416945,5 min ABŞ dolları) olmuşdur;

- dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayı ilə müqayisədə 202602,1 min ABŞ dolları həcmində azalmış, idxal əməliyyatlarının həcmi isə 66195,6 min ABŞ dolları həcmində artmışdır.

- ixrac əməliyyatlarında orta aylıq artım 14299,0 min ABŞ dolları, idxal əməliyyatlarında isə 15306,1 min ABŞ dolları olmuşdur.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 280914,8 min ABŞ dolları dəyərində əmtəə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilə nisbətən GMO ilə rəsmiləşdirilən yüklərin dəyəri 146,78% təşkil etmiş və ya 89536,1 min ABŞ dolları çox olmuşdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2008-ci il ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük verilib.

                                                 
 
İdxalda:
İxracda:            

01 (milli valyuta ilə hesablaşma)

-0,00%
-0,25%

21 (SDV ilə hesablaşma)

-38,55%
-76,59%

23 (dövlət krediti üzrə hesablaşma)

-0,00%
-2,46%

41 (qapalı dövriyyəli valyuta)

-0,43%
-4,92%

78 (kompen.öhdəlikləri hesabına)

-59,73%
-0,00%
80 (digərləri)
-1,29%
-15,78%
 

İxrac və idxalın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2007-ci ilə nisbətən müqayisə statistik dəyərə görə aparılmışdır):

İxracda: xam neft - 92,49% (2007-ci ilin ixracına nisbətən 13,7 dəfə), neft məhsulları - 4,30% (123,11%), qara metallar və onlardan hazırlanan məmulatlar - 0,48% (301,31%), meyvə-tərəvəz - 0,45% (131,92%), bitki və heyvan mənşəli yağlar - 0,26% (148,78%), alüminium və ondan hazırlanan məmulatlar - 0,26% (133,33%), kimya sənayesi məhsulları - 0,23% (115,68%), alkoqollu və alkoqolsuz içkilər - 0,04% (90,11%), pambıq - 0,03% (46,23%), tütün və tütün məmulatları - 0,01% (54,59%) təşkil edir. Qalan əmtəələrin payına 1,45% düşür.

İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,82% (2007-ci ilin idxalına nisbətən 127,91%), nəqliyyat vasitələri və onların hissələri - 16,98% (137,63%), ərzaq məhsulları - 12,50% (125,88%), qara metallar və onlardan hazırlanan məmulatlar - 9,30% (108,38%), əczaçılıq məhsulları - 1,51% (118,41%), oduncaq və ondan hazırlanan məmulatlar - 1,16% (115,06%), xalq istehlakı malları - 0,72% (100,24%), mebel - 0,56% (116,93%) təşkil edir. Qalan əmtəələrin payına 26,46% düşür.

İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 
           
 
Miqdarı

Dəyəri (min ABŞ dolları)

2007-ci ilə netto çəki nisb.%-lə

 

1) Neft (xam)
1.1) Boru kəməri ilə 01.01.2009-cu

ilə qədər gedən xam neft (sayğac

göstəricilərinə əsasən)

-Şimal boru kəməri ilə
-Supsa boru kəməri ilə
-Bakı-Tbilisi-Ceyhan
1.2) Dəmiryolu nəqliyyatı

01.01.2009-cu ilə qədər yola

salınan xam neft (şərti YGB)

78085691,7 t



1383295,2 t
757860,5 t
30779763,2 t

 
2061990,2 t
44170910,6
 

2) Neft emal məhsulları
o cümlədən, saziş növləri üzrə:

- sərbəst dönərli valyuta ilə
- digərləri
2.1) 01.01.2009-cu ilə qədər şərti

bəyannamə ilə yola salın. rəsmi-

ləşdirilməmiş neft məhsulları

2847314,5 t

2809809,5 t

37505,1 t


193094,9 t

2054376,5

2022707,8
31668,6

 

3) Bitki və heyvan mənş. yağ.

71637,8 t
123422,2
114,7%
4) Spirtli içkilər
11592453,5 L
18157,3
79,1%
5) Tütün
2259,5 t
3305,5
58,1%
6) Tütün məmulatı
129810,0 min əd.
754,2
20,0%
7) Qara metallar
91537,2 t
49898,5
90,7%
8) Alüminium
61017,1 t
122266,4
145,5%
9) Çay
5251,7 t
18640,4
87,7 %
10) Pambıq mahlıcı
14306,6 t
14553,6
41,3%

11) Elektrik enerjisi

808,8 mln. kvt/s
27357,0
 
12) Təbii qaz
369788,6 min kub/m
73872,7
 
 

İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:

 
 
Miqdarı

Dəyəri (min ABŞ dolları)

2007-ci ilə netto çəki nisb.%-lə

1) Ət və ət məhsulları
24289,6 t
18214,0
94,1%
    - humanitar yardım
37,3 t
25,0
 
2) Buğda
1309284,9 t
368379,0
92,8%
3) Un
106907,1 t
48509,1
48 dəfə
    - humanitar yardım
2483,5 t
1467,5
 
4) Şəkər
265160,6 t
92709,2
82,5%
    - humanitar yardım
163,0 t
100,6
 
5) Yağ
107172,5 t
82924,4
114,6%
 - kərə yağı
7106,1 t
9403,6
 
 - bitki və heyvan mən. yağ.
100066,4 t
73520,8
 
 - humanitar yardım
178,0 t
492,5
 
6) Çay
7036,3 t
15922,7
86,5%
7) Spirt
1744542,2 L
1823,0
121,3%
8) Spirtli içkilər
11618606,9 L
16079,4
85,8%
9) Tütün
3181,2 t
6295,5
76,5%
10) Tütün məmulatı
10997411,8 min əd.
193214,5
97,7%
11) Qara metallar
579455,0 t
192112,5
116,5%

12) Minik avtomobilləri

 
 
 
 -YGB əsasında
44469 əd.
381967,7
130,4%
 -GMO əsasında
44575 əd.
266679,6
 
13) Neft məhsulları
78855,2 t
96781,7
 

14) Elektrik enerjisi

266,5 mln. kvt/s
10520,7
 


Xam neft əsasən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (57677373,8 ton (73,86%)) və Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (19880554,4 ton (25,46%)) tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (2474123,0 ton (86,89%)), "QKSSS" MMC (98274,5 tonu (3,45%)), "Azneftyağ" İstehsalat Birliyi (92333,4 ton (3,24%)) və "Caspian Petrol-1" firması (69210,4 ton (2,43%)) üstünlük təşkil edir.

Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 46136610,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 96,61%) çıxarmışlar, o cümlədən, 17578435,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 38,10%), 28490101,7 min ABŞ dolları dəyərində əmtəə kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 61,75 %) və 67918,0 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,15%) çıxarılmışdır.

Eyni zamanda respublikaya xarici ölkələrdən (MDB-dən başqa) 4823129,1 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67,33%) gətirilmişdir. Onlardan 3724211,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 77,22%) və 940885,6 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 19,51%) gətirilmişdir.

Xarici ölkələr (MDB-dən başqa) üzrə müsbət saldo 41313481,1 min ABŞ dolları təşkil edir.

Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 99,21%); alüminium və alüminium məmulatları (0,26%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (0,18%); qara metallar (0,11%); üzvi kimyəvi birləşmələr (0,04%) ixrac edilmişdir.

Xarici ölkələrdən (MDB-dən başqa) həmin müddətdə respublikaya əsasən avadanlıqlar və mexaniki qurğular (idxala nisbətən 29,64%); quru nəqliyyat vasitələri (14,53%); elektrik maşınları və avadanlıqları, onların hissələri (9,47%); qara metallardan məmulatlar (6,50%); optik, fotoqrafiya, kinematoqrafiya, ölçmə, nəzarət, ən dəqiq tibbi və ya cərrahi cihaz və aparatlar; onların hissələri və ləvazimatları (4,26%) idxal edilmişdir.

Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 1619619,2 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 3,39%) çıxarmışlar, o cümlədən, 830044,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 51,25%), 548153,3 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 33,84%) və 206865,9 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (ixraca nisbətən 12,77%) çıxarılmışdır.

Eyni zamanda respublikaya MDB ölkələrindən 2340338,9 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32,67%) gətirilmişdir. Onlardan 1762233,4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala nisbətən 75,30%), 339458,8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 14,50 %) və 189182,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlərlə (idxala nisbətən 8,08%) gətirilmişdir.

MDB ölkələri üzrə mənfi saldo 720719,7 min ABŞ dolları təşkil edir.

Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 36,36%); qara metallardan məmulatlar (10,95%); meyvə (9,00%); gəmilər, qayıqlar və digər üzən vasitələr (7,62%); heyvan və ya bitki mənşəli piylər və yağlar (7,58%) ixrac edilmişdir.

MDB ölkələrindən respublikaya təhlil olunan müddət ərzində dənli bitkilər (idxala nisbətən 16,65%); quru nəqliyyat vasitələri (12,11%); avadanlıqlar və mexaniki qurğular (7,43%); qara metallardan məmulatlar (6,86%); elektrik maşınları və avadanlıqları, onların hissələri (6,29%) idxal edilmişdir.

Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar:

 
İxracda
İdxalda
Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi ixraca nisb.%-lə

Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi idxala nisb.%-lə

İtaliya
19220143,84
40,25
Rusiya
1348938,29
18,83
ABŞ
6014258,19
12,59
Türkiyə
807343,40
11,27
İsrail
3605829,60
7,55
Almaniya
598570,22
8,36
Hindistan
2432496,94
5,09
Ukrayna
567226,32
7,92
Fransa
2322667,80
4,86
Çin
478529,00
6,68
İspaniya
1497693,43
3,14
B.Britaniya
385934,37
5,39
İndoneziya
1411086,47
2,95
ABŞ
266149,01
3,72
Niderland
1353422,95
2,83
Finlandiya
245909,74
3,43
Çili
933980,59
1,96
Yaponiya
240464,58
3,36
B.Britaniya
925926,14
1,94
Qazaxıstan
199829,81
2,79


Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici ticarətlə 13265 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 4364-ü hüquqi, 8901-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı 18058217,6 min ABŞ dolları (37,81%), özəl sektorun payı 29504352,1 min ABŞ dolları (61,78%), fiziki şəxslərin payı isə 193659,8 min ABŞ dolları (0,41%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1771373,1 min ABŞ dolları (24,73%), özəl sektorun payı 5024731,7 min ABŞ dolları (70,14%), fiziki şəxslərin payı isə 367363,2 min ABŞ dolları (5,13%) olmuşdur.

Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.

 

DGK Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsi

 
 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az