| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
YGB-lər üzrə rüsum və yığımlar haqqında məlumat 2002-ci il üçün
2002-ci il ərzində respublikanın xarici
iqtisadi fəaliyyətinin vəziyyəti haqqında
2002-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi
3840214.3 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2166969.9 min ABŞ
dolları dəyərində mal ixrac, 1673244.4 min ABŞ dolları dəyərində mal
isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 493725.5
min ABŞ dolları təşkil etmişdir (əlavə 1). O cümlədən
- elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan
Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə
ixracı 18926.7 min ABŞ dolları və idxalı isə 10085.6 min ABŞ dolları
təşkil etmişdir;
- respublikaya 44574.2 min ABŞ dolları dəyərində 41365.8 ton
humanitar yük və texniki yardım daxil olmuşdur (əlavə 5).
2001-ce ilə nenayoyi 2002-ci ildə io?ac əməliyyatlarının həcmi 6.12%
(141299.5 min ABŞ dolları) azalmış, idxal əməliyyatlarının həcmi isə
16.73% (239788.0 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının
həcmi əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik
maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin
məmulatlarının, qara metallar, kimyəvi maddələr və başqa malların
idxalı hesabına artmışdır (əlavə 6, 7).
2002-ci ilin dekabr ayında idxal əməliyyatlarının həcmi 176915.7 min
ABŞ dolları olmuşdur və 2001-ci ilin dekabr ayı ilə müqayisədə 34.85%
və ya 45718.9 min ABŞ dolları artmışdır.
Müvəqqəti idxal rejimində ölkəmizə 107332.2 min ABŞ dolları dəyərində
mal idxal olunmuş, 161739.5 min ABŞ dolları dəyərində mal isə müvəqqəti
ixrac edilmişdir.
2002-ce ee ərzində 158297 ədəd nəqliyyat vasitəsindən istifadə
edilməklə 15623.1 min ton yük daşınmışdır. Bunlardan 12329.9 min tonu
(58736 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 3293.2 min tonu
(99561 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına
düşür. Əsasən dəmir yolu (83035 ədəd vaqon) və avtomobil yolu
nəqliyyatından (50960 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii
qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri)
istifadə edilmişdir (əlavə 11).
Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 7894038.4 ton yük
keçirilmişdir. Tranzit yüklər əsasən Gürcüstan (6791884.7t), Türkiyə
(289089.1t), Tacikistan (251863.6t), Kipr (146073.3t), Türkmənistan
(120433.0t) Respublikalarına, Rusiya Federasiyasına (104001.6), İran
İslam Respublikasına (43375.9t), Özbəkistan (40653.7t) və İsveçrəyə
(39923.8t), və göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 41044,1 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir. 2002-ci il ərzində ixrac-idxal əməliyyatlarının
həcminin aylar üzrə dəyişməsi aşağıdaki kimi olmuşdur:
-ixrac əməliyyatlarının həcminin yüksək həddi dekabr ayında (387131,0
min ABŞ dolları, aşağı həddi isə fevral ayında (110282,3 min ABŞ
dolları) olmuşdur.
-idxal əməliyyatlarının həcminin yüksək həddi dekabr ayında (183061,5
min ABŞ dolları), aşağı həddi isə iyun ayında (110282,3 min ABŞ
dolları) olmuşdur.
-dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayına nisbətən
231975,8 min ABŞ dolları həcmində artmışdır;
-dekabr ayında idxal əməliyyatlarının həcmi noyabr ayına nisbətən
1750,4 min ABŞ dolları həcmində artımşdır;
-ixracda artım 26033,8 min ABŞ dolları, idxalda isə artım 5337,9 min
ABŞ dollarıolmuşdur (əlavə 1) -idxal-ixrac əməliyyatlarının saziş
növləri üzrə təhlili göstərir ki,2002-ci il ərzində 21,23,78 və 80
saziş növlərinə üstünlük verilib.
| | İxracda | İdxalda |
| 01 (milli valyuta ilə hesablaşma) | 1,61% |
0,05% |
| 21 (SDV ilə hesablaşma) |
52,42% |
59,80% |
| 23 (dövlət krediti üzrə hesablaşma) | 0,00% |
5,30% |
| 41 (qapalı dövriyyəli valyuta) |
0,54% |
3,82% |
| 51 (barter sazişi) |
0,51% |
0,68% |
| 78 (kompen.öhdəliklər hesabına) |
40,13% |
0,00% |
| 80 (digərləri) |
4,79% |
30,35% |
Saziş növlərinin təhlili göstərir ki, keçən
illə müqayisədə ixrac əməliyyatlarında kompensasiyalı öhdəliklər
hesabına sərbəst dönərli valyuta ilə hesablaşmalar əsasında malların
keçirilməsinin (78), idxal əməliyyatlarında isə dövlət krediti üzrə
sazişin (23) xüsusi çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında
sərbəst dönərli valyuta ilə hesablaşmalara (21) və digər sazişlərə (80)
daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter
sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür (əlavə 2).
Barter əməliyyatlarının təhlili göstərir ki, 2002-ci il ərzində ixrac
əməliyyatlarının həcmi idxaldan 260,8 min ABŞ dolları az olmuşdur.
Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 141,2 min ABŞ
dolları olmuş idxalda isə aylıq azalma 133,3 min ABŞ dollar təşkil
etmişdir (əlavə 9).
Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 10206,4 min ABŞ
dolları (ümumi ixraca nisbətən 0,47%), idxalda isə 10897,3 min ABŞ
dolları (ümumi idxala nistbətən 0,65%) təşkil etmişdir. MDB
dövlətləriüzrə ixracda barter əməliyyatları 937,2 min ABŞ dolları ümumi
ixraca nisbətən 0.04%), idxalda isə 507,1 min ABŞ dolları (ümumi idxala
nistbətən 0,03%) olmuşdur (əlavə 2,2a,2b,9).
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmğəələrin miqdarı (%-lə) aşağıdaki kimidir (2001-ci il ilə müqayisə
statistik dəyərə görə aparılmışdır):
İdxalda: ərzaq məhsulları-13,11% (2001-ci ilə nisbətən 105,80%), neft
qazı və digər qazaoxşar karbohidrognlər-12,79% (124,15%), xalq istehlak
malları -1,73% (85,62%), maşın və elektrik aparatları, avadanlıqlar,
elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri-23,65%
(111.41%), nəqliyyat vasitələri və onların hissələri-7,38%
(62,16%),qara metalla və onlardan hazırlanan məmulatlar-15,19%
(222,22%0, mebel -0,74%(107,39 %), meşə materialları-1,35 (109,81%),
toxum-0,05% (72,90%), kübrə -0,25% (96,73%) təşkil edir. Qalan
əmtəələrin payına 23,76 % düşür (əlavə 3a).
İxracda: xam neft – 68.13% (2001-ci ilə nisbətən 85.83%), neft
iəhnoeea?ı – 19.61% (111.96%), qara metallar və onlardan hazırlanan
məmulatlar - 0.88% (233.86%), spirtli və spirtsiz içkilər - 0.10%
(62.99%), kimya məhsulları – 1.65% (165.24%), pambıq - 1.05% (151.78%),
tütün və tütün məmulatları - 0.92% (81.16%), əlvan metallar - 0.11%
(22.34%), çae - 0.24% (162.11%) təşkil edir. Qalan əmtə ələrin payına
7.30% dü ş ür (əlavə 3b).
İdxalın strukturunda əsas yer oooai əmtə ələrin miqdarİ və dəyəri aşağ
ıdaki kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) |
2001-ci ilə netto çəki nisb.%-lə |
| 1) Ət və ət məhsulları |
22902,4 t |
14112,2 |
112,3 % |
| - humanitar yardım |
60,0 t |
473,2 | |
| 2) Buğda |
657169,0 t |
68612,3 |
106,7 % |
| - humanitar yardım |
15988,3 t |
3987,4 | |
| Un |
9818,6 t |
9964,9 |
54,0 % |
| - humanitar yardım |
7829,6 t |
1666,7 | |
| 4) Şəkər |
129176,8 t |
21473,3 |
136,7 % |
| 5) Yağ |
42086,9 t |
26265,4 |
106,4 % |
| - kərə yağı |
12730,5 t |
12574,8 | |
| - bitki və heyvan mən.yağ |
29356,4 t |
13690,6 | |
| - humanitar yardım |
768,0 t |
510,5 | |
| 6) Çay |
5146,8 t |
14274,0 |
78,7 % |
| 7) Spirt |
1271823,8 L |
1195,5 |
238,9 % |
| 8) Spirtli içkilər |
2541951,5 L |
2266,3 |
282,2 % |
| 9) Tütün məmulatı |
1031,7 mln. əd. |
7815,3 |
111,3 % |
| 10) Minik avtomobilləri | | | |
| -YGB əsasında |
9685 əd. |
40468,7 |
151,8 % |
| -GMO əsasında |
5696 əd. |
23361,7 | |
| 11)Toxum |
1513,9 t |
771,4 |
216,4 % |
| 12) Gübrə |
49489,6 t |
4183,2 |
144,8 % |
| 13) Neft məhsulları |
14513,5 t |
10778,2 |
|
| 14) Elektrik enerjisi |
2629935,5 min kvt*s |
67093,8 |
|
| - o cümlədən, elektrik enerjisinin qarşlıqlı ötürülməsi |
495015,1 min kvt*s |
10085,6 |
|
| 15) Neft qazı və digər
qazaoxşar karbohidrogenlər |
3935313,9 min kub.m |
211583,4 |
|
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı kimidir:
| | Miqdarı | Dəyəri (min ABŞ dolları) | 2005-ci ilin ilk 5 ayına netto çəki nisb.%-lə |
1) Neft (xam)
1.1) Boru kəməri ilə
01.06.2006-cı ilə qədər
gedən xam neft (sayğac
göstəricilərinə əsasən)
|
8793597,9 t |
1476358,3 |
|
| -Şimal boru kəməri ilə |
2630570,4 t |
| |
| -Supsa boru kəməri ilə |
6188816,6 t |
| |
| 2) Neft emal məhsulları |
2740132,4 t |
424973,6 |
|
| o cümlədən, saziş növləri üzrə: | | | |
| - sərbəst dönərli valyuta ilə |
2586560,2 t |
391520,1 |
|
| - milli valyutaya |
153528,6 t |
33396,5 |
|
| 2.1) 01.01.2003-cü; ilə qədər
şərti bəyannamə ilə yola
salın. rəsmiləşdirilməmiş
neft məhsulları |
116397,2 t |
| |
| 3) Spirtli içkilər |
5495114,5 L |
1875,7 |
59,8 % |
| 4) Tütün |
9600,0 t |
8271,8 |
67,5 % |
| 5) Tütün məmulatı |
3570,1 mln.əd |
11695,3 |
238,2 % |
| 6) Qara metallar |
70176,5 t |
13796,7 |
172,3 % |
| 7) Çay |
2284,4 t |
5096,2 |
145,4 % |
| 8) Pambıq mahlıcı və tullantıları |
30863,6 t |
22704,4 |
152,2 % |
9) Elektrik enerjisinin qarşılıqlı otürülməsi |
1385733,4 mln kvt*s |
18926,7 |
|
İxrac olunan xam neftin 5128195.3 tonu (58.32%) Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkətinin, 2615193.4 tonu (29.74%) Dövlət Neft
Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 948844.7 tonu (10.79%)
Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin və 101364.5 tonu
(1.15%) «Şirvan Oyl» MMM-nin payına duşur.
Neft məhsullarının ixracında «Azneftyağ» İstehsalat Birliyi (1749835.0
ton (63.86%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsi
(821680.8 tonu (29.99%)) və «Azal Oil» müəssisəsi (151784.1 tonu
(5.54%)) üstünlük təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə(MDB
ölkələrindən başqa) 1923855.2 min ABŞ dolları dəyərində əmtəə (ümumi
ixraca nisbətən 88.78%) çıxarmışlar,o cümlədən 10206.4 min ABŞ dolları
dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.53%), 975453.9 min
ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca
nisbətən 50.70%) və 869680.1 min ABŞ dollarında əmtəə kompensasiyalı
öhdəliklər hesabına (ixraca nisbətən 45.21%) çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 1023227,8 min ABŞ dolları
dəyərində əmtəə ( ümumi idxala nisbətən 61,15%) gətirilmişdir.Onlardan
10897,3 min ABŞ dolları dəyərində əmtəə barter üsusu ilə (idxala
nisbətən 1,06%), 455295,5 min ABŞ dolları dəyərində əmtəə sərbəst
dönərli valyutaya (idxala nisbətən 44,50%) və 69576,2 min ABŞ dolları
dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 6,80%)
gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 900627,5 min ABŞ dolları təşkil edir (əlavə 2a).
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə 243114,7
min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən 11,22%)
çıxarmışlar, o cümlədən, 937,2 min ABŞ dolları dəyərində əmtəə barter
üsusu ilə ( ixraca nisbətən 0,39%), 160573,3 min ABŞ dolları dəyərində
əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 66,05%), 44910,7 min
ABŞ dolları dəyərində digər sazişlərlə ( ixraca nisbətən 18,47%),
24996,2 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə
hesablaşmalarla (ixraca nisbətən 10,28 %) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 650016,6 min ABŞ dolları
dəyərində əmtəə (ümumi idxala nisbətən 38,85 %) gətirilmişdir. Onlardan
507,1 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən
0,08%), 545308,2 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyutaya (idxala nisbətən 83,89%) və 62941,3 min ABŞ dolları dəyərində
əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən 9,68 %)
gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 406901,9 min ABŞ dolları təşkil edir (əlavə 2 b).
Azərbaycan Respublikasının ticarət əlaqələrində xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakiları göstərmək olar:
| Ölkənin adı |
İxrac, min ABŞ dolları (ümumi ixraca nisbətən faizlə) |
İdxal, min ABŞ dolları(ümumi idxala nisbətən faizlə) |
Saldo, min ABŞ dolları |
| İtaliya |
1082811,0 (49,97%) |
26363,4 (1,58%) |
1056447,6 |
| Rusiya |
95071,8 (4,39%) |
280377,7 (16,76%) |
-185305,9 |
| Fransa |
166282,4 (7,67%) |
118181,7 (7,06%) |
48100,7 |
| Türkiyə |
83393,6 (3,85%) |
164084,8 (9,81%) |
-80691,2 |
|
Sonrakı yerləri Qazaxstan (İxracda 0.53%, eaoaeaa 10.46%), ABŞ (2.40%,
5.90%), İsrail (7.11%, 0.40%), Almaniya (1.33%, 4.99%), Türkmənistan
(0.40%, 5.65%), Böyük Britaniya (0.42%, 5.09%), İspaniya (4.80%,
0.61%), Ukrayna (0.60%, 4.77%) və İran (1.38%, 3.46%) tuturlar (əlavə
4, 4a, 4b).
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır.
Qeyd etmək lazımdır Ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə
6055 hüquqi və fiziki şəxs məhğul oliuşdur.Bunlardan 2589 dövlət və
özəl müəssisə, 3466 isə fiziki şəxslərdir.
Statistika və İnformasiya
Texnologiyaları İdarəsinin rəisi
A.D.Əliyev
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|