2003-cü ilin yanvar ayı ərzində respublikanın
xarici iqtisadi fəaliyyətinin vəziyyəti
2003-cü ilin yanvar ayı ərzində respublikanın rezident və
qeyri-rezidentləri tərəfindən 78 ölkə ilə aparılmış ticarət
əməliyyatlarının həcmi 309158.2 min ABŞ dolları olmuşdur. Bu müddət
ərzində 173893.9 min ABŞ dolları dəyərində mal ixrac, 135264.3 min ABŞ
dolları dəyərində mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə
müsbət saldo 38629.6 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,
-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan
Respublikasına və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə
ixracı 1976.1 min ABŞ dolları və idxalı isə 67.8 min ABŞ dolları təşkil
etmişdir;
-respublikaya 3824.8 min ABŞ dolları dəyərində 504.4 ton dövlət,
hökumət və beynəlxalq təşkilatların xəttilə təmannasız kömək, humanitar
yük və texniki yardım daxil olmuşdur.
2002-ci ilin yanvar ayına nisbətən 2003-cü ilin yanvar ayında ixrac
əməliyyatlarının həcmi 72.58% (73134.1 min ABŞ dolları) artmış, idxal
əməliyyatlarının həcmi isə 14.44% (17065.4 min ABŞ dolları) artmışdır.
İdxal əməliyyatlarının həcmi əsasən təbii qazın, avadanlıqlar və
texniki qurğuların, elektrik maşınların və onların hissələrinin,
poliqrafiya sənayesinin məmulatlarının, qara metallar, kimyəvi maddələr
və başqa malların idxalı hesabına artmışdır.
Müvəqqəti idxal rejimində ölkəmizə 9174.2 min ABŞ dolları
dəyərində mal idxal olunmuş, 466.2 min ABŞ dolları dəyərində mal isə
müvəqqəti ixrac edilmişdir.
2003-cü ilin yanvar ayı ərzində 10938 ədəd nəqliyyat vasitəsindən
istifadə edilməklə 1053.5 min ton yük daşınmışdır. Bunlardan 758.6 min
tonu (3167 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 294.9 min
tonu (7771 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına
düşür. Əsasən dəmir yolu (4529 ədəd vaqon) və avtomobil yolu
nəqliyyatından (4676 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii
qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri)
istifadə edilmişdir.
Tranzit rejimində Azərbaycan Respublikası ərazisindən 668250.1 ton yük
keçirilmişdir. Tranzit yüklər əsəsn Gürcüstan (580513.8t), Kipr
(35205.0t), Türkmənistan (16016.5t) Respublikalarına, İsveçrəyə
(11153.4t), Rusiya Federasiyasına (9372.9) və İran İslam Respublikasına
(5960.0t) göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 5700.3 min ABŞ dolları
dəyərində əmtəə gömrük mədaxili orderləri ilə rəsmiləşdirilmişdir.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2003-cü ilin
yanvar ayı ərzində 21, 23, 41 və 80 saziş növlərinə üstünlük verilib.
| |
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-2.88%
|
-0.02%
|
| 21 (SD ilə hesablaşma) |
-90.40%
|
-66.17%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-1.66%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-0.67%
|
-4.03%
|
| 51 (barter sazişi) |
-0.35%
|
-0.17%
|
| 80 (digərləri) |
-5.70%
|
-27.95%
|
Saziş növlərinin təhlili göstərir ki, keçən ilin yanvar ayı ilə müqayisədə
idxal və ixrac əməliyyatlarında sərbəst dönərli valyuta ilə hesablaşmalara
(21) və digər sazişlərə (80) daha çox üstünlük verilmişdir. Qapalı dövriyyəli
valyuta (41) və barter sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür. Barter
əməliyyatlarının təhlili göstərir ki,2003-cü ilin yanvar ayı ərzində ixrac
əməliyyatlarının həcmi idxaldan 376.4 min ABŞ dolları az olmuşdur. Uzaq xarici
ölkələr üzrə ixracda barter əməliyyatları 537.1 min ABŞ dolları (ümumi ixraca
nisbətən 0.31%), idxalda isə 152.3 min ABŞ dolları (ümumi idxala nisbətən 0.11%)
təşkil etmişdir. MDB dövlətləri üzrə ixracda barter əməliyyatları 71.3 min
ABŞ dolları (ümumi ixraca nisbətən 0.04%), idxalda isə 79.7 min ABŞ dolları
(ümumi idxala nisbətən 0.06%) olmuşdur.
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas əmtəələrin
miqdarı (%-lə) aşağıdakı kimidir (2002-ci ilin yanvar ayı ilə müqayisədə
statistik dəyərə görə aparılmışdır): İdxalda: ərzaq məhsulları -16.02%
(2002-ci ilin yanvar ayına nisbətən 157.63%), neft qazı və digər qazaoxşar
karbohidrogenlər -15.99% (99.59%), xalq istehlak malları -1.64% (97.81%),
maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar
və onların ehtiyat hissələri -23.03% (91.96%), nəqliyyat vasitələri və
onların hissələri -5.75% (138.58%), qara metallar və onlardan hazırlanan məmulatlar
-11.35% (232.96%), mebel -0.83% (130.37%), meşə materialları -1.34% (121.80%),
toxum -0.03% (48.76%), kübrə -0.19% (50.51%) təşkil edir. Qalan əmtəələrin payına
23.83% düşür. İxracda: xam neft -68.04% (2002-ci ilin yanvar ayına nisbətən
170.73%), neft məhsulları -16.98% (193.53%), qara metallar və onlardan
hazırlanan məmulatlar -1.44% (135.30%), spirtli və spirtsiz içkilər -0.20%
(246.33%), kimya məhsulları -1.83% (282.37%), pambıq -1.71% (160.33%),
tütün və tütün məmulatları -0.49% (35.56%), əlvan metallar -0.05% (73.46%),
çay -0.12% (38.68%) təşkil edir. Qalan əmtəələrin payına 9.15% düşür.
İdxalın strukturunda əsəs yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
| |
Miqdarı
|
Dəyəri (min ABŞ dol.)
|
2002-ci ilin yanvar ayına netto çəki. nisb.%-lə
|
|
1. Ət və ət məhsulları
|
2299.5t
|
1336.9
|
153.3%
|
|
2. Buğda
|
54756.8t
|
8203.6
|
153.3%
|
|
3. Un
|
64.2t
|
10.3
|
34.4%
|
|
4. Şəkər
|
6894.8t
|
896.4
|
149.1%
|
|
5. Yağ
|
4415.5t
|
2824.7
|
346.6%
|
|
-kərə yağı
|
1181.2t
|
1355.4
|
|
|
-bitki və heyvan mənş.
|
|
|
|
|
yağlar
|
3234.3t
|
1469.3
|
|
|
6. Çay
|
823.1t
|
1888.6
|
152.2%
|
|
7. Spirt
|
124228.3L
|
111.8
|
282.3%
|
|
8. Spirtli içkilər
|
271764.6L
|
206.2
|
241.0%
|
|
9. Tütün məmulatları
|
50855.6 min əd
|
388.1
|
|
|
10. Minik avtomobilləri
|
|
|
|
|
-YGB əsasında rəsmiləşdirilmiş
|
1105 əd.
|
4328.4
|
197.0%
|
|
-GMO əsasında rəsmiləşdirilmiş
|
395 əd.
|
2541.1
|
|
|
11. Toxum
|
78.7t
|
40.2
|
134.4%
|
|
12. Gübrə
|
3197.6t
|
261.8
|
54.3%
|
|
13. Neft məhsulları
|
1031.1t
|
1201.6
|
|
|
14. Elektrik enerjisi
|
118171.2min kvt/s
|
3034.6
|
|
|
-o cümlədən, elektrik enerji- sinin qarşılıqlı ötürülməsi
|
4063.1min kvt/s
|
67.8
|
|
|
15. Neft qazı və digər qaza- oxşar karbohidrogenlər
|
406308.4 min kub.m
|
21623.7
|
|
İxracın strukturunda əsəs yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
| |
Miqdarı
|
Dəyəri (min ABŞ dol.)
|
2002-ci ilin yanvar ayına netto çəki. nisb.%-lə
|
| 1. Neft (xam) |
550595.2t
|
118314.7
|
|
| 1.1. Boru kəməri ilə 01.02.2003-cülə qədər
gedən xam neft |
|
|
|
| (sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
219732.9t
|
|
|
| -Supsa boru kəməri ilə |
477688.1t
|
|
|
| 2. Neft emal məhsulları |
135472.7t
|
29530.5
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyutaya |
112932.3t
|
24580.0
|
|
| -milli valyutaya |
22537.3t
|
4947.0
|
|
| 2.1. 01.02.2003-cü ilə qədər şərti bəyan.ilə
yola salın. rəsmi- ləşdirilməmiş neft məhsulları |
182207.5t
|
|
|
| 3. Spirtli içkilər |
597224.0L
|
312.8
|
229.7%
|
| 4. Tütün |
861.7t
|
794.3
|
67.6%
|
| 5. Tütün məmulatı |
22000.0 min əd.
|
68.0
|
6.9%
|
| 6. Qara metallar |
10152.7t
|
2448.9
|
118.2%
|
| 7. Çay |
89.9t
|
206.2
|
37.8%
|
| 8. Pambıq mahlıcı və tullantıları |
3554.5t
|
2965.2
|
135.8%
|
| 9. Elektrik enerjisinin qarşılıqlı ötürülməsi |
128331.6 mln kvt/s
|
1976.1
|
|
Xam neft Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələ İdarəsi (550595.2 ton)
tərəfindən ixrac edilmişdir. Neft məhsullarının ixracında "Azərneftyağ" İstehsalat
Birliyi (75247.8 ton (55.54%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr
İdarəsi (37684.4 tonu (27.82%)) və "Azal Oil" müəssisəsi (22537.3 tonu (16.64%))
üstünlük təşkil edir. Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə
(MDB ölkələrindən başqa)
153427.5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 88.23%) çıxarmışlar,
o cümlədən 537.1 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən
0.35%), 146134.7 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə
(ixraca nisbətən 95.25%) və 5162.8 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər
hesabına (ixraca nisbətən 3.36%) çıxarılmışdır. Eyni zamanda respublikaya xarici
ölkələrdən 75194.6 min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 55.59%)
gətirilmişdir. Onlardan 152.3 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə
(idxala nisbətən 0.20%), 37232.5 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli
valyutaya (idxala nisbətən 49.51%), 2250.3 min ABŞ dolları dəyərində əmtəə dövlət
krediti üzrə (idxala nisbətən 2.99%) və 35309.3 min ABŞ dolları dəyərində əmtəə
digər sazişlər hesabına (ixraca nisbətən 46.96%) gətirilmişdir. Xarici
ölkələr üzrə müsbət saldo 78232.9 min ABŞ dolları təşkil edir. Respublikanın
rezident və qeyri-rezidentləri MDB ölkələrinə 20466.4 min ABŞ dolları dəyərində
məhsul (ümumi ixraca nisbətən 11.77%) çıxarmışlar, o cümlədən, 71.3 min ABŞ
dolları dəyərində əmtəə barter üsulu ilə (ixraca nisbətən 0.35%), 11059.7 min
ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 54.04%),
4751.7 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən 23.22%),
3412.3 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə hesablaşmalarla (ixraca
nisətən 16.67%) çıxarılmışdır. Eyni zamanda, respublikaya MDB ölkələrindən 60069.7
min ABŞ dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 44.41%) gətirilmişdir.
Onlardan 79.7 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala nisbətən
0.13%), 52271.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyutaya (idxala
nisbətən 87.02%) və 5266.8 min ABŞ dolları dəyərində əmtəə qapalı valyutaya
hesablaşmalar ilə (idxala nisbətən 8.77%) gətirilmişdir. MDB ölkələri üzrə mənfi
saldo 39603.4 min ABŞ dolları təşkil edir. Azərbaycan Respubilkasının
ticarət əlaqələrində xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək
olar:
| İtaliya: |
İxrac-102111.1 min ABŞ dolları |
| |
(ümumi ixraca nisbətən 58.72%);
|
| |
İdxal -2359.4 min ABŞ dolları |
| |
(ümumi idxala niçbətən 1.74%);
|
| |
Saldo -99751.7 min ABŞ dolları. |
| Rusiya: |
İxrac -9098.0 min ABŞ dolları |
| |
(ümumi ixraca nisbətən 5.23%); |
| |
İdxal - 23411.0 min ABŞ dolları |
| |
(ümumi idxala nisbətən 17.31%); |
| |
Saldo -(-14313.0) min ABŞ dolları. |
| Türkmənistan: |
İxrac -660.7 min ABŞ dolları |
| |
(ixraca nisbətən 0.38%);
|
| |
İdxal -16569.0 min ABŞ dolları |
| |
(ümumi idxala nisbətən 12.25%);
|
| |
Saldo - (-15908.3) min ABŞ dolları. |
| ABŞ: |
İxrac -28797.8 min ABŞ dolları |
| |
(ümumi ixraca nisbətən 16.56%);
|
| |
İdxal - 3508.4 min ABŞ dolları |
| |
(ümumi idxala nisbətən 2.59%); |
| |
Saldo -25289.4 min ABŞ dolları. |
Sonrakı yerləri Türkiyə (İxracda 1.95%, İdxalda 8.06%), Qazaxstan (0.23%, 8.65%),
Böyük Britaniya (0.25%, 7.09%), Almaniya (0.42%, 6.59%), Ukrayna (0.36%,
5.67%), İran (2.39%, 2.94%) və Yaponiya (0.00%, 4.11%) tuturlar. Qeyd
etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə 1421 hüquqi
və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 901 dövlət və özəl müəssisə,
520 isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında dövlət sektorunun payı
156226.4 min ABŞ dolları, özəl sektorun payı 16336.6 min ABŞ dolları,
fiziki şəxslərin payı isə 1330.8 min ABŞ dolları olmuşdur. İdxal əməliyyatlarında
dövlət sektorunun payı 47287.1 min ABŞ dolları, özəl sektorun payı 74077.8
min ABŞ dolları, fiziki şəxslərin payı isə 13899.5 min ABŞ dolları olmuşdur.
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında
hesablanmışdır və respublikanın xarici iqtisadi fəaliyyətinin təhlili
yük gömrük bəyannamələrinə görə aparılmışdır