| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
2003-cü il ərzində respublikanın xarici ticarətinin vəziyyəti
2003-cü il ərzində respublikanın xarici ticarətinin
vəziyyəti
2003-cü il ərzində respublikanın rezident və qeyri-rezidentləri
tərəfindən 129 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi
5217881.0 min ABŞ dolları olmuşdur. Bu müddət ərzində 2591994.1 min ABŞ
dolları dəyərində 1218 adda mal ixrac, 2625886.9 min ABŞ dolları
dəyərində 5266 adda mal isə idxal olunmuş, ixrac-idxal əməliyyatları
üzrə mənfi saldo 33892.8 min ABŞ dolları təşkil etmişdir. O cümlədən,

-elektrik enerjisinin Rusiya Federasiyasına, Gürcüstan Respublikasına
və İran İslam Respublikasına qarşılıqlı ötürülməsi ilə ixracı 7294.0
min ABŞ dolları və həmin ölkələrdən isə idxal 1092.2 min ABŞ dolları
təşkil etmişdir;
-respublikaya 44272.8 min ABŞ dolları dəyərində 35173.4 ton dövlət,
hökumət və beynəlxalq təşkilatların xəttilə təmənasız kömək, humanitar
yük və texniki yardım daxil olmuşdur.
2002-ci ilə nisbətən 2003-cü ildə ixrac əməliyyatlarının həcmi 19.62%
(425147.8 min ABŞ dolları), idxal əməliyyatlarının həcmi isə 57.79%
(961738.3 min ABŞ dolları) artmışdır. İdxal əməliyyatlarının həcmi
əsasən təbii qazın, avadanlıqlar və texniki qurğuların, elektrik
maşınları və onların hissələrinin, poliqrafiya sənayesinin
məmulatlarının, qara metallar, mebel, plastik kütlələr və onlardan
hazırlanan məmulatlar və başqa malların idxalı hesabına artmışdır.
2003-cü ilin dekabr ayında idxal əməliyyatlarının həcmi 311859.7
min ABŞ dolları olmuşdur və 2002-ci ilin dekabr ayı ilə müqayisədə
184.92% təşkil etmiş və ya 143217.1 min ABŞ dolları artmışdır.
Müvəqqəti ixrac rejimində ölkəmizdən 52901.7 min ABŞ dolları dəyərində
mal ixrac edilmiş, 264874.1 min ABŞ dolları dəyərində mal isə ölkəyə
müvəqqəti idxal olunmuşdur.
2003-cü il ərzində 174603 ədəd nəqliyyat vasitəsindən istifadə
edilməklə 19240.7 min ton yük daşınmışdır. Bunlardan 12102.2 min tonu
(42261 ədəd nəqliyyat vasitəsi) ixrac əməliyyatlarının, 7138.5 min tonu
(132342 ədəd nəqliyyat vasitəsi) isə idxal əməliyyatlarının payına
düşür. Əsasən dəmir yolu (82426 ədəd vaqon) və avtomobil yolu
nəqliyyatından (61865 ədəd) istifadə edilmişdir. Xam neftin və təbii
qazın daşınmasında stasionar nəql etmə vasitəsindən (boru kəməri)
istifadə edilmişdir.
Tranzit
rejimində Azərbaycan Respublikası ərazisindən 9322270.6 ton yük keçirilmişdir.
Tranzit yüklər əsasən Gürcüstan (8002728.8t), Türkmənstan (293685.0t),
Kipr (271097.4t), Tacikstan (256258.1t) Respublikalarına, Rusiya Federasiyasına
(179255.8t), Türkiyə Respublikasına (97715.5t), İran İslam Respublikasına
(84500.6t), İsveçrəyə (39129.2t) və İtaliya Respublikasına (34281.4t)
göndərilmişdir.
Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 71891.3 min ABŞ
dolları dəyərində əmtəə gömrük mədaxil orderləri ilə
rəsmiləşdirilmişdir.
2003-cü il ərzində ixrac-idxal əməliyyatlarının həcminin aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:
-ixrac əməliyyatlarının həcminin yüksək həddi oktyabr ayında
(443985.9 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (60983.7 min
ABŞ dolları) olmuşdur;
-idxal əməliyyatlarının həcminin yüksək həddi dekabr ayında
(311859.7 min ABŞ dolları), aşağı həddi isə yanvar ayında (135207.6 min
ABŞ dolları) olmuşdur;
-dekabr ayında ixrac əməliyyatlarının həcmi noyabr ayına nisbətən 298392.5 min ABŞ dolları həcmində azalmışdır;
-dekabr ayında idxal əməliyyatlarının həcmi noyabr ayına nisbətən 3846.2 min ABŞ dolları həcmində artmışdır;
-ixracda orta aylıq azalma 4314.5 min ABŞ dolları, idxalda isə orta aylıq artım 17529.0 min ABŞ dolları olmuşdur.
İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir
ki, 2003-cü il ərzində 21, 41, 78 və 80 saziş növlərinə üstünlük
verilib.
|
İxracda:
|
İdxalda:
|
| 01 (milli valyuta ilə hesablaşma) |
-1.88%
|
-0.03%
|
| 21 (SD ilə hesablaşma) |
-50.80%
|
-50.83%
|
| 23 (dövlət krediti üzrə hesablaşma) |
-0.00%
|
-1.87%
|
| 41 (qapalı dövriyyəli valyuta) |
-1.25%
|
-2.90%
|
| 51 (barter sazişi) |
-0.10%
|
-0.06%
|
| 78(kompensiasialı öhdəlik. hesab.) |
-41.28%
|
-0.00%
|
| 80 (digərləri) |
-4.69%
|
-44.31%
|
Saziş növlərinin təhlili göstərir ki, keçən illə müqayisədə ixrac
əməliyyatlarında kompensasiyalı öhdəliklər hesabına sərbəst dönərli
valyuta ilə hesablaşmalar əsasında malların keçirilməsinin (78) xüsusi
çəkisi artmışdır. İdxal və ixrac əməliyyatlarında sərbəst dönərli
valyuta ilə hesablaşmalara (21) və digər sazişlərə (80) daha çox
üstünlük verilmişdir. Qapalı dövriyyəli valyuta (41) və barter
sazişinin (51) xüsusi çəkisi aşağı düşmüşdür.

Barter əməliyyatlarının təhlili göstərir ki, 2003-cü il ərzində ixrac
əməliyyatlarının həcmi idxaldan 1011.9 min ABŞ dolları çox olmuşdur.
Barter əməliyyatları üzrə ixracda orta aylıq azalma 46.0 min ABŞ
dolları olmuş, idxalda isə orta aylıq artım 22.4 min ABŞ dolları təşkil
etmişdir.
Uzaq xarici ölkələr üzrə ixracda barter əməliyyatları 2358.5 min
ABŞ dolları (ümumi ixraca nisbətən 0.09%), idxalda isə 1316.6 min ABŞ
dolları (ümumi idxala nisbətən 0.05%) təşkil etmişdir. MDB dövlətləri
üzrə ixracda barter əməliyyatları 256.7 min ABŞ dolları (ümumi ixraca
nisbətən 0.01%), idxalda isə 286.8 min ABŞ dolları (ümumi idxala
nisbətən 0.01%) olmuşdur.
İdxalın və ixracın strukturunda gömrük nəzarətindən keçən əsas
əmtəələrin payı (%-lə) aşağıdakı kimidir (2002-ci il ilə müqayisə
statistik dəyərə görə aparılmışdır):
İdxalda: ərzaq məhsulları-10.70% (2002-ci ilə nisbətən 132.84%),
neft qazı və digər qazaoxşar karbohidrogenlər-8.21% (100.76%), xalq
istehlak malları-1.42% (129.53%), maşın və elektrik aparatları,
avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat
hissələri-26.08% (173.05%), nəqliyyat vasitələri və onların
hissələri-12.68% (271.12%), qara metallar və onlardan hazırlanan
məmulatlar-17.40% (180.12%), mebel-0.84% (176.74%), oduncaq və ondan
hazırlanan məmulatlar-1.19% (137.83%), toxum-0.02% (79.20%),
gübrə-0.18% (112.67%) təşkil edir. Qalan əmtəələrin payına 21.27% düşür.
İxracda: xam neft-70.07% (2002-ci ilə nisbətən 123.01%), neft
məhsulları-15.35% (93.60%), qara metallar və onlardan hazırlanan
məmulatlar-1.09% (146.89%), spirtli və spirtsiz içkilər-0.16%
(191.61%), kimya məhsulları-1.97% (142.60%), pambıq-1.29% (146.88%),
tütün və tütün məmulatları-0.33% (43.46%), əlvan metallar- 1.04% (11.2
dəfə), çay-0.15% (77.23%) təşkil edir. Qalan əmtəələrin payına 8.56%
düşür.
İdxalın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2002-ci ilin ilk4 ayınanetto çəki. nisb.%-lə
|
| 1. Ət və ət məhsulları |
25478.3 t
|
14579.7
|
111.3%
|
| -o cümlədən hum. yardım |
73.4 t
|
473.0
|
|
| 2. Buğda |
807573.7 t
|
108868.1
|
122.9%
|
| -o cümlədən hum. yardım |
10554.6 t
|
1527.9
|
|
| 3. Un |
6743.4 t
|
1599.7
|
68.7%
|
| -o cümlədən hum. yardım |
4639.2 t
|
22557.0
|
|
| 4. Şəkər |
140717.5 t
|
12062.2
|
108.9%
|
| 5. Yağ |
64965.0 t
|
37604.8
|
154.4%
|
| -kərə yağı |
11435.1 t
|
12663.0
|
|
| -bitki və heyvan mənş. yağlar |
53529.9 t
|
24941.8
|
|
| -o cümlədən hum. yardım |
955.4 t
|
825.7
|
|
| 6. Çay |
4315.8 t
|
9912.1
|
83.9%
|
| 7. Spirt |
1147823.6 L
|
632.3
|
89.5%
|
| 8. Spirtli içkilər |
2363620.2 L
|
3113.6
|
88.2%
|
| 9. Tütün məmulatı |
1026136.0 min əd.
|
11931.4
|
99.5%
|
| 10.Qara metallar |
188648.6 t
|
70553.8
|
180.8%
|
| 11. Minik avtomobilləri |
|
|
|
| -YGB əsasında rəsmiləşdirilmiş |
15871 əd.
|
67113.4
|
163.9%
|
| -GMO əsasında rəsmiləşdirilmiş |
7278 əd.
|
30768.3
|
|
| 12. Toxum |
975.2 t
|
610.9
|
64.4%
|
| 13. Gübrə |
45372.9 t
|
4713.1
|
91.7%
|
| 14. Neft məhsulları |
32470.9 t
|
20477.5
|
|
| 15. Elektrik enerjisi |
2370740.7
|
58936.5
|
|
| -o cümlədən, elektrik enerji sinin qarşılıqlı ötürülməsi |
73321.9 min kvt/s
|
1092.2
|
|
| 16. Neft qazı və digər qazaoxşar karbohidrogenlər |
3373.2t
|
485.8
|
|
| |
4079130.8 min kub.m
|
215647.0
|
|
İxracın strukturunda əsas yer tutan əmtəələrin miqdarı və dəyəri aşağıdakı
kimidir:
|
|
Miqdarı
|
Dəyəri (min ABŞ dol)
|
2002-ci ilə nisb. %-lə
|
| 1. Neft (xam) |
9093125.9 t
|
1816098.6
|
|
1.1. Boru kəməri ilə 01.01.2004-cü
ilə qədər gedən xam neft |
|
|
|
| (sayğac göstəricilərinə əsasən) |
|
|
|
| -şimal boru kəməri ilə |
2632413.3 t
|
|
|
| -Supsa boru kəməri ilə |
6219465.6 t
|
|
|
| 2. Neft emal məhsulları |
1864129.7 t
|
397746.3
|
|
| o cümlədən, saziş növləri üzrə: |
|
|
|
| -sərbəst dönərli valyutaya |
1651314.4 t
|
347962.0
|
|
| -milli valyutaya |
202126.7 t
|
47194.1
|
|
2.1. 01. 01. 2004-cü ilə qədər şərti
bəyan. ilə yola salın. rəsmi-
ləşdirilməmiş neft məhsulları |
92752.3 t
|
|
|
| 3. Bitki və heyvan mənşəli yağlar |
42449.2 t
|
41091.2
|
351.2%
|
| 4. Spirtli içkilər |
7490588.0 L
|
3392.1
|
133.2%
|
| 5. Tütün |
4392.2
|
4392.2
|
58.5%
|
| 6. Tütün məmulatı |
883430.0 min əd.
|
4260.0
|
24.9%
|
| 7. Qara metallar |
117285.4 t
|
25615.8
|
167.1%
|
| 8. Alüminium |
19420.6 t
|
25816.9
|
49 dəfə
|
| 9. Çay |
1852.9 t
|
3936.0
|
81.1%
|
| 10. Pambıq mahlıcı və tullantıları |
33520.2 t
|
33347.6
|
108.6%
|
| 11. Elektrik enerjisi |
729287.4 min kvt/s
|
11265.3
|
|
| -o cümlədən,elektrik enerji- sinin qarşılıqlı ötürülməsi |
464533.7 min kvt/s
|
7294.0
|
|
İxrac olunan xam neftin 5279449.3 tonu (58.06%) Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkətinin, 1987840.2 tonu (21.86%) Dövlət Neft Şirkətinin
Xarici İqtisadi Əlaqələr İdarəsinin, 1736388.0 tonu (19.10%) ARDNŞ
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin və 89448.0 tonu (1.05%)
"Şirvan Oyl" MMM-nin payına düşür.
Neft məhsullarının ixracında "Azneftyağ" İstehsalat Birliyi
(876407.4 ton (47.01%)), Dövlət Neft Şirkətinin Xarici İqtisadi
Əlaqələr İdarəsi (424696.3 tonu (22.78%)), ARDNŞ Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi (336124.0 tonu (18.03%)) və "Azal Oil" müəssisəsi
(199869.9 tonu (10.72%)) üstünlük təşkil edir.
Respublikanın
rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB ölkələrindən başqa)
2258095.0 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 87.12%)
çıxarmışlar, o cümlədən 2358.5 min ABŞ dolları dəyərində əmtəə barter üsulu
ilə (ixraca nisbətən 0.10%), 1116289.8 min ABŞ dolları dəyərində əmtəə sərbəst
dönərli valyuta ilə (ixraca nisbətən 49.44%) və 1070100.2 min ABŞ dolları
dəyərində mal kompensasiyalı öhdəliklər hesabına (ixraca nisbətən 47.39%)
çıxarılmışdır.
Eyni zamanda respublikaya xarici ölkələrdən 1775074.0 min ABŞ
dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 67.60%) gətirilmişdir.
Onlardan 1316.6 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə
(idxala nisbətən 0.07%), 604257.2 min ABŞ dolları dəyərində əmtəə
sərbəst dönərli valyutaya (idxala nisbətən 34.04%), 45950.3 min ABŞ
dolları dəyərində əmtəə isə dövlət krediti üzrə (idxala nisbətən 2.59%)
və 1121001.1 min ABŞ dolları dəyərində digər saziş növləri ilə (idxala
nisbətən 63.15%) gətirilmişdir.
Xarici ölkələr üzrə müsbət saldo 483021.0 min ABŞ dolları təşkil edir.
Respublikanın rezident və qeyri-rezidentləri MDB ölkələrinə
333899.1 min ABŞ dolları dəyərində məhsul (ümumi ixraca nisbətən
12.88%) çıxarmışlar, o cümlədən, 256.7 min ABŞ dolları dəyərində əmtəə
barter üsulu ilə (ixraca nisbətən 0.08%), 200538.4 min ABŞ dolları
dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 60.06%),
67577.4 min ABŞ dolları dəyərində digər sazişlərlə (ixraca nisbətən
20.24%), 33043.3 min ABŞ dolları dəyərində əmtəə milli valyuta ilə
hesablaşmalarla (ixraca nisbətən 9.90%) çıxarılmışdır.
Eyni zamanda, respublikaya MDB ölkələrindən 850812.9 min ABŞ
dolları dəyərində əmtəə (ümumi idxala nisbətən 32.40%) gətirilmişdir.
Onlardan 286.8 min ABŞ dolları dəyərində əmtəə barter üsulu ilə (idxala
nisbətən 0.03%), 730380.4 min ABŞ dolları dəyərində əmtəə sərbəst
dönərli valyutaya (idxala nisbətən 85.85%), 73882.9 min ABŞ dolları
dəyərində əmtəə qapalı valyutaya hesablaşmalar ilə (idxala nisbətən
8.68%) və 42367.0 min ABŞ dolları dəyərində digər saziş növləri ilə
(idxala nisbətən 4.98%) gətirilmişdir.
MDB ölkələri üzrə mənfi saldo 516913.8 min ABŞ dolları təşkil edir.
Azərbaycan Respublikasının ixrac və idxalında xüsusi çəkisi böyük olan ölkələrdən aşağıdakıları göstərmək olar.
|
İxracda:
|
İdxalda:
|
|
Ölkənin adı
|
min Abş dolları
|
ümumi ixraca nisb.%-lə
|
Ölkənin adı
|
min ABŞ dolları
|
ümumi idxala nisb.%-lə
|
| İtaliya |
1345948.43
|
51.93
|
Rusiya |
38792.42
|
14.62
|
| Fransa |
209725.45
|
8.09
|
Böyük Britaniya |
286401.30
|
10.91
|
| Rusiya |
148106.53
|
5.71
|
Türkiyə |
195118.95
|
7.43
|
| İsrail |
138112.78
|
5.33
|
Türkmənistan |
188284.52
|
7.17
|
| Gürcüstan |
111460.10
|
4.30
|
Almaniya |
169948.61
|
6.47
|
| Türkiyə |
107031.20
|
4.13
|
Fransa |
155595.76
|
5.93
|
| Yunanıstan |
71425.89
|
2.76
|
Qazaxıstan |
138455.94
|
5.27
|
| ABŞ |
63864.49
|
2.46
|
ABŞ |
132650.11
|
5.05
|
| Xorvatiya |
61075.56
|
2.36
|
Ukrayna |
118499.11
|
4.51
|
| İran |
49129.38
|
1.90
|
Yaponiya |
101801.84
|
3.88
|
Yuxarıda göstərilən bütün göstəricilər cari valyuta məzənnəsi əsasında hesablanmışdır.
Qeyd etmək lazımdır ki, hesabat dövründə xarici-iqtisadi əlaqələrlə
6756 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2811-i dövlət və
özəl müəssisə, 3945-i isə fiziki şəxslərdir. İxrac əməliyyatlarında
dövlət sektorunun payı 1279491.8 min ABŞ dolları (49.36%), özəl
sektorun payı 1274733.3 min ABŞ dolları (49.18%), fiziki şəxslərin payı
isə 37769.1 min ABŞ dolları (1.46%) olmuşdur. İdxal əməliyyatlarında
dövlət sektorunun payı 607298.2 min ABŞ dolları (23.13%), özəl sektorun
payı 1831806.4 min ABŞ dolları (69.76%), fiziki şəxslərin payı isə
186782.4 min ABŞ dolları (7.11%) olmuşdur.
DGK Statistika və İnformasiya Texnologiyaları İdarəsi
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|