Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi
30 sentyabr 2002-ci ildə DGK-si ilə Ümumdünya Gömrük Təşkilatı arasında Bakıda Regional Tədris Mərkəzinin yaradılması haqqında Memorandum imzalanmışdır. 2003-cü ilin sentyabrında təntənəli açılış mərasimində Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Mişel Dane iştirak etmişdir. 
Mərkəzdə eyni vaxtda 50 nəfərin təhsil alması mümkündür. Müasir avadanlıqlarla təchiz olunmuş konfrans zalı, sinifləri, kitabxanası, mehmanxana tipli yataqxanası, idman zalı, hovuzu, saunası, yeməkxanası, barı, mağazası, bərbərxanası və s. vardır.











