| |
|
|
 |
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ |
|
|
 |
|
|
Yol vergiləri
Xarici dövlətlərin
avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə daxil
olması və bu ərazidən sərnişin və yük daşınması üçün istifadə etməsinə
görə yol vergilərinin hesablanıb tutulması haqqında
1. Azərbaycan Respublikasının ərazisinə daxil olan
və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən xarici
dövlətlərin avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan
Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin
hesablanıb alınması Azərbaycan Respublikası Vergi Məcəlləsinin XV
fəslinə və ”Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında” 03 dekabr 2004-cü il tarixli Azərbaycan
Respublikası Qanununun 209,210, 211 və 212 ci maddələriinə uyğun olaraq
tənzimlənir.
2. Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisinə
daxil olan avtonəqliyyat vasitələri vergitutma obyektidir və bu
nəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və
qeyri-rezident fiziki şəxslər (və ya onların adından həmin nəqliyyat
vasitələrini idarə edən hər hansı digər şəxslər) yol vergisinin
ödəyiciləridir.
YOL VERGİSİNİN DƏRƏCƏLƏR ÜZRƏ HESABLANMASI
1. Xarici dövlətlərin Azərbaycan Respublikasının
ərazisinə daxil olan avtonəqliyyat vasitələrindən yol vergiləri
nəqliyyat vasitələrinin növündən, o cümlədən avtobuslar üçün oturacaq
yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı
müddətdən, yük maşınları üçün oxların sayından, yüklə birlikdə ümumi
çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən və
yüklərin təhlükəlilik dərəcəsindən və Azərbaycan Respublikasının
ərazisində qaldığı müddətdən asılı olaraq aşağıdakı dərəcələrlə
hesablanır:
2. Minik avtomobillərindən – 15 ABŞ dolları.
3. Avtobuslar üçün (ABŞ dolları):
| oturacaq yerlərinin sayı: |
Ölkə ərazisində qaldığı müddət |
| 1 gün üçün |
1 həftəyə-dək |
1 aya qədər |
3 aya qədər |
1 ilə qədər |
| 1-12 olduqda |
15 |
30 |
100 |
300 |
1050 |
| 13-30 olduqda |
20 |
40 |
140 |
400 |
1400 |
| 31 və daha çox |
25 |
50 |
175 |
500 |
1750 |
4. Yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat
vasitələrindən (bundan sonra – yük avtomobilləri) avtonəqliyyat
vasitələrinin oxlarının sayından və Azərbaycan Respublikası ərazisində
qaldığı müddətdən asılı olaraq (ABŞ dolları ilə)
| Oxların sayı |
Ölkə ərazisində qaldığı müddət |
| 1 gün üçün |
2 həftəyə-dək |
1 aya qədər |
3 aya qədər |
1 ilə qədər |
| 4 (dörd)oxa qədər |
20 |
40 |
140 |
400 |
1400 |
| 4(dörd)ox və çox olanda |
30 |
80 |
280 |
800 |
2800 |
5. Verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə daşınan
yüklərə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər
kilometrinə görə nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
| 37 tondan 41 tonadək olduqda | – 0,15 ABŞ dolları; |
| 41 tondan 51 tonadək olduqda | – 0,30 ABŞ dolları; |
| 51 tondan 61 tonadək olduqda | – 0,45 ABŞ dolları; |
| 61 tondan 71 tonadək olduqda | – 0,50 ABŞ dolları; |
| 71 tondan 81 tonadək olduqda | – 0,75 ABŞ dolları; |
| 81 tondan çox olduqda | – 1,8 ABŞ dolları qədər artırılır: |
6. Tətbiq olunan verginin məbləği xarici dövlətlərin Azərbaycan
Respublikasının ərazisindən istifadə edən avtonəqliyyat vasitələri ilə
daşınan yüklərin təhlükəlilik dərəcəsindən asılı olaraq 4-cü bənddə
göstərilmiş formada:
| az təhlükəli yüklər üçün | – 100 faiz; |
| təhlükəli yüklər üçün | – 200 faiz; |
| xüsusi təhlükəli yüklər üçün isə | – 400 faiz artırılır. |
Yüklərin təhlükəlilik dərəcəsi 18 iyul 2000-ci il tarixli 913-
İQ saylı Azərbaycan Respublikasının qanununa uyğun olaraq 30 sentyabr
1957- ci il il tarixdə Cenevrə şəhərində imzalanmış « Təhlükəli
yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi
(DOPOQ)» ilə müəyyən olunur.
7. Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş
xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş müddət
ərzində həmin ərazini tərk etmədikdə əlavə qaldıqları günlər üçün
verginin məbləği həmin avtonəqliyyat vasitələri Azərbaycan
Respublikasından çıxan zaman alınır.
YOL VERGİSİNİN TUTULMASI VƏ
RƏSMİLƏŞDİRİLMƏSİ
1. Yol vergisinin düzgün hesablanması, tutulması və
vaxtında dövlət büdcəsinə köçürülməsi üçün xarici dövlətlərin
avtonəqliyyat vasitələrinin sürücülərindən aşağıdakı sənədlər tələb
olunur:
- Avtonəqliyyat vasitəsinin texniki pasportu.
- İnvoys.
- Yol nəqliyyat sənədi.
- Yükün mənşə sertifikatı.
- Yükün keyfiyyət sertifikatı.
Sənədlər alındıqdan sonra avtonəqliyyat vasitəsinin
Azərbaycan Respublikası ərazisində qalma müddəti həmin avtonəqliyyat
vasitəsinin sahibi və ya onun adından sürücüsü tərəfindən müəyyən
edilir. Avtonəqliyyat vasitəsi və yük barəsində bütün mə’lumatlar,
yə’ni sürücünün adı və familiyası, nəqliyyat vasitəsinin mənsub olduğu
ölkə, markası, dövlət nişan nömrəsi, oxlarının sayı, yüklə birlikdə
ümumi çəkisi, yükün adı,yükün XİF-in mal namenkulaturasına uyğun kodu,
yükü göndərən ölkə, yükü qəbul edən ölkə, yükün təhlükəlilik dərəcəsi,
ağır çəki ilə qət edəcəyi yol, Azərbaycan Respublikası ərazisində qalma
müddəti kompüterə daxil edilir və verginin məbləği hesablanıb alınır.
Verginin alınması barədə qəbz şö’bənin (bölmənin) nömrəli ştampı ilə
təsdiq edilərək sürücüyə təqdim edilir.
|
|
|
|
RSS | XƏBƏRLƏR | ŞƏKİLLƏR | QANUNVERİCİLİK | SUALLAR VƏ CAVABLAR
(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80
Faks: (99412) 498-18-36
E-mail: external@customs.gov.az |
|
|
|
|