|
2010-ci ilin xronikası
|
|
|
Azərbaycanla Litva arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir.
Noyabrın 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas və “İnta” şirkətinin sədri Vytas Vitkauskas arasında keçirilən görüşdə də Azərbaycan-Litva əlaqələrinin inkişaf dinamikası ətraflı müzakirə edilmişdir. |
|
|
|
|
|
Noyabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelleni qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.
2007-ci ildə Almaniya Federativ Respublikası Gömrük İdarəsinin Baş direktoru Hans-Yoaxim Şterin Azərbaycana səfərini məmnunluqla xatırlayan DGK sədri A.Əliyev bu səfərin, eləcə də o zaman imzalanan sənədin iki ölkənin uyğun qurumlarının qarşılıqlı əməkdaşlığında yeni bir səhifə olduğunu bildirmiş, ümumilikdə bu sahədə perspektivlərdən danışmış, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. |
|
|
|
Oktyabrın 28-29 tarixlərində Monqolustan Baş Gömrük İdarəsinin Baş direktoru Derje Tseveenjavın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda ikigünlük rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günü, oktyabrın 28-də Monqolustan Baş Gömrük İdarəsinin Baş direktoru Derce Tseveencavın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzmüş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşdür. Daha sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmiş, «Əbədi məşəl» abidəsi önünə əklil qoymuşdur.
Oktyabrın 28-də Monqolustan Baş Gömrük İdarəsinin Baş direktoru Derje Tseveenjavın rəhbərlik etdiyi nümayəndə heyətinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşü keçirilmişdir.
Sonra “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol”un imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Monqolustan Baş Gömrük İdarəsinin Baş direktoru Derje Tseveenjav imzaladılar.
İmzalanma mərasimindən sonra Monqolustan nümayəndə heyətinin üzvləri Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsində olmuşlar. Burada qonaqlara Azərbaycan gömrük sisteminin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilmiş və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi ilə bağlı görülən işlər canlı olaraq monitor vasitəsilə izlənilmişdir. |
|
|
|
Oktyabrın 27-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adel Mohammad Adailehi qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilk olaraq diplomatı yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. İordaniya Haşimilər Krallığı ilə Azərbaycan arasında mövcud əlaqələrdən söhbət açan A.Əliyev əməkdaşlığın bütün sferalarda yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. |
|
|
|
Sentyabrın 8-9 tarixlərində Ümumdünya Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi Direktorluğunun direktoru Lars Karlsson Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günü ÜGT Potensialın Gücləndirilməsi Direktorluğunun direktoru Lars Karlsson əvvəlcə Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə tər çiçəklər düzmüş, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anmış, məzarı üzərinə gül dəstələri düzmüşdür. Daha sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmişdir.
Görüşdən sonra Lars Karlsson Dövlət Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsində olmuşdur. Burada qonağa Azərbaycan gömrük sisteminin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verilmiş və L.Karlsson avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi ilə bağlı görülən işləri canlı olaraq monitor vasitəsilə izləmişdir. |
|
|
|
Sentyabrın 1-2 tarixlərində Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Raynhold Lopatkanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda ikigünlük rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günü sentyabrın 1-də Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Raynhold Lopatkanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmiş, Əbədi məşəl kompleksi önünə əklil qoymuşlar.
Xatırladaq ki, görüşdə Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, xanım Silvia Mayer-Kaybiç iştirak etmişdir.
Sonra “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Avstriya Respublikası Federal Maliyyə Nazirliyi arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilmişdir. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Avstriya Federal Maliyyə Nazirliyinin Dövlət katibi Raynhold Lopatka imzaladılar. |
|
|
|
İyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi və bu təşkilatın İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçuranı qəbul etmişdir.
DGK sədri Aydın Əliyev BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsindən söhbət açmış, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışmışdır. |
|
|
|
İyulun 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi və bu təşkilatın İnkişaf Proqramının nümayəndəsi Fikrət Akçuranı qəbul etmişdir.
DGK sədri Aydın Əliyev BMT İnkişaf Proqramı və Azərbaycan Hökuməti arasında həyata keçirilən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların Ötürülməsi Şəbəkəsinin Yaradılması” layihəsindən söhbət açmış, bu layihənin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması sahəsində gömrük xidmətinin inkişafına olduqca müsbət təsirindən danışmışdır. |
|
|
İyulun 6-8 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir. Seminar Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində təşkil edilmişdir.
Tədbirə Azərbaycan da daxil olmaqla, 8 ölkənin, o cümlədən, Qazaxıstan, Özbəkistan, Qırğız, Tacikistan, Əfqanıstan, Cin və Monqolustanın, eləcə də Asiya İnkişaf Bankı, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası, Ümumdünya Gömrük Təşkilatı və digər beynəlxalq qurumların nümayəndələri qatılmışdır.
Tədbir iştirakçıları iyulun 6-da, əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önündə onun xatirəsini yad etmiş, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş vətən övladlarının məzarlarını ziyarət etmişlər.
Daha sonra seminarın açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının təmsilçisi xanım Virginia Kram-Martos, Asiya İnkişaf Bankının regional əməkdaşlıq üzrə mütəxəssisi Ceff Prosak və Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi Satya Prasad Sahu çıxış etmişlər
Daha sonra seminar işə başlamış və “bir pəncərə”nin tərtibatının razılaşdırılması, Azərbaycanda “bir pəncərə” sisteminin icmalı və onun inkişafının retrospektivləri, “bir pəncərə” sisteminin layihələndirilməsi və inkişafı, eləcə də bu sistemin idarə olunması və təkmilləşdirilməsi ilə bağlı Azərbaycan təcrübəsindən nümunələr barədə məruzələr dinlənilmişdir. Məruzələrlə BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyasının təmsilçisi Yann Düval, “Crimson Logic Pte Ltd”nin nümayəndəsi Çan Fuk Senq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov və Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev çıxış etmişlər. |
|
|
|
İyulun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçi qəbul etmişdir.
DGK sədri Aydın Əliyev may ayında Avstriyada, BMT-nin Vyana Bölməsinin inzibati binasında keçirilən “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” mövzusunda sərgini məmnunluqla xatırlayaraq iki ölkənin mədəni əlaqələrinin inkişafı baxımından bu cür tədbirlərin müstəsna əhəmiyyətindən danışmışdır |
|
|
|
İyunun 24-dən 26-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 115-116-cı sessiyası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Nümayəndə heyətindən aldığımız məlumata görə, sessiyanın işinə Şuranın üzvləri, eləcə də 150-dən çox dövlətin gömrük xidmətinin nümayəndələri, müşahidəçi qismində bəzi beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri də qatılmışdır.
Liberiyanın Harmonik sistem üzrə Beynəlxalq Konvensiyaya qoşulmaq barədə sənədlərinin təqdimetmə mərasimi keçirildikdən sonra ÜGT-nin Ukraynada, Cənubi Koreyada və Konqoda yeni regional tədris mərkəzlərinin açılması üçün həmin dövlətlərin gömrük xidməti rəhbərləri ilə anlaşma memorandumu imzalanmışdır. Eyni zamanda, ÜGT Baş katibi Kuniyo Mikuriyanın iştirakı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Makedoniya Respublikası Gömrük İdarəsinin direktoru Vanco Karqov imzalamışlar |
|
|
|
İyunun 21-dən 24-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası ərəfəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə də Mədəniyyət Nazirliyinin və AŞPA rəhbərliyinin dəstəyi ilə “Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində” adlı sərgi, eyni zamanda “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti, həmçinin xalq rəssamı Ağəli İbrahimov, tanınmış bəstəkar, pianoçu Vüqar Camalzadə iştirak etmişdir.
Avropa Şurası Parlament Assambleyasının əsas binasında baş tutan açılış mərasimində AŞPA prezidenti Mövlud Çavuşoğlu, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov çıxış etmişlər. |
|
|
|
İyunun 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, Arxiyepiskop Canfranko Ravazinin rəhbərliyi altında nümayəndə heyətini qəbul etmişdir.
Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla Vatikan dövləti arasındakı münasibətlərdən, eləcə də mədəni, elmi əlaqələrdən məmnunluqla söhbət açmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vatikan dövlətinə, həmçinin Roma Papası II İohann Pavelin respublikamıza tarixi səfərlərinin mövcud əlaqələrə yeni impuls verdiyini vurğulamışdir.
Səmimi qəbula görə təşəkkürünü bildirən Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, Arxiyepiskop Canfranko Ravazi Azərbaycana səfərindən xeyli məmnun qaldığını diqqətə çatdırmışdır. Azərbaycanla Vatikan arasında bütün sahələrin, o cümlədən elmi, mədəni əlaqələrin yüksələn xətlə inkişafını müsbət dəyərləndirən qonaq Azərbaycanın tolerantlıq sahəsində nümunə bir ölkə olduğunu bildirmiş, bütün dini konfensiyalara yaradılan bərabər şəraitdən razılığını ifadə etmişdir.
Görüşün sonunda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir. Öz növbəsində, Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti, Arxiyepiskop Canfranko Ravazi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə Roma papası XVI Benediktin xüsusi medalını təqdim etmişdir.
|
|
|
|
Sessiya çərçivəsində Dövlət Gömrük Komitəsi tərəfindən «Azərbaycan gömrüyü mədəni irsin keşiyində» mövzusunda sərgi təşkil edilib
Mayın 17-dən 21-dək Avstriyanın Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi Komissiyasının 19-cu sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə respublikamızın nümayəndə heyəti iştirak etmişdir. Sessiyada Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə bərabər, Ali Məhkəmə, Baş Prokurorluq, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Avstriyadakı diplomatik nümayəndəliyinin əməkdaşları da təmsil etmişlər.
Sessiyanın açılış mərasimində BMT-nin Baş Katibinin müavini, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Antonio Maria Kosta, Portuqaliyanın ədalət mühakiməsi naziri, Çinin ədliyyə nazirinin müavini, Xorvatiyanın Ədliyyə Nazirliyinin rəhbər nümayəndəsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və digər şəxslər çıxış etmişlər. |
|
|
|
Mayın 10-11 tarixlərində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti Finlandiya Respublikası Milli Gömrük İdarəsinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Səfərin ilk günü Finlandiya Respublikası Milli Gömrük İdarəsinin qərargahında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Finlandiya Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinq arasında görüş keçirilmişdir.
Görüşdə, həmçinin Ümumdünya Gömrük Təşkilatında gələn ay keçiriləcək seçkilərlə bağlı məsələlər də müzakirə mövzusu olmuş, Finlandiya tərəfi Avropa regionu üzrə Potensialın Gücləndirilməsi direktoru vəzifəsinə Macarıstan Gömrük Xidmətinin rəhbəri Yanoş Naqinin namizədliyini dəstəkləməyi Azərbaycan tərəfindən xahiş etmişdir
Səfərin ikinci günü Azərbaycan Respublikası hökuməti və Finlandiya Respublikası hökuməti arasında “Gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanmışdır. Sazişi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Finlandiya Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinq imzalamışlar. Finlandiya Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı ilə baş tutan imzalanma mərasimindən sonra mətbuat nümayəndələri üçün brifinq keçirilmişdir.
İki günlük səfərin sonunda Finlandiya Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Tapani Erlinqlə daha bir görüş keçirilmiş, yüksək təşkilatçılıq və qonaqpərvərliyə görə minnətdarlıq ifadə olunmuşdur. |
|
|
|
Aprelin 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jeno Borosu qəbul etmişdir.
İki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açan Komitə sədri, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirmiş, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərini yüksək qiymətləndirmiş, gələcək perspektivlərdən bəhs etmiş, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir. |
|
|
|
Aprelin 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Bakıda keçirilən “Harmonik Sistemin əsas şərhetmə Qaydaları”na dair Ümumdünya Gömrük Təşkilatının regional seminarında iştirak edən ÜGT-nin texniki attaşeləri Tetsuya Akasaki və Andrey Şabanovu, eləcə də Danimarkanın Vergi və Gömrük Təsnifatı Mərkəzinin rəhbəri Jorn Hindsdalı qəbul etmişdir. |
|
|
|
Aprelin 12-16 tarixlərində Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində “Harmonik Sistemin əsas şərhetmə Qaydaları”na dair ÜGT-nin regional seminarı keçirilmişdir. Tədbirə Azərbaycan da daxil olmaqla, 17 ölkənin, o cümlədən, Albaniya, Belarus, Bosniya və Hersoqovina, Qazaxıstan, İsrail, Gürcüstan, Makedoniya, Moldova, Montoneqro, Özbəkistan, Polşa, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Xorvatiya gömrük orqanlarının nümayəndə heyətləri qatılmışdır.
Seminarın açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının ekspertləri Tetsuya Akasaki və Andrey Şabanov, eləcə də Danimarkanın Vergi və Gömrük Təsnifatı Mərkəzinin rəhbəri Jorn Hindsdal iştirak etmişlər. |
|
|
|
Aprelin 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanasın rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə də Azərbaycan Litva əlaqələrinin inkişaf dinamikası ətraflı müzakirə edilmişdir.
Azərbaycan və Litva gömrük xidmətləri arasında mövcud əməkdaşlığı müsbət qiymətləndirən DGK sədri A.Əliyev əlaqələrin daha da intensivləşdirilməsinin vacibliyinə toxunmuş, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkmişdir.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanas həqiqətən respublikamızın hərtərəfli inkişafının şahidi olduğunu, ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir. |
|
|
|
Martın 15-16 tarixlərində Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Ohrid şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
Konfransda “Gömrük-Biznes Əməkdaşlığı” mövzusunda Bir pəncərə və Ticarətin asanlaşdırılması məsələləri ilə bağlı Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Gömrük İdarəsinin direktoru Vanco Karqov və həmin idarənin İnformasiya-Kommunikasiya Texnologiyaları direktorunun köməkçisi Dejan Rajcanovski, eləcə də Norveç Krallığı Gömrük və Aksiz Direktorluğunun baş direktoru Byorn Ross hökumət qurumları arasında sərhəddə əməkdaşlığa dair təqdimatlarla çıxış etmişlər. Konfransda, həmçinin Gömrük-Biznes Əməkdaşlığı üzrə Məşvərət Şurasının işi ilə bağlı şuranın üzvləri Qoran Qeorqiyev və xanım Aleksandra Trajkovskanın məruzələri dinlənilmiş, müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Konfransda Regional Məlumat Əlaqələndirmə İdarələri (RİLO) ilə bağlı məsələlər də geniş müzakirə obyekti olmuş, Avropa RİLO-ları üçün inkişaf yolu mövzusunda giriş nitqi ilə ÜGT sədrinin Avropa regionu üzrə müavini Alan Bellot, sonra isə Almaniya Regional Məlumat Əlaqələndirmə İdarəsinin rəhbəri Stefan Kriç çıxış etmişlər.
Konfransda, həmçinin Ukraynada Regional Tədris Mərkəzinin təsis edilməsinə dair təqdimatla Ukrayna Dövlət Gömrük Xidməti Xarici Əlaqələr İdarəsinin rəisi xanım Olena Pavliyenko çıxış etmiş, eləcə də Regional Təlimlərin Tələbləri və Perspektivləri mövzusunda Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Skopye şəhərində yerləşən Regional Tədris Mərkəzinin sədr müavini xanım İrena Kikerkovanın məruzəsi dinlənilmiş, eyni zamanda Makedoniya Respublikası Gömrük İdarəsinin Təlim idarəsinin rəhbəri Zlatko Veterovski tərəfindən təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. |
|
|
|
Yanvarın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoornu qəbul etmişdir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycan ilə Niderland Krallığı arasında mövcud siyasi, mədəni əlaqələrdən söhbət açmış, bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. Komitə sədri vurğulamışdır ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətinin də öz yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.
Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Jan Lukas İnayat van Hoorn respublikamızda diplomatik fəaliyyət göstərməyindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi hökumətin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa çox böyük önəm verdiyini vurğulamışdır. |
|
|
2009-ci ilin xronikası
|
|
|
Fevralın 17-dən 19-dək Çin Xalq Respublikasının Quançjou şəhərində «Birgə Gömrük Nəzarəti», fevralın 20-21 tarixlərində isə «Tədris Tələbatlarının Qiymətləndirilməsi» mövzularında seminarlar keçirilmişdir. Çin Xalq Respublikası Baş Cömrük İdarəsi və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunan hər iki seminarda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir. |
|
|
|
Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul etmişdir.
|
|
|
|
Martın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə gömrük xidmətinin fəaliyyəti ilə tanış olan Dünya Bankının yoxsulluğun azaldılması və iqtisadi idarəçilik üzrə beynəlxalq ticarət departamentinin sərhəd idarəetməsi üzrə baş mütəxəssisi Tomas Doylun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
|
|
|
|
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük Müstəşarlığının müstəşar yardımçısı Arslan Günlerin rəhbərliyi altında nümayəndə heyətini qəbul etmişdir.
Aprelin 22-də Azərbaycan-Türkiyə Gömrük Xidmətləri arasında İşçi Qrupunun iclası keçirilmişdir.
İclasda iki ölkənin gömrük orqanları arasında narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinə qarşı birgə mübarizədə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmiş, ətraflı fikir mübadiləsi aparılmışdır.
Qəbul olunacaq yekun sənəd müzakirə edildikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük Müstəşarlığı arasında Azərbaycan-Türkiyə sərhədindən avtomobil və hava yolu ilə keçirilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və silahların aşkar edilməsi, aradan qaldırılması və qarşısının alınmasına yönəlmiş işçi protokolu imzalanmışdır. Protokolu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Türkiyə Cümhuriyyəti Baş Bakanlıq Gömrük Müstəşarlığının müstəşar yardımçısı Arslan Günler imzalamışlar.
|
|
|
|
Aprelin 28-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gürcüstan Gəlirlər Xidmətinin rəisi Qriqol Qobecişvilini və Gömrük Nəzarəti Departamentinin rəhbəri Qiqa Xvinqiyanı qəbul etmişdir.
|
|
|
|
Aprelin 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Estoniya Respublikasının Vergi və Gömrük Şurasının baş direktoru Enriko Aavı və müavini Dmitriy Yeqorovu qəbul etmişdir.
|
|
|
|
Aprelin 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İonannis Metaksası qəbul etmişdir.
|
|
|
|
Mayın 12-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əl-Düsərini qəbul etmişdir. |
|
|
|
 18-19 may 2009-cu il tarixində Norveç Krallığının Bergen şəhərində 44 ölkəni təmsil edən 96 nümayəndənin iştirakı ilə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə Gömrük Xidməti rəhbərlərinin konfransı keçirilmişdir. Konfransda ölkəmizi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətində DGK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Dilavər Fərzəliyev və Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev təmsil olunmuşlar.
|
|
|
2008-ci ilin xronikası
|
|
|
Fevralın 3-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində «Problemlərlə mübarizəyə qalxaq» mövzusunda Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə 4-cü Ümumdünya Forumu keçirilmişdir. Ümumdünya Gömrük Təşkilatı və Dubay Limanlar Gömrük İdarəsinin təşkilatçılığı, həmçinin İnterpol, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Beynəlxalq Ticarət Palatası, Saxtakarlıq və Piratçılığa qarşı Mübarizə üzrə Biznes Birliyi, Beynəlxalq Ticarət Nişanları Assosiasiyası və Beynəlxalq Təhlükəsizlik İdarəetməsi Assosiasiyasının dəstəyi ilə keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev iştirak etmişdir.
|
|
|
|
Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul etmişdir.
|
|
|
|
Fevralın 28-29 tarixlərində İrlandiyanın paytaxtı Dublin şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
|
|
|
 Fevralın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Qətər dövlətinin ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri şeyx Mübarək bin Fəhd Casim Al Tanini qəbul etmişdir.
|
|
|
|
Martın 18-də Ukraynanın paytaxtı Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Gömrük Xidməti Rəhbərlərinin İclası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
|
|
|
Martın 27-28 tarixlərində Belçika Krallığının Brüssel şəhərində "XXI əsrdə gömrük" mövzusuna həsr edilmiş Qlobal Forum keçirilmişdir.
ÜGT-nin təşkilatçılığı ilə keçirilən forumda Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
|
|
|
Aprelin 17-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı, dünya ölkələri üzrə biznes mühitinin qiymətləndirilməsini aparan "Doing business" hesabatının müəllifi Simeon Dyankovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
|
|
|
|
Aprelin 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Dr. Karolin Braunu qəbul etmişdir.
|
|
|
|
 Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq bütün sferalarda yüksələn xətlə nkişaf edir. İyunun 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini qəbul etmişdir.
|
|
|
|
İyunun 4-dən 6-dək Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 47-ci iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
|
|
|
 İyunun 12-də Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev Çin Xalq Respublikası Gömrük Baş Adminstrasiyasının Beynəlxalq Əməkdaşlıq Departamentinin Baş direktor müavini Vanq Donqhonqun başçılıq etdiyi numayəndə heyətini qəbul etmişdir.
|
|
|
|
İyunun 26-dan 28-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 111/112-ci sessiyası keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.İyunun 27-də isə "Azərbaycan Respublikası Hökuməti və Slovakiya Respublikası Hökuməti arasında gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır.Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişafdadır. İki ölkənin uğurlu əməkdaşlıq trayektoriyası gömrük sferasını da hərtərəfli əhatə edir.
|
|
|
|
İyulun 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında keçirilən görüşdə də Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilmişdir.
|
|
|
|
Azərbaycan ilə Türkiyə gömrük xidmətləri arasında sıx əlaqələr mövcuddur аvqustun 8-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıcı qəbul etmişdir.
|
|
|
|
|
Oktyabrın 9-10-da Avstriya Respublikasının Vyana şəhərində Avstriya Gomruk İdarəsi və Avropa Komissiyası tərəfindən birgə təşkil edilmiş Gomruk 2013 Proqramı cərcivəsində Avropa İttifaqının Şərq Sərhədlərində Gomruk Əməkdaşlığına dair Yuksək Səviyyəli Forum kecirilmişdir. Forumda Dovlət Gomruk Komitəsi sədrinin muavini, gomruk xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi altında numayəndə heyəti iştirak etmişdir.
|
|
|
|
MDB iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının növbəti iclası Qəbələ şəhərində keçiriləcək Noyabrın 19-21 tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 48-ci iclası və sözügedən Şuranın yaranmasının 15 illiyinə həsr edilmiş yubiley tədbirləri keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
|
|
|
|
Ümumdünya Gömrük Forumu keçirilmişdir Dekabrın 4-5 tarixlərində Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının baş qərargahında "Təhlükəsiz ticarət yollarının idarə edilməsi və asanlaşdırmanın gələcəyi" mövzusunda Ümumdünya Gömrük Forumu-2008 keçirilmişdir. Тədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti də iştirak etmişdir.
|
|